Icma.az
close
up
RU
ƏrRiyadda Suriya anlaşması

ƏrRiyadda Suriya anlaşması

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriyada ötən il dekabrın 8-də Əsəd rejiminin devrilməsi ilə Yaxın Şərqdə yeni reallıqlar yaranıb. Bu ölkədə xalqın dəstəyi ilə hakimiyyəti ələ alan vətənpərvər qüvvələr qarşısında indi yeni vəzifələr durur. Daxildə sabitliyi bərqərar etmək, yaxın-uzaq xarici aləmlə “dil tapmaq” lazım gələcək.  

Suriyada biabırcasına uduzan bir çox güclər isə revanşist niyyətlərini gizlətmirlər. Lakin regionun ən güclü dövləti Türkiyə Suriyanın yeni iqtidarı ilə əl-ələ verərək ölkənin normal məcrada inkişaf etməsi üçün ciddi səylər ortaya qoyur. Əhməd aş-Şaraa hökuməti daxili və xarici siyasətdə bir çox rasional addımlar atır. Bütün bunlar Suriyanın gələcəyinə inamı artırır.  
Məlum olduğu kimi, yanvarın 12-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda  Türkiyə, Suriya və Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının birgə görüşü keçirilib. Toplantıda ABŞ, Böyük Britaniya, Almaniyanın yüksək ranqlı diplomatları da iştirak ediblər. Xatırladaq ki, bundan əvvəl Süriya üzrə analoji görüş ötən ilin dekabrın 14-də İordaniyada təşkil olunmuşdu.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ər-Riyadda keçirilən iclasda çıxışı zamanı bildirib ki, rəsmi Ankara sivil və ədalətli dövlət qurmaq arzusunda olan Suriya xalqına bu  çətin yolda hərtərəfli yardım etməyə hazırdır. O, görüşdə Suriyanın xarici işlər naziri Əhməd aş-Şeybaninin iştirakını yüksək qiymətləndirib. 
Türkiyəli diplomat sonra vurğulayıb ki, region dövlətləri Suriyada hadisələrin düzgün istiqamətdə inkişaf etməsi üçün daha çox məsuliyyət daşıyırlar. H.Fidanın  sözlərinə görə, Suriyanın ərazi bütövlüyünün təmin edilməsi, ölkə əhalisinin birlik və həmrəylinin qorunması hazırda Türkiyə dövlətinin xarici siyasətinin  prioritetlərindədir.  
Nazir həmçinin qeyd edib ki, Suriya Demokratik Qüvvələri adı altında fəaliyyət göstərən silahlı birləşmələr faktiki olaraq PKK və YPG terrorçularından ibarətdir və onlar ölkənin ərazi bütövlüyünü ciddi təhdid edirlər. Həmin terror dəstələri  təcili surətdə özlərini buraxdıqlarını elan etməli və silahı yerə qoymalıdırlar.  
Yeri gəlmişkən, Türkiyənin xarici işlər nazirinin Ər-Riyadda intensiv görüşləri olub. O, Böyük Britaniya, Almaniya, eləcə də bir çox ərəb ölkələrindən olan həmkarları ilə biirlikdə Suriyanın gələcəyi barədə müzakirələr aparıb. Bundan başqa H.Fidan Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kayya Kallas, eləcə də ABŞ-nin dövlət katibinin müavininin səlahiyyətlərini icra edən Con Bass ilə görşüb. 
Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriya xalqının “BAAS” rejimi üzərində tarixi qələbəsi həm də bir yaxın qonşu olaraq Türkiyənin böyük uğurudur. İndi əsas məram Suriyada sivil inkişafı və sabitliyi qoruyub gücləndirməkdir. 
Türkiyə Prezidenti hesab edir ki, xalqları və insanları mənşəyinə və inanclarına görə ayırmaq, onların arasında nifaq toxumları səpmək olmaz. O deyib: “Biz, türklər, ərəblər, kürdlər və türkmenlərlə birlikdəyik, həmrəyik. Biz eyni torpağın, eyni tarixin, eyni gələcəyin övladlarıyıq, bir ağacın budaqlarıyıq”.
Qardaş ölkənin dövlət başçısı həmçinin deyib ki, “terrorizm və demokratiya bir yerdə mövcud ola bilməz. Suriyadakı terror təşkilatlarının özünü buraxmaqdan başqa yolları  yoxdur. Regionu terror təşkilatları vasitəsi ilə istismar edənlərin zamanı keçib. Terrorun təzyiq vasitəsi kimi sonu çatıb. Bu həqiqəti hamının dərk etməsi lazımdır”.  
İsrail dövləti də öz şimal qonşusu olan Suriyada gedən gərgin prosesləri diqqətlə izləyir. Əsəd rejiminin devrilməsində İsrailin də töhfəsi olub. Belə ki, həmin ərəfədə Livan və Suriyada İranın dəstəklədiyi “Hizbullah” məhz İsrailin aviazərbələri sayəsində gücdən salınmışdı. Lakin İsrail hələ 1974-cü ildə Suriyanın cənubunda yerləşən Qolan təpələrini işğal etmişdir və bu ölkədəki son hadisələr başlayanda zəbt etdiyi ərazini qanunsuz olaraq bir qədər də genişləndirmişdir. 
Rəsmi Dəməşq bunun yolverilməz olduğunu bəyan etmişdir. Türkiyə dövləti də İsrailin bu siyasətinə qarşı çıxmışdır. Suriyada hadisələrin sonrakı inkişafı ABŞ-nin yanvarın 20-də inauqurasiyası keçiriləcək prezidenti Donald Trampın regionda yürüdəcəyi siyasətdən xeyli dərəcədə asılı ola bilər. Təəssüf ki, Co Bayden administrasiyası regionda kürd separatçılığını açıq və gizli şəkildə dəstəkləmişdir.  
Suriyadakı proseslər qlobal siyasi gündəmin ən aktual mövzulardandır. Təsadüfi deyil ki, dünən İsrailin xarici işlər naziri Gideon Saar britaniyalı həmkarı Devid Lemmi ilə Qüdsdə keçirdiyi görüşdə İran, Livan, Suriya və Qəzza zolağındakı vəziyyəti müzakirə edib. Bu barədə paylaşım “X” sosial şəbəkəsində onun səhifəsində yerləşdirilib.
“Biz Suriya, Livan və İran təhlükəsi də daxil olmaqla, geniş spektrli məsələləri müzakirə etdik. Mən İsrailin Qəzzadakı girovlarla bağlı saziş bağlamaq niyyətini vurğuladım”, – paylaşımda qeyd olunur. 
Suriyanın yeni hakimiyyəti dünya ictimaiyyətini razı salan bir çox müsbət addımlar atırlar. Dünən qlobal mediada belə bir xəbər yayılıb ki, yeni hökumət ölkədə təhsilin pulsuz olmasına çalışır. “Əl-Cəzirə” telekanalının verdiyi məlumata görə, bunu keçid hökumətinin təhsil naziri Nazir əl-Qadiri deyib. “Hökumət təhsilin pulsuz olmasına çalışır – bu, hər bir suriyalının hüququdur. Biz Suriya xalqının istəklərinə cavab verən yeni təhsil layihəsi üzərində işləyirik”, – o deyib.
Bundan başqa, Suriya hökuməti qadınların cəmiyyətdə yeri və rolu məsələsinə də  sivil və tolerant mövqedən yanaşır. Bu, əlbəttə, təqdirəlayiq haldır. Həm də ona görə ki, düşmənlər yeni iqtidarı “cihadçı”, “qatı islamçı” ittihamları ilə gözdən salmağa fürsət gəzirlər. 
Bəli, Suriya iki yol ayrıcındadır. Ölkə əhalisinin, az qala, yarısı qaçqın və məcburi köçkün olaraq Türkiyə, İraq, İordaniya, eləcə də Avropanın bir çox ölkələrinə pənah aparıb. Bu ailələr öz doğma yurdlarına qayıtmaq, Vətəndə yaşayıb-yaratmaq arzusundadırlar. Onların buna tam mənəvi və hüquqi haqları var. 

Məsaim ABDULLAYEV 
XQ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Yanvar 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri