Ersin Tatar: Azərbaycanla hərtərəfli əlaqələrin inkişafı bizi çox sevindirir
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan səfəri və Xankəndində keçirilən 17-ci İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvəsindəki iştirakı ilə bağlı media nümayəndələri ilə görüşüb.
Bakıvaxtı.az xəbər verr ki, Ersin Tatar Azərbaycanın həm özünə, həm də Kipr türk xalqına göstərdiyi yüksək səviyyəli diqqət və dəstəkdən məmnun olduğunu bildirib. O, xüsusilə Türkiyə və Azərbaycanın ŞKTC-yə qarşı tətbiq olunan embarqo və təcrid siyasətlərinin aradan qaldırılması istiqamətində verdiyi dəstəyi yüksək qiymətləndirib.
"Bu milli siyasətin həyata keçirilməsi prosesində çox mühüm mərhələlərə çatırıq. Azərbaycanla hərtərəfli əlaqələrin inkişafı bizi çox sevindirir," – deyə Prezident Tatar vurğulayıb.
O, Azərbaycanın ŞKTC-nin beynəlxalq imicinin güclənməsinə verdiyi mühüm töhfəni də qeyd edib və bu istiqamətdə Prezident İlham Əliyev və Azərbaycan xalqına göstərilən səmimi münasibətə görə təşəkkürünü bildirib.
Xankəndində təşkil olunan ECO Zirvəsində yüksək səviyyəli iştirakını və ŞKTC bayrağı ilə rəsmi təmsil olunmalarını “tarixi addım” kimi qiymətləndirən Tatar, bunun ölkəsinin artıq beynəlxalq səviyyədə qəbul edilməyə başladığını göstərdiyini bildirib.
"Tanınma məsələsində hələ çətinliklərlə qarşılaşırıq. Lakin Xankəndindəki tədbirdə iştirakımız, Kipr Türk xalqının öz dövləti ilə yoluna davam etdiyini və beynəlxalq müstəvidə yerini tədricən möhkəmləndirdiyini nümayiş etdirir. Kipirdə anlaşma əldə etmək üçün dəfələrlə addımlar atmağa hazır olduğumuzu bildirmişik. Lakin 1963-cü ildən bu yana, bütün xoşniyyətli təşəbbüslərimizə baxmayaraq, qarşı tərəf heç bir real addım atmayıb", – deyə Prezident Tatar sözlərini tamamlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 05 İyul 2025 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















