Icma.az
close
up
RU
Ersin Tatar İlham Əliyevi təbrik etdi

Ersin Tatar İlham Əliyevi təbrik etdi

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Ağ evdə keçirilən üçtərəfli görüşünün nəticələrini alqışlayıb.

"Unikal" xəbər verir ki, ŞKTC rəhbərinin saytında yerləşdirilən bəyanatda Vaşinqtonda aparılan danışıqların əhəmiyyəti vurğulanıb.

O bəyan edib: “Azərbaycan və Ermənistanın həqiqətən də tarixi olan Birgə Bəyannaməsi suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmətə, düşmənçilikdən əl çəkməyə, xalqlar arasında etimad mühitinin formalaşmasına, diplomatik və ticarət əlaqələrinin qurulmasına əsaslanan sülh mərhələsinə yol açır”.

ŞKTC Prezidenti bu mühüm addıma görə Azərbaycan Prezidenti İlham Əliyevi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın bu prosesdə göstərdiyi siyasi iradəyə müsbət qiymət verib.

Şimali Kiprin lideri Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında rabitənin bərpası məsələsinə xüsusi diqqət yetirib. “Birgə Bəyannamədə öz əksini tapmış “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi regionun iqtisadi inkişafı üçün stimul olacaq”, -deyə E. Tatarın bəyanatında vurğulanıb.

Siyasətçi ABŞ-ın Azərbaycanla bağlı məhdudiyyətləri aradan qaldırmasının vacibliyinə də toxunaraq qeyd edib ki, Vaşinqtonun bu addımı həm Azərbaycan-Amerika münasibətləri, həm də Cənubi Qafqazın iqtisadi inkişafı üçün yeni imkanlar yaradır. O əlavə edib: “Qarşılıqlı hörmət və bərabərliyə əsaslanan əməkdaşlıq, şübhəsiz ki, uzunmüddətli sülhün və sabitliyin qorunmasının açarıdır”.

Prezident Şimali Kipr sakinlərinin on illərdir təcriddən əziyyət çəkdiyi vəziyyətlə də paralellər aparıb. O qeyd edib: “Mübahisələrin ədalətli həlli yalnız iki beynəlxalq bərabərhüquqlu dövlətin əməkdaşlığı ilə mümkündür”.

Bəyanatın sonunda dövlət başçısı “əziz dostu, Azərbaycan Prezidenti İlham Əliyevi, eləcə də Ermənistanı tarixi addıma görə” bir daha təbrik edib. “Ümidvaram ki, Birgə Bəyannamə regionda sülh və firavanlıq üçün güclü zəmin yaradacaq”, -deyə Şimali Kiprin lideri sözlərinə yekun vurub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Avqust 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see218

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see218

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see216

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see211

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see209

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see209

Koreya Futbol Assosiasiyası hakimlər üçün seks xidmətləri qalmaqalına görə üzr istəyib

09 Avqust 2026 04:11see202

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see187

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see185

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see184

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see183

David Seliverstovun Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu VİDEO

09 Avqust 2026 20:53see174

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see169

Lukaku “Fənərbağça”ya keçməyə razılaşıb

09 Avqust 2026 03:10see167

Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

10 Avqust 2026 00:31see163

“Sabah” “Orhus”un planlarını dəyişdi Liqa matçı təxirə salındı

09 Avqust 2026 21:14see163

Fidan: “Rusiya çıxılmaz vəziyyətə düşərsə, nüvə silahından istifadə edə bilər”

09 Avqust 2026 06:50see162

Çox ləzzətli məzə resepti

09 Avqust 2026 04:04see160

ABŞ Hörmüz boğazındakı gəmilərlə bağlı məlumat yayıb

09 Avqust 2026 06:34see156

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri