Icma.az
close
up
RU
“Əş Şarq əl Avsət” qəzetində Zəngəzur dəhlizi ilə bağlı məqalələr dərc edilib

“Əş Şarq əl Avsət” qəzetində Zəngəzur dəhlizi ilə bağlı məqalələr dərc edilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Qahirə, 12 avqust, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığının Londonda nəşr olunan nüfuzlu “əş-Şarq əl-Avsət” qəzetində Azərbaycan-Ermənistan razılaşmasına həsr edilən məqalələr dərc edilib.

AZƏRTAC xəbər verir ki, Zəngəzur dəhlizindən (Tramp yolu) və son Vaşinqton razılaşmasından bəhs edilən yazıda Türkiyənin əldə olunmuş razılaşmaya mövqeyi təhlil edilib. Qeyd olunub ki, Türkiyə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda imzalanan Azərbaycan və Ermənistan arasındakı birgə sülh bəyanatını alqışlayıb. Ankara, bəyanatda yer alan və Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək "Zəngəzur dəhlizi"nə dəstəyini ifadə edib. Bu dəhliz Türkiyəyə Asiyaya birbaşa çıxış imkanı verəcək və onu Avropa ilə strateji birləşmə nöqtəsinə çevirəcək.

Yazıda Türkiyənin xarici işlər naziri Hakan Fidanın şənbə günü Misirin əl-Ələmeyn şəhərində misirli həmkarı Bədr Əbdülati ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi fikirlərə də yer verilib. "Əgər Zəngəzur dəhlizi planlandığı kimi həyata keçirilsə, bu, Avropadan Asiyanın dərinliklərinə qədər uzanan səmərəli bir nəqliyyat dəhlizinin mühüm hissəsi olacaq", - deyə nazir vurğulayıb. O əlavə edib ki, bu dəhliz yalnız Türkiyəni Qafqaz və Xəzər dənizi üzərindən Mərkəzi Asiya ilə deyil, həmçinin bütün türk dünyası ilə birləşdirəcək. Həmçinin türk dünyasını Avropa, Avropanı isə Asiyanın dərinlikləri ilə birləşdirəcək çoxtərəfli bir yol olacaq.

Qəzet yazır ki, Azərbaycan uzun müddətdir ki, Ermənistan ərazisindən keçən və Naxçıvanla birbaşa əlaqə yaradacaq bu dəhlizin həyata keçirilməsinə çalışırdı, çünki hazırda hər iki bölgə arasında birbaşa quru yolu yoxdur. Razılaşmaya əsasən, strateji və təbii ehtiyatlarla zəngin olan Zəngəzur dəhlizinin inkişaf hüquqları ABŞ-a verilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında Azərbaycan və Ermənistan arasında əldə olunan sülhə yönəlik irəliləyişi alqışlayıb və bu məqsədlə Ankaranın dəstəyini davam etdirəcəyini bildirib.

Məqalədə, həmçinin bildirilir ki, Türkiyə Xarici İşlər Nazirliyi də cümə günü verdiyi bəyanatda Azərbaycan və Ermənistan arasında davamlı sülhə doğru atılan addımları alqışlayıb.

Bildirilir ki, bu ilin mart ayında Azərbaycan və Ermənistan arasında imzalanması planlaşdırılan sülh razılaşmasının mətni ilə bağlı razılıq əldə olunmuşdu. Bakı bu proses üçün İrəvandan konstitusiyasını dəyişməyi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini inkar edən maddələri və digər hüquqi aktları ləğv etməyi tələb edib.

Hər iki ölkə, münaqişəni həll etmək üçün yaradılmış ATƏT-in Minsk Qrupunun da ləğv olunmasını tələb ediblər.

Məqalədə türkiyəli ekspertlərin də fikirlərinə yer verilib. Qeyd olunur ki, onların fikrincə, ABŞ-ın vasitəçiliyi ilə əldə edilən razılaşmanın yalnız Cənubi Qafqazda deyil, həm də Mərkəzi Asiya və Yaxın Şərqdə siyasi və iqtisadi balansları dəyişəcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2025 00:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see240

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see167

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see162

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see159

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see155

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see144

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see143

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see141

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see140

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see134

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see131

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see131

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see129

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see127

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see125

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see124

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see123

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see123

Trampın açıqlamaları Ukrayna üçün müəyyən problemlər yarada bilər RƏY

11 Noyabr 2025 14:07see121

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri