Icma.az
close
up
RU
Səudiyyə Ərəbistanının “Əş Şarq əl Avsət” qəzeti Azərbaycan Prezidentinin Çinə səfərindən yazıb

Səudiyyə Ərəbistanının “Əş Şarq əl Avsət” qəzeti Azərbaycan Prezidentinin Çinə səfərindən yazıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Qahirə, 26 aprel, AZƏRTAC

Səudiyyə Ərəbistanının nüfuzlu “əş-Şarq əl-Avsət” qəzetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri barədə məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, “Ticarət müharibələri və tariflər qlobal iqtisadi nizamı pozur” sərlövhəli məqalədə Çin lideri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, bu görüşdə səsləndirdiyi bəyanatları və iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat və digər əməkdaşlıq sənədləri barədə yazılır.

Məqalədə tarif müharibələrinə qarşı kəskin çıxış edən və onların “qlobal iqtisadi nizamı və ticarət sistemini pozduğunu, ölkələrin hüquq və maraqlarını pozduğunu, çoxtərəfli ticarət sisteminə zərər vurduğunu” qeyd edən Çin liderinin bəyanatlarından sitat gətirilir.

Eyni zamanda, yazıda diqqətə çatdırılır ki, Çin rəhbəri ölkəsinin Azərbaycanla beynəlxalq sistemi qorumaq və hüquq-mühafizə və təhlükəsizlik sahəsində əməkdaşlığa hazır olduğunu vurğulayıb. Məqalədə Sinxua agentliyinə istinadla qeyd olunur: “Çin BMT-nin mərkəzində olduğu beynəlxalq sistemi dəstəkləmək və beynəlxalq ədalət və haqlılığı qorumaq üçün Azərbaycan tərəfi ilə əməkdaşlığa hazırdır”.

Vurğulanır ki, hər iki lider Çin və Azərbaycan arasında Əhatəli Strateji Tərəfdaşlıq qurulduğunu elan ediblər.

Qeyd olunur ki, səfər zamanı Çinlə Azərbaycan arasında “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində hüquq, yaşıl inkişaf, rəqəmsal iqtisadiyyat, mülkiyyət hüquqları və aerokosmik sahələr daxil olmaqla, müxtəlif sahələrdə 20 əməkdaşlıq sənədi imzalanıb.

Xəbərin sonunda vurğulanır ki, Azərbaycan İran, Rusiya, Gürcüstan və Ermənistanla sərhəddə yerləşir və “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub. Bu təşəbbüs Si Cinpin tərəfindən 2013-cü ildə Çinin geosiyasi və iqtisadi nüfuzunu genişləndirmək və qlobal infrastrukturun inkişafını təşviq etmək məqsədilə irəli sürülüb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Aprel 2025 07:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri