Icma.az
close
up
RU
“Əş Şarq əl Avsət”: Azərbaycan Səudiyyə Ərəbistanı ilə birgə investisiya fondu yaratmaq istəyir

“Əş Şarq əl Avsət”: Azərbaycan Səudiyyə Ərəbistanı ilə birgə investisiya fondu yaratmaq istəyir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Qahirə, 9 iyun, AZƏRTAC

Azərbaycan Səudiyyə Ərəbistanı ilə birgə əldə olunan razılaşmaları reallığa çevirmək üçün ciddi şəkildə çalışır. Bu məqsədlə birgə investisiya fondunun yaradılması və hər iki ölkənin hüdudlarından kənarda investisiya layihələrinin həyata keçirilməsi təklif edilir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın ər-Riyaddakı səfiri Şahin Abdullayevin Səudiyyə Ərəbistanının Londonda nəşr olunan “əş-Şarq əl-Avsət” qəzetinə müsahibəsində yer alıb.

Cari ilin aprel ayında ər-Riyadda keçirilmiş Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası Müştərək Komissiyasının 8-ci iclasının keçirildiyini bildirən səfir, bu iclasın nəticələrinin reallaşdırılması ilə daha çox faydalı əməkdaşlığın gözləndiyini vurğulayıb. Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih və Azərbaycan Baş nazirinin müavini Samir Şərifovun sədrliyi ilə keçən həmin iclasda enerji, nəqliyyat, logistika və su resursları sahələrində əməkdaşlıqla bağlı bir neçə Anlaşma Memorandumu imzalanıb, həmçinin Azərbaycan-Səudiyyə Ərəbistanı İşgüzar Şurasının 6-cı iclasının tövsiyələri qəbul edilib.

Müsahibədə, həmçinin qeyd olunur ki, son illərdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında, xüsusilə iqtisadiyyat, investisiya, enerji, turizm və mədəniyyət sahələrində əlaqələrdə nəzərəçarpan inkişaf müşahidə olunur. Bildirilir ki, Səudiyyə Ərəbistanının "Aqua Power" şirkəti Azərbaycanda bərpaolunan enerji sahəsindəki ən önəmli investorlardan biridir.

Eyni zamanda, müsahibədə xatırladılır ki, ötən il Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP 29) əsnasında bərpaolunan enerjinin inkişafı və ötürülməsi sahəsində iki ölkə arasında əməkdaşlığı gücləndirmək məqsədilə birgə icra proqramı imzalanıb. İmzalanma mərasimində Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud və Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Bundan başqa, yazıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Səudiyyə Ərəbistanına son səfərində hər iki ölkənin iqtisadi gündəmində prioritet sahələrə sərmayə yatırmağı hədəfləyən birgə suveren investisiya fondunun yaradılması və üçüncü ölkələrdə də birgə investisiya layihələrinin həyata keçirilməsi təklifi irəli sürülüb.

Eyni zamanda, müsahibədə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında investisiyaların qorunması üzrə imzalanmış müqavilənin əhəmiyyəti vurğulanır və Azərbaycanda azad iqtisadi zonalara sərmayə yatırmaq üçün səudiyyəli investorlara güzəştlərin təqdim olunduğu bildirilir.

Müsahibəsində turizm sahəsində də əməkdaşlığa toxunan səfir, ötən il Azərbaycana 100 mindən çox səudiyyəli turistin gəldiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu rəqəm 2023-cü illə müqayisədə 31 faizdən çox artım deməkdir. Vurğulanır ki, iki ölkə arasında turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə və birgə turizm proqramlarının inkişafına, davamlı turizm sahəsində təcrübə mübadiləsinə, eləcə də müştərək turizm tədbirlərinin və sərgilərin təşkilinə diqqət yetiriləcək.

Həmçinin müsahibədə Azərbaycanın neft strategiyası, regional və beynəlxalq səviyyədə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu, bu sahədə həyata keçirilmiş iri layihələr qeyd olunur.

Bundan başqa, ölkəmizin uğurla ev sahibliyi etdiyi COP29 konfransı və bu tədbir çərçivəsində əldə edilmiş nailiyyətlər, o cümlədən iqlim maliyyələşməsi barədə razılıq müsahibədə diqqət mərkəzində olub.

Səfir Ş.Abdullayev Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin tarixi və qardaşlıq əlaqələri əsasında qurulduğunu, qarşılıqlı hörmət və ortaq maraqlara dayandığını vurğulayıb.

Diplomat, həmçinin Səudiyyə Ərəbistanının Azərbaycanla humanitar minatəmizləmə sahəsində əməkdaşlığını yüksək qiymətləndirib. Qeyd olunub ki, bu məqsədlə 2024-cü il yanvarın 16-da Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və Kral Salman Humanitar Yardım Mərkəzi arasında Maliyyə Yardımı Memorandumu imzalanıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri