Icma.az
close
up
RU
“Əş Şarq əl Avsət” qəzeti: Vaşinqton razılaşması Azərbaycanın Asiya ilə Avropa arasında iqtisadi körpü rolunu gücləndirə bilər

“Əş Şarq əl Avsət” qəzeti: Vaşinqton razılaşması Azərbaycanın Asiya ilə Avropa arasında iqtisadi körpü rolunu gücləndirə bilər

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Qahirə, 15 avqust, AZƏRTAC

Şərqlə Qərbin kəsişdiyi nöqtələrdə nüfuz xəritələrinin yenidən cızıldığı həlledici bir məqamda Ağ Evdə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülhə dair sənədin imzalanması onilliklər ərzində davam etmiş münaqişənin tarixində dönüş nöqtəsi hesab olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Londonda nəşr edilən nüfuzlu “əş-Şarq əl-Avsət” qəzetində Huda əl-Hüseyninin məqaləsində bildirilib.

Regionda yaranmış yeni reallıqlara toxunulan məqalədə qeyd olunub ki, Cənubi Qafqaz Rusiya, Avropa, İran və Türkiyə arasında enerji və nüfuz dairəsinin kəsişdiyi əhəmiyyətli bölgə sayıldığına görə, “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” adlandırılan razılaşma tərəflər arasında qarşıdurmanı dayandırmaqla bərabər, ABŞ-a Cənubi Qafqazda strateji imkanlarını genişləndirmək üçün müstəsna iqtisadi və təhlükəsizlik hüquqları yaradıb. Eləcə də vurğulanıb ki, enerji ilə zəngin Cənubi Qafqaz uzun müddət davam etmiş münaqişə səbəbindən potensialını reallaşdıra bilməyib.

Eyni zamanda, diqqətə çatdırılıb ki, əksər dövlətlər tərəfindən müsbət qarşılanan Vaşinqton razılaşmasına Rusiya və İranda müxtəlif dairələrin mövqeyi birmənalı olmayıb.

Həmçinin yazılıb ki, Vaşinqton razılaşması daha geniş regional əməkdaşlıq mexanizmlərinə inteqrasiya istiqamətində Azərbaycan üçün qapı rolunu oynaya, yeni enerji və ticarət yolları aça, Azərbaycanın Asiya ilə Avropa arasında iqtisadi körpü rolunu gücləndirə bilər. Sözügedən iqtisadi imkanlar həm də təhlükəsizlik amilləri qədər əhəmiyyətlidir, çünki bu marşrut Azərbaycanı qlobal ticarət şəbəkələrinə bağlayır.

Məqalədə vurğulanıb ki, Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulmasına qarşı ortaya qoyulan sərt mövqe, eləcə də Ermənistanda Moskvanın iqtisadi və təhlükəsizlik asılılığına qarşı narazılığın artması Cənubi Qafqazda inteqrasiyanın güclənməsinə yol açır. Belə ki, Ermənistanla Gürcüstanın əlaqələrinin daha da möhkəmləndirilməsi gözlənilir. Azərbaycanın isə həm də daha geniş regional məsələlərin həllində rolu artıb, İsrail və Suriya arasında görüşlərə vasitəçilik edərək, coğrafi sərhədlərinin xaricində də təsir imkanlarını nümayiş etdirib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Avqust 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri