Icma.az
close
up
RU
ƏSA Teatrının aktyoru: Hər bir gənc uğur qazana bilər

ƏSA Teatrının aktyoru: Hər bir gənc uğur qazana bilər

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 4 fevral, AZƏRTAC

Mən həmişə çıxış edərkən auditoriyada neçə nəfərin olduğuna baxmıram. Bir nəfər mənim çıxışımdan özü üçün nəsə götürürsə, bu, mənim üçün böyük qazancdır. Məndən sonra çıxış edənlər də öz sahələrində uğur qazanan insanlardır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ƏSA Teatrının aktyoru, əlilliyi olan jurnalist Orxan Əliyev səsləndirib.

Əlilliyi olan gənclər üçün motivasiya platforması - "GəncTALKS"da çıxışına toxunan gənc bildirib ki, uğur əngəl tanımır: “Tək əlilliyi olan deyil, hər bir gənc istəsə, istənilən sahədə uğur qazana bilər, yetər ki, istəyi olsun. Bu çıxışımla o mesajı ötürmək istəyirdim ki, insan istədiyi zaman mütləq uğur qazanacaq. Təbii ki, çətinliklər olacaq. Çətinliklər insanı kamilləşdirir. İsmarışım o idi ki, heç vaxt ruhdan düşməsinlər və seçdikləri sahə üzrə inkişaf etsinlər”.

Uğur hekayəsində aktyorluq peşəsinin təsirindən danışan əlilliyi olan gəncin sözlərinə görə, bu sahədəki fəaliyyəti ona ilham verib: “Televiziyada gördüyüm böyük sənətkarlarla bir səhnəni bölüşmək, onlarla işləmək böyük motivasiyadır. Həmin sənətkarlarla birlikdə işləmək, çıxış etmək möhtəşəm hissdir. Özümə aktyor demirəm, həvəskar kimi bu peşəni jurnalistika ilə birlikdə davam etdirirəm”.

Xatırladaq ki, bu gün beynəlxalq “TEDx” formatında keçirilən "GəncTALKS" tədbirində müxtəlif sahələrdə uğur qazanmış əlilliyi olan şəxslər həyat və uğur hekayələrini bölüşərək gənclərə ilham, güvən və yeni baxış bucağı qazandırıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri