Icma.az
close
up
RU
Əsas məqsəd yeni hədəflər fəth etməkdir

Əsas məqsəd yeni hədəflər fəth etməkdir

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan üçün 20 sentyabr tarixin yaddaşına qızıl hərflərlə həkk olunan günlərdəndir. Bu tarix təkcə təqvimdə bir gün deyil, xalqımızın qürur salnaməsinin ən parlaq səhifəsidir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin azad olunması – Azərbaycan dövlətçiliyinin qüdrətinin, xalqımızın birliyinin və şəhidlərimizin müqəddəs ruhunun ən böyük təntənəsidir.

30 il işğal altında qalan torpaqlarımıza ədaləti kim qaytardı sualını cavabı birmənalıdır – xalqın iradəsi, ordunun qəhrəmanlığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu. Xankəndinin azadlığı Azərbaycanın tarixi məqamıdır. Çünki uzun illər boyu düşmən təbliğatı Xankəndini “erməni şəhəri” kimi təqdim etməyə çalışırdı. Amma 20 Sentyabrda bütün dünya gördü ki, Xankəndi Azərbaycan torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Burada ucalan bayraq təkcə bir rəmz deyil – bu, haqqın, ədalətin, tarixin səsidir. Xocalının azadlığı bəşəriyyətə mesaj oldu ki, qətliamlara, soyqırımlara baxmayaraq, Azərbaycan xalqı qisası ədalətlə alır. Xocalı küçələrində dalğalanan üçrəngli bayraq şəhidlərin ruhunu rahatlatdı.
Bu gün Xocalı azad Azərbaycanın ədalət simvoludur. Xocavənd torpağına ayaq basan hər kəs bir həqiqəti görür: bu torpaq 30 illik işğalı rədd etdi, haqqı öz sahibinə qaytardı. Cənab Prezident İlham Əliyevin Xocavəndə səfəri bir daha göstərdi ki, Azərbaycan burada yalnız qələbə deyil, həm də quruculuq dastanı yazır. Ağdərənin azadlığı Azərbaycanın zəfər mozaikasını tamamladı. Qarabağın bu strateji bölgəsi düşmənin illərlə gizləndiyi qalalardan biri idi. Amma 20 Sentyabrda bu qala da sındı, Azərbaycan bayrağı ən yüksək zirvələrə sancıldı. 20 Sentyabr – Azərbaycanın bütövlüyünün, dövlət suverenliyinin tam bərpasının rəsmi möhürüdür. Bu tarix göstərdi ki, nə qədər güclü himayədarlara arxalansa da, işğal siyasəti daima məğlubiyyətə məhkumdur. Prezident İlham Əliyevin sözləri bu günün ən böyük şüarı oldu: “Biz ərazi bütövlüyümüzü tam bərpa etdik, suverenliyimizi təmin etdik və heç bir güc bu həqiqəti dəyişə bilməz.”
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə tikilən məktəblər, çəkilən yollar, bərpa olunan evlər təkcə tikinti deyil – bunlar millətin dirçəliş manifestidir. Bu torpaqların azadlığı həm tarix, həm gələcək, həm də nəsillərə ünvanlanan çağırışdır: “Bu torpaq sizindir, qoruyun və əbədi yaşadın!” Bəli, 20 Sentyabr təkcə keçmişin qisası deyil, həm də gələcəyin müjdəsidir. Bu gün Qarabağda atılan hər addım, qurulan hər kənd, açılan hər məktəb Azərbaycanın əbədi qalibiyyətinin təcəssümüdür. Bu tarix bir daha sübut etdi ki, Azərbaycan xalqı gücünü liderindən, lideri isə gücünü xalqdan alır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin azad olunması ilə ölkəmizin ərazi bütövlüyü təmin olundu, dövlətin qətiyyəti, xalqın iradəsi bir daha dünyaya nümayiş etdirildi.
Cənab Prezident İlham Əliyevin sözləri ilə desək, “Azərbaycan suverenliyini bərpa edərək 30 illik işğal tarixinin son səhifəsini bağladı”. Artıq Qarabağın şəhərləri böyük tikinti və şəhərsalma layihələrinin mərkəzinə çevrilib. Dövlət proqramlarına əsasən, 2026-cı ilə qədər Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 15 mindən çox fərdi evin və çoxmənzilli yaşayış binalarının inşası nəzərdə tutulub. Xankəndi şəhərində artıq “ağıllı şəhər” konsepsiyası tətbiq olunur. Xocalıda infrastruktur layihələri çərçivəsində 80 km uzunluğunda yol şəbəkəsi bərpa olunur, yeni məktəblər, xəstəxanalar inşa edilir. Xocavənddə kənd təsərrüfatı və sənaye parklarının salınması, 2000 hektar ərazidə müasir istixana kompleksi qurulması nəzərdə tutulub. Ağdərədə isə dövlət-özəl tərəfdaşlığı əsasında enerji istehsalı və yaşıl texnologiyalar layihələri icra olunacaq.
Hər addımda həm qələbə, həm də quruculuq ruhu duyulur. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror tədbirləri ilə əldə olunan tarixi zəfərlər bu gün infrastruktur və abadlıq işləri ilə möhkəmlənir. Xankəndi və digər şəhərlərdə parkların, mədəniyyət evlərinin, idman komplekslərinin tikintisi insanlara yeni həyat bəxş edir. Azərbaycan xalqı artıq “Böyük Qayıdış” prosesinin real nəticələrini görür. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə – bir vaxtlar işğalın simvolu olan bu şəhərlər bu gün milli iradənin, dövlətin gücünün, xalqın birliyinin rəmzinə çevrilib. Bu bölgələr iki ildir şəhər gününün sevincini, qürurunu yaşayır. Artıq heç bir güc xalqımızın iradəsini, dövlətimizin suverenliyini sındıra bilməz.

Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri