Əsas narahatedici məqamlardan biri su ehtiyatlarının məhdud olmasıdır Məmmədov
Publika.az saytına istinadən Icma.az xəbər verir.
"Beynəlxalq ictimaiyyətin Azərbaycanda COP29 kimi beynəlxalq tədbirlərə qatılması stabilliyi görməsi və imkanları kəşf etməsi baxımından önəmlidir. Bu həm də əlavə maliyyə və investisiyalar deməkdir.
Publika.az xəbər verir ki, bunu COP29 çərçivəsində “Better Cotton” (Daha Yaxşı Pambıq) mövzusunda keçirilən tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
"Azərbaycanda pambıq əkilən sahələr hər il artır. Amma narahatedici əsas məqamlardan biri su ehtiyatlarının məhdud olmasıdır. Azərbaycan kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqinə önəm verir, bu sahədə rəqəmsallaşmaya fokuslanıb. Texnologiyaların Azərbaycana gətirilməsinə tətbiq edilməsinə çalışırıq. Əsas məsələrdən biri fermerlərin bacarıqlarınının artırılması və qeyri ənənəvi əkin sisteminin inkişaf etdirilməsidir. COP29 çərçivəsində keçirilən bu müzakirələr bizə təcrübələrin paylaşılması baxımından fürsətlər yaradır”, - o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 14 Noyabr 2024 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















