Icma.az
close
up
RU
Əsas qeyri neft ixrac məhsulumuz qızıl

Əsas qeyri neft ixrac məhsulumuz qızıl

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2024-cü ilin yanvar-dekabr ayları üzrə “İxrac icmalı”nı təqdim edib. İcmala əsasən, 2024-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3% artaraq 3,4 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-dekabr ayları ərzində yeyinti məhsullarının ixracı 11,3% artaraq 1,03 milyard ABŞ dollarına bərabər olub.
2024-cü ilin 12 ayı ərzində ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 62,4% artaraq 38,5 milyon ABŞ dolları, pambıq lifi 45,2% artaraq 178,2 milyon ABŞ dolları, bitki mənşəli yağlar və piylər 32,8% artaraq 28,9 milyon ABŞ dolları, qiymətli metallar 29,2% artaraq 215,3 milyon ABŞ dolları, kimya sənayesi məhsulları 18,3% artaraq 293,7 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilər 14,3% artaraq 68,8 milyon ABŞ dolları, çay 1,6% artaraq 6 milyon ABŞ dolları, qara metallar 1,9% artaraq 48,2 milyon ABŞ dolları, alüminium və ondan hazırlanan məmulatlar 1% artaraq 197,2 milyon ABŞ dolları təşkil edib.
Ötən ilin yanvar-dekabr ayları ərzində aqrar məhsulların ixracı 2,8% artaraq 789,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı 57,3% artaraq 316,1 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14,1% artaraq 1,11 milyard ABŞ dolları təşkil edib.
2024-cü ilin yanvar-dekabr aylarında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (211,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (177.1 milyon ABŞ dolları) ikinci, tomat (175.4 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
2024-cü ilin yanvar-dekabr ayları ərzində Rusiya Federasiyasına 1.2 milyard ABŞ dolları, Türkiyəyə 542,3 milyon ABŞ dolları, Gürcüstana 272,4 milyon ABŞ dolları, İsveçrəyə 220,4 milyon ABŞ dolları, ABŞ-a isə 134,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2024-cü ilin dekabr ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma (27,1 milyon ABŞ dolları) birinci, qızıl (25,2 milyon ABŞ dolları) ikinci, tomat (pomidor) (20,1 milyon ABŞ dolları) isə üçüncü olub.
Ötən ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (94.2 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (35.2 milyon ABŞ dolları) ikinci, İsveçrə (26.8 milyon ABŞ dolları) üçüncü olub.
2024-cü ildə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: “MKT İstehsalat Kommersiya” MMC, “Silk Vey Vest Aviaşirkəti” MMC, “ASG Business Aviation” MMC, “Baku Steel Company” QSC, Süleymanova Göhər Süleyman qızı, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, "Tabaterra" QSC, “Khan-El” MMC, “Atena” Məhdud Məsuliyyətli Cəmiyyəti.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunub: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, “Azərenerji” ASC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Suraxanı Maşınqayırma zavodu” ASC, “Azəripək” MMC.
2024-cü ildə Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 50 ölkəsinə 18,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 73%-ni təşkil edib. 2024-cü ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. 2024-cü ilin yanvar-dekabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,8 milyon ABŞ dolları ilə Lüksemburq, 855,5 min ABŞ dolları ilə BƏƏ, 683,8 min ABŞ dolları ilə Pakistan, 654,5 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.
2024-cü il ərzində Azərbaycanda 2663.5 kq qızıl, 3184.9 kq isə gümüş istehsal edilib. Dövlət Statistika Komitəsi xəbər verir ki, ölkədə qızıl istehsalı əvvəlki illə müqayisədə 3.5%, gümüş istehsalı isə 14% azalıb. 2025-cü il yanvar ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 56 kq və 334.9 kq təşkil edib.
Hazırda dünya bazarında qızılın 1 unsiyasının qiyməti 2800 dollardır ki, bu da istehsalçılar üçün cəlbedici qiymətdir. Qiymətlərin 3000 dollara qədər yüksələcəyi gözlənilir. Qızılın qiyməti davamlı olaraq yenilənir, çünki daimi dalğalanma vəziyyətindədir. Canlı qızıl qiymətinə spot qızıl qiyməti də deyilir. Canlı qızıl qiymətləri gələcək bir tarixdən fərqli olaraq onun hazırkı qiymətidir. Spot qiymət həmişə hərəkətdədir və kotirovka edilən canlı qızıl bu hərəkəti təsvir edir, investorlar qiymət dəyişikliklərindən xəbərdar olur.
Topdan qızıl ticarəti üçün mənzərə olduqca mürəkkəbdir və daim inkişaf edir. Ən əhəmiyyətli üç qızıl ticarət mərkəzi London birjadankənar ticarət bazarı, ABŞ fyuçers bazarı və Şanxay Qızıl Birjasıdır (SGE). Bu bazarlar qlobal ticarət həcminin 90%-dən çoxunu təşkil edir və dünya üzrə daha kiçik təkrar bazar mərkəzləri (həm birjadankənar, həm də birja ticarəti) ilə tamamlanır.
London birjadankənar ticarət bazarı tarixən qızıl ticarətinin mərkəzi olub və bu gün qlobal şərti ticarət həcminin təxminən 70%-ni təşkil edir. London bazarı dünyanın hər yerindən iştirakçıları cəlb edir və qızıl üçün gündə iki dəfə qlobal istinad meyarını, LBMA qızıl qiymətini təyin edir. London bazarının üstünlüyünə baxmayaraq, o, qlobal ticarət həcmlərində nisbi payını itirməkdədir.
Londonun fiziki bazarda aparıcı roluna baxmayaraq, CME Group tərəfindən idarə olunan ABŞ fyuçers bazarı - COMEX törəmə birjası qiymətlərin aşkar edilməsində getdikcə daha vacib bir məkana çevrildi. Dünyanın ən böyük sırf fiziki spot birjası Şanxay Qızıl Birjasıdır. 2002-ci ildə Çin Xalq Bankının yaxından nəzarəti altında yaradılan SGE, Çinin qızıl bazarında artan əhəmiyyətini əks etdirən şöhrət qazandı..
Digər mühüm bazarlara Dubay, Hindistan, Yaponiya, Sinqapur və Honq Konq daxildir. Bütün bu bazarlarda bir sıra spot ticarət obyektləri və ya siyahıya alınmış müqavilələr təklif edən birjalar var, lakin bunlar bazarın əsas yerlərində görülən likvidliyi cəlb etməmişdir. Buna baxmayaraq, bu bazarlar yerli tələbata xidmət etməkdə və ya regional ticarət mərkəzləri kimi fəaliyyət göstərməkdə müxtəlif dərəcədə mühüm rol oynayır. Məsələn, Honq-Konq uzun müddət Çin bazarına giriş qapısı kimi çıxış edib və Sinqapur ASEAN regionunda ticarət üçün mühüm mərkəz kimi özünü təsdiq edir.
Qızıl əsasən birjadankənar London bazarında, ABŞ fyuçers bazarında (COMEX) və Şanxay Qızıl Birjasında (SGE) alınıb-satılır. Standart gələcək müqaviləsi 100 troy unsiyadır. Qızıl siyasi və iqtisadi qeyri-müəyyənlik dövrlərində cəlbedici investisiyadır. Dünyada qızıl istehlakının yarısı zərgərlikdə, 40%-i investisiyalarda, 10%-i sənayedədir. Ən böyük qızıl istehsalçıları Çin, Avstraliya, ABŞ, Cənubi Afrika, Rusiya, Peru və İndoneziyadır. Qızıl zinət əşyalarının ən böyük istehlakçıları Hindistan, Çin, ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, Rusiya və BƏƏ-dir. Qısası, dünyadakı qeyri-stabil vəziyyət qızılın qiymətlərinin yüksəlməsinə təsir göstərir.
Azərbaycanda son illər qeyri-neft sektorunda əsas ixrac məhsullarından biri qızıldır. Son illər ölkədə bu sahədə xüsusi artım meyilləri müşahidə olunur. Həttar yaxın gələcəkdə qızıl və mis əsas potensial ixrac məhsuluna çevrilə bilər. Ölkədə əsas qızıl hasilatçısı olan “AzerGold” QSC hasilatı artırır. “AzerGold” yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə fəaliyyətini uğurla davam etdirir.
Dünya bazarında tarixən qızıl həmişə özünəməxsus yerə malik olub, bu gün də çox qiymətli əmtəədir. Son illər sənayedə İKT texnologiyalarının tədbiqi, elektrik avtomobillərinə keçidin sürətlənməsi nəticəsində mis də qiymətli metala çevrilib. Hətta XXI əsrdə onun nefti əvəz edə biləcəyi qədər əhəmiyyəti qeyd olunur. Azərbaycan da son illər bu sahəyə xüsusi diqqət yetirir. Ölkədə zəngin qızıl və mis yataqlarının olması və dövlətin xüsusi marağı isə bu sahənin perspektiv inkişaf imkanlarından xəbər verir.

Mahir Həmzəoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Fevral 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see220

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see193

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see159

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see153

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see145

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see141

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see135

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see134

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see133

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see133

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see132

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see129

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see127

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see126

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see125

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see124

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see124

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see122

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri