Icma.az
close
up
RU
“Əsaslı Tikinti və Təchizat” MMC nin “ŞƏMKİR TİKİNTİ 18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ İLGİNC FAKTLAR

“Əsaslı Tikinti və Təchizat” MMC nin “ŞƏMKİR TİKİNTİ 18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ İLGİNC FAKTLAR

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti Ağdaş rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinin satın alınması üzrə 07.11.2024-cü ildə başladığı açıq tenderə yekun vurub və “ŞƏMKİR TİKİNTİ-18” Açıq Səhmdar Cəmiyyətini qalib seçib. “Əsaslı Tikinti və Təchizat” MMC sözügedən ASC ilə 819.990,68 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır. Məlumat 28.01.2025-ci ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.

Qeyd edək ki, “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən nəzərdə tutulmuş əsaslı təmir işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderin ehtimal olunan qiyməti 1.324.339,96 manat müəyyən edilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan görsəndiyi kimi satınalan təşkilat olaraq “Əsaslı Tikinti və Təchizat” MMC müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı olaraq “ŞƏMKİR TİKİNTİ-18” ASC -nin təklif edərək qalib seçildiyi qiymət arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “Əsaslı Tikinti və Təchizat” MMC açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin ciddi şəkildə pozulması deməkdir.

Qeyd edək ki, bu “Əsaslı Tikinti və Təchizat” MMC və “ŞƏMKİR TİKİNTİ-18” ASC arasında bağlanan ilk satınalma müqaviləsi deyil.

“Əsaslı Tikinti və Təchizat” MMC İsmayıllı şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əsaslı təmiri işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18″ASC ilə 320.093,91 manat məbləğində satınalma müqaviləsini 07.11.2024-cü ildə bağlayıb.

Bu açıq tenderdə də “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən nəzərdə tutulmuş əsaslı təmir işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderin ehtimal olunan qiyməti 505.739,15 manat müəyyən edilib və göründüyü kimi “ŞƏMKİR TİKİNTİ-18” ASC -nin təklif edərək qalib seçildiyi qiymət arasında kəskin fərq var.

“Əsaslı Tikinti və Təchizat” MMC Goranboy şəhər Heydər Əliyev Mərkəzinin əsaslı təmir işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18″ASC ilə 587.991,22 manat məbləğində satınalma müqaviləsini 03.10.2024-cü ildə bağlayıb.

Bu açıq tenderdə də “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən nəzərdə tutulmuş əsaslı təmir işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderin ehtimal olunan qiyməti 943.080,80 manat müəyyən edilib və göründüyü kimi “ŞƏMKİR TİKİNTİ-18” ASC -nin təklif edərək qalib seçildiyi qiymət arasında kəskin fərq var.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞƏMKİR TİKİNTİ-18” (VÖEN: 8500131791) Açıq Səhmdar Cəmiyyətinin 25.11.2004-cü il tarixdə 14 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 64458.00 manat olan MMC-nin hüquqi ünvanının, ŞƏMKİR RAYONU, DƏLLƏR ŞTQ, qanuni təmsilçisi kimi isə Abdullayev Vaqif Çingiz oğlu qeyd olunub.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Baş nazir Əli Əsədov müvafiq qərar ilə 17.10.2022-ci ildə yaradılıb. MMC nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib. Qərarla Cəmiyyətin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına Nazirlik üzrə mərkəzləşdirilmiş qaydada mədəniyyət obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni mədəniyyət obyektlərinin tikintisi ilə bağlı daxilolmaların 1,0 faizi, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25 faizi həddində müəyyən edilib.

Çox maraqlıdır ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərməsinə baxmayaraq qurumun rəsmi culture.gov.az saytında “Əsaslı Tikinti və Təchizat” MMC barəsində heç bir məlumat yoxdu. Sanki gizli bir qurum kimi fəaliyyət göstərir. İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmalar belə nəticə vermədi.

Yalnız Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlardan öyrənə bildik ki, “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Vəliyev Rafiq Mustafa oğludur. O, həm də ölkəmizdə fəaliyyət göstərən yaradıcı şirkətlər, təşkilatlar, assosiasiya və birliklər, yaradıcı fərdləri birləşdirən və müasir iqtisadiyyatın əsas aparıcı sahələrindən biri olan yaradıcı biznes və sənayelərin inkişafı məqsədilə 2021-ci ildə təsis edilmiş Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının üzvüdür. Lakin “Əsaslı Tikinti və Təchizat” MMC-nin direktoru kimi deyil “FİL AGENCY” MMC-nin direktoru olaraq 2024-cü ilin oktyabrına kimi.

Qeyd edək ki, “FİL AGENCY” MMC Cəbrayılova Aysel Nazim qızı tərəfindən təsis edilib. Uzun müddət aparıcı bankların İctimaiyyətlə Əlaqələr və Rəqəmsal Marketinq bölmələrində rəhbər vəzifəsində çalışmışdır. MMC-nin əsas fəaliyyəti marketinq və reklam sahəsidir.

Göründüyü kimi “Əsaslı Tikinti və Təchizat” MMC son dörd ayda “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ümumi dəyəri 1728074 manat olan üç satınalma müqaviləsi bağlayıb. “Əsaslı Tikinti və Təchizat” MMC hər üç tenderdə də qalib şirkətə ehtimal olunan qiymətdən qanunda müəyyən edildiyi 20 faizdən çox, 35-40 faiz güzəştə gedib. Bu da “Əsaslı Tikinti və Təchizat” MMC-nin Satınalma Komissiyası tərəfindən keçirilmiş açıq tender prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinə, açıq tenderlərin keçirilməsində saxtakarlıq hallarına yol verilməsinə şübhələr yaradır. Bunlar həm də bir dövlət satınalmasından daha çox əvvəlcədən sövdələşməyə, işbirliyinə oxşayır.

Son illər Mədəniyyət Nazirliyindəki talanan dövlət vəsaitləri hamıya məlumdu. Bunlardan sonra sözügedən qurumda eyni halların təkrar olunması təəccüb döğurmaya bilmir. Maraqlıdır, görəsən bu kimi hallardan 14 aprel 2023-cü ildə Mədəniyyət Nazirliyinin rəhbərliyinə gətirilmiş Adil Kərimlinin xəbəri varmı?

Aktualnifo.org

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 Yanvar 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see203

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see190

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see158

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see152

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see131

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri