Icma.az
close
up
RU
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? İLGİNC FAKTLAR/FOTOLAR Yeni Gündəm

Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? İLGİNC FAKTLAR/FOTOLAR Yeni Gündəm

Icma.az bildirir, Yenigundem saytına əsaslanaraq.

“Azərbaycanda qanunsuz tikililər problemi bu gün də öz aktuallığını qorumaqdadır. Bakı şəhəri də daxil olmaqla ölkənin müxtəlif şəhər və rayonlarında qanunsuz şəkildə tikinti işlərinin aparılması barədə məlumatlara mətbuatda tez-tez rast gəlinir.

Yenoxeber.org: Qanunsuz tikililərə daha çox harada rast gəlinir sualına cavab axtaranda, çox da baş sındırmağa ehtiyac olmur. Göz önünə dərhal paytaxtın Nizami rayonu gəlir”.

Məqalənin əvvəli BURADA: Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov… AT OYNADIR… – İLGİNC İDDİALAR

Məqalənin davamında deyilir: “Gəlin, Firdovsi Cəbrayılovun qanunsuz tikililərə himayədarlıq etdiyini göstərən konkret faktlara nəzər salaq. Nizami İcra Hakimiyyətindəki
mənbələrin bizə təqdim etdiyi bu fotolar, hazırda rayon ərazisində inşa edilən növbəti qanunsuz obyektləri əks etdirir. Tikililərdən biri Kamil Balakişiyev küçəsindədir.

Məlumata görə, müvafiq qurumlar, bu obyektlə bağlı araşdırma aparsalar, tikintiyə dair hər hansı lazımi sənədin olmadığını görərlər. Yəni bu obyekt faktiki olaraq “naxalstroydur”. Buna “gecəqondu” da deyə bilərik. Çünki, tikinti işləri bilavasitə Firdovsi Cəbrayılovun himayəsi ilə “tezbazar” ərsəyə gətirilib və Allah bilir, nə qədər rüşvət hesabına başa gəlib.

Görüntülərə diqqət edin, bu qanunsuz tikili yaşayış binalarına çox yaxın məsafədə, bilavasitə bina sakinlərinin istirahət zonasına müdaxilə etməklə ərsəyə gətirilib. Maraqlıdır, bu boyda zıppıltını Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi niyə görmür? Yaxşı onlar görmür, icra başçısı Coşqun Cəbrayılov da görmür? Firdovsi Cəbrayılovun boyu balaca ola bilər, amma qanunsuz əməllərinin miqyası çox böyükdür axı.

İnşası davam etdirilən digər qanunsuz tikili isə Nizami rayonu Elşən Süleymanov küçəsindədir. Diqqət edin, tikinti qanunsuz olsa da, hazırda obyektin karkasının qurulması hamının gözü qarşısında baş verir.Yəni əlaqədar qurumlar bunu da görmürlər? Görün Firdovsi Cəbrayılov və onun kimi məmurlar nə qədər harınlayıblar ki, möhtərəm Cənab Prezident İlham Əliyevin qanunsuz tikililərlə bağlı barışmaz mövqeyini bilə-bilə, öz cinayət əməllərini davam etdirirlər. Dövlət başçısının mövqeyi belədir. Həmin məmurlara dövlət başçısının dediklərini bir daha xatırladırıq:

«Bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir”.

Bu sözləri dövlət başçısı Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Amma təkcə bu deyil, cənab Prezident qanunsuz tikililərə rəvac verən, buna şərait yaradan məmurlara dəfələrlə xəbərdarlıq edib…”(Dia.az)

DAVAMI VAR… Bizi izləməyə davam edin…





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 03 Fevral 2025 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see209

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see191

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see167

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see147

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see146

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see140

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see140

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see137

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see136

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see132

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see132

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see130

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see129

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see125

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see122

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri