“Borussiya” ilə “Napoli” gözləsin! Koxalski “Qarabağ”a görə fədakarlıq edəcəkmi?
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ”ın qapıçısı Mateus Koxalskinin qış “transfer pəncərəsi”ndə komandadan ayrılmaq ehtimalının böyük olduğunu xəbər vermişdik. Belə ki, polşalının xidmətində maraqlı olan nəhəng klublar var. Söhbət “Napoli” ilə Dortmund “Borussiya”sından gedir.
Təbii ki, Azərbaycan klubunun futbolçusunun belə klublardan təklif alması sevindirici haldı. Lakin bu gün Ağdam təmsilçisiylə bağlı durum bir qədər fərqlidi. Ona görə ki, Çempionlar Liqasında uğurlu nəticə göstərən “köhlən atlar”ın liqa mərhələsini ilk “24-lük”də bitirmək şansı var. Bu mərhələnin son iki matçı isə gələn ilin yanvarında keçiriləcək.
Dəqiq desək, “Qarabağ” yanvarın 21-də “Ayntraxt”la (Almaniya), 28-də “Liverpul”la (İngiltərə) qarşılaşacaq. Koxalskinin məhz həmin matçlarda heyətdə olmamasının kollektivin məlum hədəfini təhlükəyə ata biləcəyini nəzərə alsaq, Ağdam təmsilçisini çətin günlər gözləyə bilər.
İş ondadı ki, buna görə narahat olmağa dəyməz. Çünki İtaliya və Almaniyada qış “transfer pəncərələri” fevrlaın 2-də bağlanacaq. Yəni Koxalski və anlaşacağı klub razı olacağı təqdirdə qapıçı həmin matçlarda çıxış edəndən sonra düşərgədən ayrıla bilər.
Xatırladaq ki, Mateusun “Qarabağ”la müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 05 Dekabr 2025 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















