Leyla Medical Center Azərbaycanda UpToDate sistemini sınaqdan keçirən ilk klinika oldu
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Referans Medical Group daxilində fəaliyyət göstərən Leyla Medical Center tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə dünyada ən geniş istifadə olunan klinik qərar dəstəyi platforması olan UpToDate sisteminin ölkəmizdə sınaq tətbiqinə başlayan ilk özəl multiprofilli tibb müəssisəsi oldu.
Modern.az xəbər verir ki, UpToDate-in tətbiqi həkimlərə mürəkkəb və klinik cəhətdən çətin halların qiymətləndirilməsində ən son elmi sübutlara əsaslanan diaqnostika və müalicə planları hazırlamağa imkan verdi. Bu addım xəstəliklərin daha dəqiq qiymətləndirilməsi, vaxtında müdaxilə və effektiv müalicə strategiyalarının seçilməsinə şərait yaratdı.
UpToDate sistemi artıq xəstəxananın bütün şöbələrində həkimlərin, tibb bacılarının və həkim-rezidentlərin istifadəsinə açıqdır. Klinisistlər həmçinin mobil tətbiq vasitəsilə platformaya 24/7 rejimində çıxış əldə edə bilirlər.
Qeyd edək ki, UpToDate bu gün dünyanın 34 mindən çox tibb müəssisəsində tətbiq edilən, klinik qərarvermə prosesində sübuta əsaslanan, etibarlı tibbi məlumat təqdim edən nüfuzlu resursdur.
Leyla Medical Center hazırda bir çox xarici klinika və universitetlərlə əməkdaşlıq edir və ölkədə yüksək keyfiyyətli tibbi xidmət göstərən aparıcı tibb mərkəzlərindən biri kimi fəaliyyətini davam etdirir.
Baxış sayı:106
Bu xəbər 05 Dekabr 2025 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















