Bakı ilk dəfə D 8 Gənclər Dialoquna ev sahibliyi edəcək
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı ilk dəfə olaraq D-8 Gənclər Dialoquna ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, tədbirin rəsmi açılış mərasimi dekabrın 6-da keçiriləcək.
Forum D-8 üzv dövlətlərinin gənclər siyasətinə məsul qurumlarının rəhbərlərini, aparıcı gənclər təşkilatlarının nümayəndələrini, siyasətçiləri və sahə üzrə tanınmış beynəlxalq ekspertləri bir araya gətirəcək. Dialoq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Gənclər Qlobal Şəhər Gündəliyinin Gələcəyini Formalaşdırır: Sabahın Dayanıqlı və İqlimədavamlı Şəhərləri” mövzusu altında keçiriləcək.
Tədbirin əsas məqsədi gənclər arasında regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, innovasiya və məşğulluq sahəsində gənclərin potensialının artırılması, eləcə də dayanıqlı, inklüziv və davamlı şəhər mühitinin qurulmasında gənclərin rolunun genişləndirilməsidir.
Forum çərçivəsində “İnsan kapitalının inkişafı və dayanıqlı şəhərsalma – Gənclər inkişafın aparıcı gücü kimi”, “Dayanıqlı şəhərsalma: Gənclər və şəhərlərin gələcəyi”, “Ağıllı və inklüziv şəhərlər üçün transformasiya” kimi mövzuların müzakirəsi nəzərdə tutulub.
Dekabrın 9-dək davam edəcək forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 30-dan çox xarici nümayəndə, 10-a yaxın peşəkar çıxışçı olmaqla, ümumilikdə 100-dən çox qonaq iştirak edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 05 Dekabr 2025 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















