Icma.az
close
up
RU
Əsədin devrilmə planını ilk Türkiyə təsdiqləyib Yeni detallar

Əsədin devrilmə planını ilk Türkiyə təsdiqləyib Yeni detallar

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Suriyada 61 ildir davam edən "Bəəs" rejimi dekabrın 8-də başa çatıb.

Milli.Az xəbər verir ki, Washington Post qəzetində yer alan məlumata görə, noyabrın 27-də başlayan əməliyyat müxalif qüvvələrin uzun müddət hazırladığı və Türkiyənin dəstəyini qazanan genişmiqyaslı hücumla həyata keçirilib. Rejimin devrilməsinə gətirib çıxaran bu prosesin arxa planı HTŞ-nin (Həyat Təhrir əl-Şam) hazırladığı strateji planla bağlıdır.

Əsəd Rusiyaya qaçarkən yanında bu iki şəxs olub - Yeni detallar

HTŞ üzvü Musa Elsad verdiyi açıqlamada rejimin devrilməsinə səbəb olan hücum planının dörd il ərzində hazırlandığını bildirib. Plana əsasən, sahədə güc balansını dəyişdirmək və "Bəəs" rejiminə ciddi zərbə vurmaq hədəflənib. Bu plan 2024-cü ilin əvvəlində Türkiyəyə təqdim edilib.

Ankara bu təklifə əvvəlcə ehtiyatla yanaşsa da, prinsipial olaraq razılığını verib. Elsad qeyd edib ki, Türkiyə əvvəlcə münaqişənin qarşısını almaq üçün bölgədəki gərginliyi azaltmağa çalışıb. Lakin İdlibdəki mülki əhaliyə və infrastruktur obyektlərinə rejimin hücumları davam etdikcə Türkiyənin mövqeyi dəyişib.

Noyabrın 11-də başlayan Astana zirvəsi əməliyyatın taleyində həlledici rol oynayıb. Zirvədə Türkiyə Suriya rejiminə və Rusiyaya bölgədəki qeyri-müəyyənliyin daha da pisləşəcəyini və rejimin hərbi əməliyyatlarına cavab veriləcəyini bildirib. Ankara rejim və tərəfdarlarını İdlibdə mülki əhaliyə hücumları davam etdirəcəkləri təqdirdə ciddi nəticələrlə üzləşəcəkləri barədə xəbərdar edib.

Astana zirvəsindən sonra Türkiyə HTŞ-nin təqdim etdiyi plana yaşıl işıq yandırıb. Noyabrın 26-da İsrail və Hizbullah arasında atəşkəs elan edilməsi isə HTŞ-ni daha da hərəkətə keçirib.

Qeyd edək ki, müxalif qüvvələrin güclü hücumları rejim qüvvələrini zəiflədərək, dekabrın 8-də Bəşər Əsədin devrilməsi ilə nəticələnib. Əsəd əməliyyatın dayandırılması üçün son ümid kimi Türkiyə ilə əlaqə yaratmağa çalışsa da, bu cəhdlər nəticəsiz qalıb.

Nərmin
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Dekabr 2024 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri