Icma.az
close
up
RU
Əsədin devrilməsi ilə İranın regiondakı mövqeyi ciddi zərər gördü Cemal Zehir

Əsədin devrilməsi ilə İranın regiondakı mövqeyi ciddi zərər gördü Cemal Zehir

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran şahı Məhəmməd Rza Pəhləvinin ölkədən qaçarkən sığınacaq tapmaqda çətinlik çəkdiyi kimi, Bəşər Əsədin də eyni çətinliklə üzləşəcəyini düşünürəm

8 dekabrda Bəşər Əsədin devrilməsi ilə Suriyada 61 il davam edən BAAS hakimiyyəti başa çatıb. 2011-ci ildə Bəşər Əsəd rejiminə qarşı başlayan etirazlar ölkəni vətəndaş müharibəsinə sürüklədi və bu, Suriyanı dərin siyasi, iqtisadi və sosial böhrana sürüklədi.

İranın keçmiş şahının oğlu Rza Pəhləvi X hesabında Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra İran hökumətinin vəziyyətinin çox ağır olduğunu bildirdi: "İslam Respublikası özünün faciəvi siyasəti ilə bölgə xalqları və dövlətləri ilə yanaşı, İran xalqının da həyatını məhv edib. Biz Suriyanın İran rejiminin məğlubiyyət simvoluna çevrildiyini gördük."


Yıldız Texniki Universiteti (YTU) müəllimi, beynəlxalq strateq və siyasi şərhçi Prof. Dr. Cemal Zehir “Sherg.az”a müsahibəsində bildirib ki, Suriyada Bəşər Əsədin devrilməsindən sonra hakimiyyətin qurulması mərhələsi başlayıb.


- Bəşər Əsədin devrilməsindən sonra Suriyadakı proseslər necə inkişaf edəcək?

- Suriyada Bəşər Əsədin devrilməsindən sonra idarəetmənin formalaşması yavaş-yavaş başlayır. Buradakı əsas məqsəd demokratik bir respublikanın qurulmasıdır. Bununla yanaşı, ölkənin bütün etnik və dini qruplarının demokratik rejim daxilində təmsil olunması da nəzərdə tutulur. Lakin bu, asanlıqla həyata keçirilməsi mümkün olan bir vəziyyət deyil. "Təhrir əş-Şam" liderinin açıqlamalarına görə, Suriyada bütün qrupların demokratik iştirakını təmin edəcək bir idarəetmə sistemi qurulacaq. Lakin bu açıqlamalar real deyil və belə bir sistemin yaranma ehtimalı olduqca azdır. Çünki Suriyada beynəlxalq imperialist qüvvələrin asanlıqla geri çəkilməsi gözlənilmir. Müxalif qüvvələr hakimiyyəti devirdilər, amma hansı qüvvələrin daha təsirli olacağı hələ də bəlli deyil. Şama ilk daxil olan qüvvələr, ABŞ-nin dəstəklədiyi müxalifət və Türkiyənin uzun müddətdir dəstəklədiyi Suriya Milli Ordusu, bu mənzərənin əsas oyunçularıdır. Bundan başqa, YPG/PKK kimi qüvvələr də mövcuddur. Suriyada etnik azlıqların olması da nəzərə alındıqda, yeni idarəetmə sisteminin qurulması çətin olacaq.


- Baş verən hadisələrdə Türkiyənin rolu nədir və bundan sonra nə olacaq?

- Türkiyənin Suriyadakı mövqeyinə baxdıqda, Ankara həmişə Suriyada sülhün və əmin-amanlığın tərəfdarıdır. Çünki Suriya təxminən min il boyunca türklərin idarəçiliyi altında olub. Hətta Hafiz Əsədin devirilməsindən əvvəl Suriyanın sonuncu dövlət başçısı türkmən əsilli bir şəxs idi. Buna görə də, Suriya məsələsində türkmən əhalisinin hüquqları daima diqqətdə saxlanılmalıdır. İraqda baş verən səhvlər Suriyada təkrarlanmamalıdır. İraqda sünni ərəblər, şiələr və kürdlər arasında idarəetmə paylaşıldığı halda, türkmənlər bu razılaşmadan kənarlaşdırılmışdı və onların hüquqları təmin edilməmişdi. Türkiyə, Suriyanın yenidən qurulmasında əsas rol oynayaraq türkmənlərin bu prosesdə əsas aktorlardan biri olmasını təmin etməlidir. Türkiyə əvvəlcə  Əsədi dialoqa dəvət etdi, amma rejim güzəştə getmədi. Müxalifət tərəfindən başlanan hərəkat nəticəsində isə Əsəd rejimi bir həftə  davam gətirə bilmədi və süqut etdi.


- Suriyada Əsəd ailəsinin devrilməsi ilə ölkəsindən qaçmış milyonlarla insan vətənlərinə dönəcəkmi?

- Ölkəni tərk etmiş milyonlarla insanın vətənlərinə qayıdacağı gözlənilir. Lakin araşdırmalar göstərir ki, köç edənlərin 50 faizdən çoxu yerləşdikləri ölkələrdə qalmağa üstünlük verəcək və orada yeni həyat qurmağa çalışacaqlar. Öz ölkələrində əmlaka sahib olan insanlar, mütləq əmlaklarını geri alaraq yeni bir həyat qurmaq üçün geri dönəcəklər. Digərləri isə, xüsusilə iş tapmış və yerləşdikləri ölkələrdə uyğunlaşmış olanlar, orada qalmağa davam edəcəklər. Türkiyə hazırda 4 milyondan çox Suriyalı qaçqına ev sahibliyi edir. Eyni zamanda, Avropa, ərəb ölkələri və qonşu dövlətlərdə sığınan miqrantların da bir hissəsi bu ölkələrdə qalmağa davam edəcəklər. Başlanğıcda miqrantların vətənə dönüşündə artım gözlənilsə də, zamanla bu proses yavaşlayacaq. Yaşlılar, qadınlar və uşaqların qayıtması daha çox ehtimal olunsa da, gənclər daha çox sahibkar, mütəxəssis və ya işçi kimi yaşadıqları ölkələrdə qalacaqlar.


- 1979-cu ildə İran şahı devriləndə bir çox ölkə, şah və onun ailəsinə sığınacaq vermək istəmirdi. Bəşər Əsəd üçün də sığınacaq tapmaq asan olmayacaq?

- Əsəd rejiminin vəziyyətinə baxdıqda, İran şahı Məhəmməd Rza Pəhləvinin ölkədən qaçarkən sığınacaq tapmaqda çətinlik çəkdiyi kimi, Bəşər Əsədin də eyni çətinliklə üzləşəcəyini düşünürəm. Rusiya, ona siyasi sığınacaq təklif etdiyini bəyan edib. Mənim qənaətimə görə, Əsəd, böyük miqdarda qızıl və sərvətləri yük təyyarəsinə yükləyərək yaxınları ilə birgə Suriyadan çıxıb. Rusiya, Suriyadakı hərbi bazalarını qorumaq məqsədilə Əsədə dəstək verib, amma bu, Rusiyanın ciddi maliyyə itkiləri ilə nəticələndi. Xüsusilə Lazkiyə və Tartusdakı hərbi bazalarının taleyi, Rusiyanın gələcək qərarlarından asılıdır. Əsədin ölkədən çıxarkən sərvətini dünya banklarına köçürdüyü iddia olunur. Bu vəsaitlərin Rusiyanın nəzarətinə keçməsi ehtimalı vardır və yaxın zamanda bu məsələnin nəticələri məlum olacaq. Tarix göstərir ki, heç bir diktator xalqdan oğurladığı sərvəti tamamilə özündə saxlaya bilməyib. Bu sərvətlər ya müsadirə edilir, ya da diktator devrilir və vəsaitlər milliləşdirilir. Əsədin də oxşar aqibətlə üzləşəcəyini düşünürəm.


- İranın keçmiş şahının oğlu Rza Pəhləvi X hesabında Bəşər Əsəd rejiminin devrilməsi ilə İranda xalq arasında Tehran rejiminin də süqutuna ümidləri artırdığını vurğulayıb. Bəşər Əsədin devrilməsi İranın regiondakı mövqeyinə necə təsir etdi? 

- İranın regiondakı mövqeyi, Suriyada Bəşər Əsədin devrilməsi ilə ciddi şəkildə zərər gördü. İran, ölkə daxilindəki türklər üçün sosial hüquqların təmin olunmasında böyük əksikliklər göstərib. İranın daxili müxalifəti əsasən türklərdən ibarət olub və ən böyük müxalifət də türkmənlər tərəfindən təşkil edilib. Şah Rza Pəhləvinin oğlu İranda hakimiyyətə gəlmək üçün batıdan dəstək axtarır. Amma bu məsələ hələ də reallaşmayıb. İranda dəyişiklik yalnız demokratiya ilə mümkündür. Bu isə, Haməməni və dini hakimiyyətin məhdudlaşdırıldığı, İran xalqının demokratik hüquqlarının tanındığı bir idarəetmə ilə mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Dekabr 2024 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri