Qızıl qiymətləri necə müəyyən edilir?
Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Qızıl qiymətlərindəki dəyişiklikləri daha yaxşı anlamaq üçün əvvəlcə fiziki qızılın qlobal tələb və təklifinə nəzər salmaq lazımdır. Dünyada illik fiziki qızıl tələbi və təklifi təxminən 4 min ton təşkil edir. Bunun 70 faizi qızıl mədənlərindən hasil olunur, qalan 30 faizi isə təkrar emal edilmiş qızılın payına düşür.
Banco.az xəbər verir ki, fiziki qızıl tələbinin təxminən yarısı zərgərlik sektorundan qaynaqlanır.
Tələbin 30 faizə yaxın hissəsini külçə qızıl və sikkələr, təxminən 10 faizini isə mərkəzi banklar və texnologiya-sənaye sahələri formalaşdırır.
Dünyanın ən böyük qızıl idxalçıları isə Çin və Hindistandır. Bu ölkələrin hər birinin idxal həcmi təxminən 1 000 ton təşkil edir. Həm Çin, həm də Hindistanda mədəni və ənənəvi səbəblərdən qızıla həm zərgərlik, həm də investisiya məqsədilə yüksək tələbat var. Xüsusilə Hindistanda toy mövsümündə fiziki qızıla tələbin artması bazar iştirakçıları tərəfindən yaxından izlənilir.
Qızıl hasilatına görə ilk sıralarda Çin, Rusiya və Avstraliya yer alır. Bu ölkələrin hər biri ildə təxminən 300-400 ton qızıl istehsal edir. Cənubi Afrika da mühüm qızıl istehsalçılarından biridir. Mədənlərdən çıxarılan qızıl lisenziyalı emal müəssisələrində külçələrə çevrilir, daha sonra ixtisaslaşmış banklar və iri treyderlər vasitəsilə bazara çıxarılır.
Qızılın alınıb-satıldığı bazarlar
Fiziki və ya spot qızıl London Metal Birjası başda olmaqla, müxtəlif ölkələrin qızıl birjalarında, eləcə də bu sahədə ixtisaslaşmış banklar arasında alınıb-satılır. Nyu-York Ticarət Birjasının (NYMEX) tərkibində fəaliyyət göstərən COMEX isə fyuçers və digər törəmə qızıl əməliyyatlarının həcminə görə dünyanın ən böyük bazarlarından biridir. Törəmə bazarlardakı əməliyyatların həcmi fiziki qızıl ticarətini dəfələrlə üstələyir. Bunun əsas səbəbi institusional investorların və fondların fiziki qızılı əldə etmədən, onun saxlanması və digər əməliyyat xərcləri ilə üzləşmədən bu bazarlarda ticarət apara bilməsidir.
Qızılın qiymətinə hansı amillər təsir edir?
Qızıl qiymətlərinə ən çox təsir edən amillərdən biri investisiya məqsədli tələbatdır. Tarixən həm institusional, həm də fərdi investorlar qızılı maliyyə bazarlarındakı dalğalanmalardan və mümkün böhranlardan qorunmaq üçün alternativ investisiya vasitəsi kimi qəbul ediblər. İnkişaf etmiş ölkələrin mərkəzi banklarının pul siyasəti, pul təklifi və inflyasiya səviyyəsi də qızıla investisiya tələbinə və qiymətlərə təsir göstərir.
Ümumilikdə, qızılın dəyəri qlobal iqtisadi vəziyyət, faiz dərəcələri ilə bağlı gözləntilər, mərkəzi bankların qərarları, geosiyasi hadisələr və investorların riskə münasibətindən asılı olaraq dəyişir. Qeyri-müəyyənlik artdıqda qızıla tələbat güclənə bilər. Əksinə, investorların risk iştahı yüksəldikdə və faiz gəliri gətirən alətlər daha cəlbedici olduqda qızıl qiymətləri təzyiq altında qala bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!
Baxış sayı:97
Bu xəbər 26 Noyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















