Icma.az
close
up
RU
Əsədin gizlilik planı ortaya çıxdı: Kameralar quruldu, lakin...

Əsədin gizlilik planı ortaya çıxdı: Kameralar quruldu, lakin...

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Böyük Britaniyanın “Financial Times” və ABŞ-ın “New York Times” nəşrləri Suriyanın eks-prezidenti Bəşər Əsədin qaçışından öncə Dəməşqdəki sonra vəziyyətlə bağlı detalları açıqlayıblar. 

Globalinfo.az xəbər verir ki, Əsədin son ana qədər qaçış planını gizlətmək üçün ətrafındakılara “hər şey qaydasındadır” cavabını verdiyi bildirilib.

Hər iki nəşr Əsəd ailəsinə yaxın bir çox şəxslə əlaqə saxladığını və fərqli mənbələrin eyni fikirləri səsləndirdiyini yazıblar. Prezidentə yaxın olan və adı açıqlanmayan şəxsin sözlərinə görə, Əsəd hakimiyyəti müxalifətlə bölüşməyə razı olduğunu açılamağa hazırlaşırmış. Hətta bununla bağlı kameraların qurulduğu, işıqların yerləşdirildiyi və açıqlama mətninin yazıldığı bildirilib. Lakin Əsəd çıxışı dəfələrlə ertəliyib və bəyanat verməkdən yayınıb. O, ətrafında heç bir problem olmadığı və hər şeyin qaydasına düşəcəyi kimi ab-hava yaratmağa çalışıb.

Qısası, Əsəd və ailəsinin qaçış planı son ana qədər gizlədilib. Hətta diqqət yayındırmaq üçün Humus bölgəsinin müdafiəsinin gücləndiriləcəyi, ora qoşun göndərildiyi və mübarizənin davam edəcəyinin deyildiyi qeyd olunur.

Məlumata görə, Əsəd rejiminin Baş naziri Məhəmməd Cəlali dekabrın 7-si gecə saat 22:30-da prezidentə yaxınlaşıb və baş verənlərlə bağlı son məlumatları çatdırıb. Lakin Bəşər Əsəd ona “sabah baxacağıq” cavabını verib. Baş nazir bundan sonra ölkə rəhbəri ilə əlaqə saxlaya bilmədiyini deyib. Ertəsi gün prezident oğlu Hafiz Əsədlə birlikdə rus hərbi birləşməsinə məxsus zirehli avtomobilə minib və Hmeymimə gedib. Oradan istə xüsusi təyyarə ilə Moskvaya qaçıb.

Əsədin qaçmadan öncə bütün rəsmi sənədlərin yandırılması və ordunun geri çəkilməsi əmri verdiyini deyilir. Onun Dəməşqdən qaçarkən qardaşları, onların övladları, qohumları və həyat yoldaşının da yaxınları daxil olmaqla heç kimə məlumat vermədiyi bildirilir. Hər iki nəşr rejim rəsmilərinin son anda hər şeydən xəbər tutduqları və çarəsiz qaldıqlarını yazıb.

Ayşən Mustafa
Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:265
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Dekabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri