Əsədin qardaşının bağ evindən seyflərin olduğu tunellər tapıldı VİDEO
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Suriyanın paytaxtı Dəməşqdə devrilmiş lider Bəşər Əsədin qardaşı Maher Əsədin bağ evinin altında seyflərin olduğu tunellərdə zirehli qapıları açılmayan otaqlar aşkarlanıb.
Turkustan.az xəbər verir ki, süqut edən Əsəd rejimi ordusunun ən elit birliyi olan 4-cü Zirehli Diviziyanın komandiri Maher Əsədin Dəməşqdə bağ evi görüntülənib.
Paytaxta baxan hündür təpənin üzərində, Dəməşq-Beyrut avtomobil yolunun yaxınlığında tikilmiş iqamətgah üç mərtəbədən ibarətdir.
Hündür divarlarla əhatə olunmuş binanın geniş həyətində helikopter meydançası var. Bağ evinin birinci mərtəbəsində dayanacaq və iclas zalı, birinci mərtəbədə isə tunel şəbəkəsinə açılan zirehli qapı yerləşir.
Qapıdan enən pilləkənlərin 22 pilləsi ilə endikdən sonra ara hissəyə çatırsınız. Burada dincəlmək üçün istifadə edilən tunel görmək olar. Daha 130 pillə enmək tunel şəbəkəsinə aparır.
Elektrik xətləri, ventilyasiya, yataq otağı, mətbəx və hamam kimi kupelərin olduğu tunellərin zirehli qapılarla mühafizə olunması diqqət çəkir.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 04 Mart 2025 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















