Icma.az
close
up
RU
Əsədin “tarixi” açıqlaması: Biz Ermənistanın...

Əsədin “tarixi” açıqlaması: Biz Ermənistanın...

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Ermənistanın problemləri bizə yad deyil və biz Ermənistanın yanındayıq" - bunu Suriya Prezidenti Bəşər Əsəd ötən ilin noyabrında Dəməşqdə qəbul etdiyi Ermənistan parlamentinin vitse-spikeri Hakob Arşakyana söyləmişdi. Bu təbiidir. Ermənilər Əsəd rejiminə sıx bağlıdırlar. Suriyada yaşayan ermənilər Əsədin ordusunda xidmət keçirlər".

News24.az xəbər ki, bunu siyasi ekspert Elxan Şahinoğlu Suriyada müxalifət qüvvələrinin Əsəd ordusunu ərazilərdən çıxararaq şəhərləri ələ keçirməsi ilə bölgədə yaranan vəziyyəti şərh edərkən deyib.

O bildirib ki, Əsədin Ermənistana verdiyi dəstək İran amili ilə də bağlıdır:

"Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərindən Rusiya ilə birgə Suriyaya hərbçi göndərməyi xahiş etdikdə, KTMT ölkələrindən təkcə Ermənistan müsbət reaksiya verdi. Baş nazir Nikol Paşinyan Suriyaya heyət göndərdi. Bundan məmnun qalan Əsədin Ermənistana verdiyi dəstək İran amili ilə də bağlıdır. İranın dostları və tərəfdaşları avtomatik Əsədin də dostları və tərəfdaşları, düşmənləri isə onun da düşmənləri idi. Əsəd Azərbaycan-Türkiyə müttəfiqliyinə Tehranın prizmasından baxırdı.

Ancaq indi Əsəd elə bir vəziyyətdədir ki, dostları və tərəfdaşları onu yalnız buraxıb. Rusiya və İran dağılmaqda olan rejimi xilas etməyin anlamsız olduğu qənatindədirlər. Ermənilər isə Əsədin simasında sadiq dostlarını itirmək üzrədirlər".//milli.az

E.Şahinoğlu vurğulayıb ki, önəmli olan Azərbaycanın strateji müttəfiqi Türkiyənin Suriyada maraqlarının təmin edilməsidir:

"Əsəd rejiminin yıxılması perspektivi Suriyanın problemlərinin və ərazi bütövlüyünün təmini anlamına gəlmir. Suriyaya qonşu İraqda Səddam Hüseyn rejiminin devrilməsi bu ölkənin problemlərini azaltmadı. Oxşar vəziyyət Suriyada yarana bilər. Önəmli olan Azərbaycanın strateji müttəfiqi Türkiyənin Suriyada maraqlarının təmin edilməsidir. Bunlardan biri Suriya ərazisində terrorçu PKK və ona bağlı silahlı qrupların neytrallaşdırılmasıdırsa, digəri yerli türkmənlərin təbii haqlarının bərpasıdır. Ermənistan vaxtilə Əsəddən yana oldu, yanıldı, indi Azərbaycanın növbəsidir, Türkiyə ilə birgə Suriyadakı qardaş türkmənlərdən yana olmalıyıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 Dekabr 2024 01:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri