Icma.az
close
up
RU
525ci qəzet Əsədin devrilməsi Ermənistanın maraqlarına ağır zərbə

525ci qəzet Əsədin devrilməsi Ermənistanın maraqlarına ağır zərbə

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Pərvanə SULTANOVA
[email protected]

Suriyada Bəşər Əsəd rejiminin devrilməsi bir çox tərəfləri, o cümlədən, Ermənistanı dərindən məyus edib. Rusiya və İranın Yaxın Şərqdə, o cümlədən, Suriyada maraqları da, apardıqları siyasət də bəllidir. Özünü qərbyönümlü göstərən, guya Avropa strukturlarına inteqrasiya xətti götürən Paşinyan hakimiyyətinin Əsəd rejimi ilə belə yaxın və isti münasibətləri, eyni zamanda Qərbin buna susqun yanaşması bir sıra suallar doğurur. Necə olur ki, başqa dövlətlər belə siyasət aparanda süngü ilə qarşılanırlar, Ermənistan isə Qərbin sanksiyaları altında olan, diktator elan etdiyi  Əsəd rejimi ilə çox yaxın müttəfiqlik münasibətinə malik olub. İranla bağlı da eyni məqamı vurğulamaq mümkündür.

Suriya və Ermənistan hakimiyyətləri arasında yaxın  əlaqələr özünü bir sıra məqamlarda aydın göstərib. Baş nazir Nikol Paşinyanın Əsədə təbrik məktubları, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər, hərbi əməkdaşlıq, Ermənistan hərbçilərinin Hələbdə xidmət etməsi və s. Minatəmizləmə kimi qələmə verilən bu xidmət əslində Əsəd rejiminə dəstək məqsədi daşıyıb, Ermənistan hərbi kontingenti Suriya ordusunun fəaliyyətinə dəstək göstərib.

Suriyada mövcud olan erməni terror təşkilatlarının da Əsəd rejimi ilə sıx əlaqələri olub, misal üçün Nubar Ozanyan adına erməni batalyonunu göstərmək olar. Bu hərbi qruplaşma 2019-cu ildə yaradılıb və Suriya xüsusi xidmət orqanları ilə yaxından əməkdaşlıq edib. Eyni zamanda, Ermənistan İran vasitəsilə Suriyaya hərbi texnika göndərib.

Göründüyü kimi, özünü qərbpərəst kimi göstərən Paşinyan hakimiyyəti yaxın Şərqdəki antiqərb mövqeli hakimiyyətlərlə sıx əməkdaşlıq edib və edir. Ermənistan Rusiya ilə Qərb arasında da eyni riyakar mövqe nümayiş etdirir.

Baxmayaraq ki, Suriya müsəlman dövlətidir, Əsəd rejimi hər zaman ermənipərəst mövqe tutaraq Azərbaycana qarşı olub. Necə ki, Kəşmir məsələsində də Pakistanı deyil, Hindistanı dəstəkləyib. Suriya İƏT çərçivəsində Azərbaycanın maraqlarına qarşı çıxış edib, Ermənistanla bağlı qətnamələri əngəlləməyə çalışıb, qəbul olunan sənədlərə qoşulmayıb. Bütün bunlar onu deməyə əsas verir ki, Suriyada Əsəd rejiminin çökməsi Ermənistanın maraqlarına ciddi zərbə oldu.

Təbii ki, Suriyadakı proseslərdə Türkiyənin mühüm rolu olub, bu, Türkiyənin uğurudur və qarşıdan gələn dövrdə də Suriyada proseslərin dinc inkişafına öz töhfələrini verməkdə davam edəcək.

Milli Məclıisn Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “525”ə deyib ki,  Suriyada baş verən hadisələr qəfil olmadı: "Uzun müddət buna hazırlıq görülürdü. Məlum məsələ idi ki, həm Türkiyənin, eyni zamanda, ABŞ-nin, Rusiyanın, İsrailin, İranın Suriyada daim özəl maraqları vardı və bu maraqları həyata keçirmək üçün danışıqlar mövcud idi. Əsas məqam ondan ibarətdir ki, Türkiyə burada çox mühüm bir rol oynadı. Gələcəkdə Türkiyənin həm öz sərhədində stabillik yaratması, eyni zamanda, Türkiyə ərazisində olan Əsəd rejimindən qaçan Suriya qaçqınlarını geri qaytarmaq çox mühüm bir addım olacaq. Bu, həm iqtisadi, həm siyasi, həm hərbi baxımdan dövlətlərə təsir edən amildir. ABŞ-nin dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında olan danışıqlardan da bir daha məlum olur ki, terror təşkilatlarının kimin tərəfində olub-olmaması məsələsi gündəmə gətiriləcək. Lakin düşünmürəm ki, ABŞ orada insan hüquqları adı altında terrorçulara dəstəyini davam etdirsin. Təbii ki, onların orada maraqları var və daim bundan istifadə etməyə çalışıblar”.

Rusiyaya gəlincə, komitə sədri deyib ki, hazırda Əsəd rejimindən qalmış baş nazir səviyyəsində danışıqların aparılması, eyni zamanda, Suriya ərazisində yerləşən Rusiya hərbi bazalarının taleyi ilə bağlı, yəni ora hər hansı bir hücum olmamalıdır və  eyni zamanda orda qalmalıdır. Rusiya da bu proseslərdə məhz Bəşər Əsədə siyasi sığınacaq verməklə öz rolunu oynamaqdadır. İsrailə gəldikdə, artıq Colan yüksəkliklərinə hücumu başlayıb: “Yarım əsr demək olar ki, orada həmin yüksəkliklər həm İranın, həm Suriyanın inhisarında olub, onları əldə etməklə paralel olaraq İsrail Hizbullahın və digər Suriya ərazisində olan terrorçuların hərbi bazalarının məhv edilməsi ilə məşğuldur. Yəni birmənalı şəkildə hər bir dövlətin orada öz marağı var. Türkiyənin də mövqeyi birmənalıdır. Çünki Suriya ilə sərhədi, çoxsaylı qaçqını var və ərazidə kürd separatizmi dəstəkləyən dəstələr var. Bunların hamısı məlum məsələdir ki, Türkiyənin mövqeyinə təsir edən əsas amillərdir. Düşünürəm ki, burada qalib tərəf kimi də Türkiyəni qeyd etmək mümkündür. Türkiyə həm NATO-nun üzvü olması, eyni zamanda ABŞ-nin, İranın Yaxın Şərqdə mövqeyi və digər məsələlər nəzərə alınmaqla, Türkiyə demək olar ki, həm diplomatik səviyyədə, həm digər istiqamətdə qələbə əldə etmiş dövlətdir”.

Deputat Ceyhun Məmmədov isə “525”ə bildirib ki, Əsəd rejimin süqutunda bir çox amillərin rolu var: “Məlumdur ki, Suriya ilə Ermənistanın hər zaman sıx əlaqələri olub və bir-birini dəstəkləyiblər. Bu prosesə bir neçə amil təsir göstərib. Birinci amil odur ki, Suriyada güclü erməni diasporu, erməni kilsələri var, eyni zamanda ölkədə ermənilər hökumətlə fəal iş aparırlar. Bu istiqamətdə davamlı olaraq müxtəlif addımlar atırlar. Ermənistan bir sıra məsələlərdə təbii ki, Suriyaya güvənirdi və onun dəstəyi ilə bu prosesə öz təsirini birmənalı olaraq açıq aydın göstərirdi. Yəni biz bunu bir çox hallarda açıq şəkildə görürdük. İqtisadi əlaqələr və digər münasibətlər də bu proseslərə birmənalı olaraq öz ciddi təsirini göstərirdi. Burda əslində yanaşma belə olmalı idi ki, Suriya çalışmalı idi ki, daha çox Azərbaycanla münasibətlərini qorusun, bu istiqamətdə addımlar atsın. Amma biz təəssüf ki, bunu Suriyanın siyasətində görmədik. Hesab edirəm ki, Suriyada baş verən proseslərlə həm də Ermənistan özünün yaxın müttəfiqlərindən birini itirmiş oldu. Bu, Ermənistan üçün ciddi bir zərbədir. Özünü demokratik bir dövlət kimi göstərən Ermənistan təbii ki, Şərqdəki antiqərb mövqeyində olan dövlətlə əməkdaşlıq edib, sıx əlaqəsi olub, erməni hərbçiləri Suriyada fəaliyyət göstəriblər. Bu mənada düşünürəm ki, bu məsələlər önəmlidir və bəzi Qərb dövlətləri də bunları nəzərə almalı idilər. Amma təəssüf ki, Qərb bu məsələdə Ermənistana münasibəti onun eyni siyasəti davamlı olaraq həyata keçirməsinə aparıb çıxarır”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Sultan Zahidov isə “525”ə deyib ki, Ermənistan müstəqillik qazanandan bu günə kimi Suriya ilə, Əsəd rejimi ilə yaxın münasibətlərə malik olub. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Suriyanın Hələb şəhərində anadan olub, yəni Suriya ermənisidir: “O, hakimiyyətdə olduğu dönəmdə Ermənistanın Suriya rejimi ilə münasibətlərinin inkişaf etdirilməsinə xüsusi səylər göstərib. Ermənistan və Əsəd rejimi arasında yaxın münasibətlərin olmasında rol oynayan faktorlardan biri Suriyadakı erməni icmasıdır. Bəzi rəqəmlərə görə, Suriyada vətəndaş müharibəsinə kimi 100 minə yaxın erməni yaşayırdı. Vətəndaş müharibəsindən sonra daha dəqiq desək, 2019-cu ildə Paşinyan Ermənistanda Baş nazir olarkən həmin o Suriya ermənilərinin bir qismini qeyri-qanuni şəkildə Qarabağda yerləşdirmişdi. Bir qismi də Ermənistana gəlmişdilər. Maraqlı məqam budur ki, 2019-cu ilin fevralında Ermənistan Suriyaya hərbi əməliyyatlarda iştirak edəcək kiçik kontingent göndərmişdi. Bu addımın arxasında biz bilirik ki, Rusiya faktoru var idi. Görürük ki, Ermənistanla Suriyanı birləşdirən digər faktor İran və Rusiyadır. İran rejimi Əsədə yaxın bir rejim idi. Rusiyanın da Suriyada maraqları var. Qərb Paşinyanın gah Qərbə, gah da Şərqə doğru çevrildiyinin şahidi olub”.

Politoloq deyib ki, Əsədlə Paşinyan arasında münasibətlərə nəzər salanda, 2023-cü ilin fevralında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Dəməşqə səfərini, Bəşər Əsəd və nazirlərlə görüşünü, 2023-cü ilin zəlzələsində Paşinyanla Əsəd arasında telefon söhbətini, Paşinyanın Suriyaya humanitar yardım göstəriləcəyi ilə bağlı vədini və s. yada salmaq lazımdır: “2024-cü ildə də Paşiyanla Əsəd arasında dəfələrlə təmaslar olub, bayramlarda təbrik mübadiləsi aparılıb. Bütün bunlar onu göstərir ki, Paşinyan bir tərəfdən qərbyönümlü siyasət yürütməsinə baxmayaraq, digər tərəfdən Qərbdə birmənalı qarşılanmayan Suriya və İranla rejimləri ilə yaxın münasibətlər qurmağa davam edir. Qəribə olanı budur ki, Qərb, xüsusilə son dönəmlər buna sərt reaksiya vermir, Paşinyana lazımi təzyiqlər göstərmirlər. Bu, bir daha Qərbin riyakarlığının, ikiüzlüyünün göstəricisidir. Başqa dövlətlər Qərbdə tiran kimi göstərilən dövlətlərlə münasibəti davam etdirəndə onları tənqid edirlər, amma Ermənistan bunu edəndə biz görürük ki, Qərbdən lazımi reaksiyalar gəlmir. Bu, bir daha ikili standartların nəticəsi, Qərbin öz geosiyasi maraqlarına kökləndiyinin göstəricisidir”.

S.Zahidova görə, Əsəd rejiminin çökməsini sözsüz ki, Ermənistanın maraqlarına ciddi zərbə adlandıra bilərik: “Çünki Ermənistanın yaxın Şərqdə yaxın olduğu bir neçə dövlət var idi, onlardan biri Livan, digəri Suriya idi. Hər iki dövlətə erməni icmasının da müəyyən təsir dairəsi var”.

Politoloq onu da vurğulayıb ki, 2015-ci ildə Suriya sözdə “erməni soyqırımı”nı tanıyan Livandan sonra ikinci ərəb dövləti oldu. 2022-ci ildə Suriyanın Milli Assambleyası da bununla bağlı qətnamə qəbul etdi: “İkinci Qarabağ  müharibəsi zamanı Əsəd Ermənistanı haqsızcasınna dəstəkləyən qərəzli açıqlamalar vermişdi. Biz bunu da xatırlayırıq. Bütün bu məqamlar onu göstərir ki, Əsəd rejimi Ermənistanın regionda yaxın münasibətlərə malik dövlətlərdən biri idi və bu rejimin devrilməsi sözsüz ki, Ermənistanın maraqlarına həm birbaşa, həm dolayı bir zərbədir. Dolayı şəkildə ona görə ki, burda itirən həm də İran oldu. İranın təsir dairəsinin zəifləməsi sözsüz ki, Ermənistan üçün də bir itkidir. Ermənistan yaxın zamanlarda alternativ tərəfdaşlar axtarışında olacaq və yaxud da mövcud tərəfdaşlarla münasibətlərini daha da inkişaf etdirməyə çalışacaq. Çünki hazırda onun regiondakı geosiyasi mövqeyində ciddi boşluqlar var, bu boşluqların doldurulması üçün düşünürəm ki, Paşinyan növbəti dəfə müxtəlif ölkələrə yönəlik yalvarış diplomatiyasını işə salacaq, ən çox da bu Qərb ölkələri ilə münasibətdə baş verəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Dekabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri