Icma.az
close
up
RU
Əsgər yeməyinə göz tikən KORRUPSİONER Səfər Əbiyevin BİZNES İMPERİYASI

Əsgər yeməyinə göz tikən KORRUPSİONER Səfər Əbiyevin BİZNES İMPERİYASI

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Özünü hüquq müdafiəçisi kimi təqdim edən Rüfət Səfərovun saxlanılmasından sonra Qərbdən reallıqdan uzaq açıqlamalar gəlməyə başlayıb. Xüsusilə də, ABŞ Dövlət Departamenti bəyanat yayaraq onun saxlanılmasından “dərin narahatlıq” keçirdiklərini qeyd edib. Halbuki, Rüfət Səfərov torpaq alqı-satqısı ilə bağlı münaqişəyə görə saxlanılıb və haqqında dələduzluq, xuliqanlıq maddələri ilə cinayət işi açılıb.
Qərbin Rüfət Səfərovla bağlı əl-ayağa düşməsinin əsl səbəbi isə tamamilə fərqlidir.
Rüfət Səfərovu Səfər Əbiyevlə nə bağlayır?

Rüfət Səfərovun Qərblə münasibətlərinin yaxınlığı birbaşa olaraq sabiq müdafiə naziri Səfər Əbiyevlə bağlıdır. Belə ki, onun nazir olduğu dövrdə MN-in mətbuat xidmətinə rəhbərlik edən atası Eldar Sabiroğlu Əbiyevin yaxın adamı sayılırdı. 
Maraqlıdır ki, Səfər Əbiyevi bəziləri Rusiyaya yaxın saydığı halda, o, tam əksinə, Qərblə yaxın təmas qurmuşdu. Təsadüfi deyil ki, vəzifədən çıxarıldıqdan sonra Əbiyev məhz Çexiyaya üz tutdu və bu ölkənin vətəndaşlığını da aldı.
Rüfət Səfərov isə məhz Əbiyevin nazir olduğu dövrdə prokurorluq orqanlarında işə düzəldilib. İddialara görə, bu, Səfər Əbiyevin prokurorluq orqanlarına öz adamlarını yerləşdirmək planının bir parçası idi.
Səfər Əbiyevin dönəmində ordumuzun durumu
Əvvəla qeyd edək ki, Səfər Əbiyev 1995-2013-cü illərdə, 18 il Müdafiə naziri vəzifəsində çalışıb. O, nazir olduğu dövrdə adı ən çox korrupsiya qalmaqallarında hallanan şəxs hesab olunurdu. Ən təəssüf doğuran məqam isə onun nazirliyi dönəmində ordumuzun təminatındakı problemlərin həddən çox olması idi. 
Mətbuatda gedən məlumatlara görə, Səfər Əbiyev nazir olduğu vaxtda tez-tez Tovuza gedib. Onun səfərlərini Tovuzun Ermənistanla sərhəd bölgəsində yerləşməsi və hərbi əməliyyatlarla əlaqələndirsələr də əslində məqsəd fərqli olub. Belə ki, Səfər Əbiyev Çeyrançöl ərazisində yerləşən ucsuz-bucaqsız fermalarına nəzarət etmək üçün Tovuza tez-tez səfər edib. Əvəzində isə bu ərazidə xidmət edən hərbçilərimizin təminatı acınacaqlı vəziyyətdə olub. Onlar istər qida, istərsə də geyim baxımından ciddi çətinliklərlə üzləşiblər.
Səfər Əbiyev üçün önəmli olan isə ordunun vəziyyəti, əsgərlərin durumu yox, fermadakı heyvanların vəziyyəti idi...
Səfər Əbiyevin nəhəng biznes imperiyası
Səfər Əbiyev nazir olduğu müddətdə ordu quruculuğundan daha çox biznes imperiyası yaratmaqla məşğul olub. Vaxtilə onun Avropanın bir çox ölkələrində ümumilikdə 17 bank hesabının olduğu bildirilir. Sərvətlərinin ümumi dəyəri isə milyardlarla ifadə olunur.
Onun Almaniyada, Türkiyədə, BƏƏ-də, İtaliyanın Milan şəhərində böyük malikanələri, Macarıstan və Rusiyada bank hesabları var. Əbiyevin əsas biznes imperiyası isə Rusiyadadır. Məsələn, Moskvadakı məşhur ”Pakrovka" ticarət mərkəzləri, Moskva ətrafında bağ evləri, yəhudi əsilli iş adamları ilə şərikli biznesi haqqında zamanında mətbuatda çoxsaylı məqalələr dərc olunub.
Bundan əlavə, Səfər Əbiyev bahalı avtomobil həvəskarı olub. Məlumata görə, onun şəxsi qarajında olan avtomobillərin ümumi dəyəri isə zamanında 20 milyon manatdan çox olub. 
Bundan başqa, Səfər Əbiyevin uzun müddət Müdafiə Nazirliyinin geyim sifarişlərini öz nəzarətində saxladığı iddia olunur. Hazırki “Baki Əyirici Toxucu” ASC və Bakı Tikiş Evi fabriki də vaxtilə məhz sabiq nazirin himayəsində olub.
Sabiq nazirin daşınmaz əmlakları
Sabiq müdafiə nazirinin paytaxtın, eləcə də ölkənin digər şəhər və rayonlarında çoxlu sayda villasının, mənzillərinin, biznes obyektlərinin olduğunu vurğulayan mənbələr bildirirlər ki, onun əmlaklarının qiyməti 100 milyonlarla ölçülür.
Mətbuatda gedən materiallardan aydın olur ki, Səfər Əbiyev Müdafiə Nazirliyinə aid xeyli miqdarda torpaq sahəsini satıb. Məlumata görə, Səfər Əbiyev Ə.Ələkbərov küçəsində 6 hektar torpaq sahəsini, keçmiş Ali Hərbi Məktəbin parkını (10 hektar), Biləcəri qəsəbəsində hərbi ticarət bazasının torpağı (20 hektar), Müdafiə Nazirliyinə məxsus hərbi ticarət idarəsinin torpaq və qurğularını, Badamdar qəsəbəsində hərbi hissələrin hektarlarla ərazisini, Həzi Aslanov qəsəbəsində hektarlarla sahəni, Montin qəsəbəsində hərbi müəssisə və zavodların ərazisini, Masazırda köhnə hərbi kolxozun ərazisini, Köhnə Əhmədlidə, Zığ qəsəbəsində, Dərnəgüldə, Qalada, Pirallahıda, Pirşağıda 10 hektarlarla ərazini ayrı-ayrı şəxs və qurumlara satılmasına şərait yaradıb.
İddialara görə, Səfər Əbiyevin nazir postunda təmsil olunduğu müddətdə Müdafiə Nazirliyinin balansında olan və müdafiə nazirlərinin xidməti yaşayışı məqsədi ilə ayrılmış 1000 kvadratmetr sahəsi olan yaşayış evini, eləcə də 1 hektardan çox torpaq sahəsini özəlləşdirib.
Bundan əlavə, Qubada 100 hektardan çox torpağın, 30-dan çox avtomobil olan avtoparkın, Yasamal rayonu ərazisində, Statistika Komitəsi ilə üzbəüz çoxmərtəbəli binada bir neçə mənzilin, "Avropa" otelinin yanındakı çoxmərtəbəli binada 5 mənzili, Ə.Ələkbərov küçəsində 7 bloklu, 17 mərtəbəli binanın, Səməd Vurğun küçəsində villası və çoxmərtəbəli binada mənzillərin, "Sahil" metrosu yanında çoxmərtəbəli binada mənzilləri, Şüvəlanda, Novxanıda, Mərdəkanda, Qubada və Nabranda möhtəşəm villaların, Bakıda tibb mərkəzləri, tikiş fabrikləri, super-marketləri, konserv zavodu, istirahət mərkəzləri, ət kombinatının da Əbiyevin sərvətləri arasında olduğu iddia edilir.
Səfər Əbiyevin ailəsinin biznesləri
Səfər Əbiyevin Müdafiə Nazirliyinə dövlət qurumu kimi yox, özünün şəxsi ofisi kimi baxması ilə bağlı da məlumat dərc olunub.
Belə ki, o öz yaxınlarını və tanışlarını bu “ofis”də yağ-bal içində bəsləyirdi. Məsələn, onun qardaşı Nazim Əbiyev vaxtilə Bakı qarnizonu və ətraf hərbi hissələrdə yerləşən kafe və dükanlara nəzarət edib. O, həmçinin Nazirliyə aid mənzil istismar sahələrinə kuratorluğunu da həyata keçirirdi. Yerli mətbuatın yazdığına görə, Nazim Əbiyev hətta hərbi ticarət idarəsinə məxsus binanı özəlləşdirərək orada supermarket belə açıb. Nazim Əbiyev həmçinin MN-in ümumi işlər idarəsinə məxsus binanı özəlləşdirərək burada şərikli bank yaradıb.
Nazirin digər qardaşı Məhəmməd Əbiyev vaxtilə sürücü olub. Lakin qardaşının sayəsində ən qısa zamanda iri biznesmenə çevrilib. Məlumata görə, Bakının Həzi Aslanov qəsəbəsində Müdafiə Nazirliyinə aid torpaqların qanunsuz satışına biləvasitə o rəhbərlik edirdi. 
Nazirin böyük qardaşı Cəlal Əbiyevsə vaxtilə bəzi hərbi komissarlıqlara “nəzarət” edib. Onun oğlu Müdafiə Nazirliyinin mərkəzi aparatında çalışıb, xidmət kürəkəni Mehman Qurbanovsa Binəqədinin hərbi komissarı olub. 
Səfər Əbiyevin digər qardaşı Rüstəm Əbiyevsə ordunun maddi təminatını təyin edən, tenderlərin 80 faizində qalib gələn, ordunu keyfiyyətsiz geyimlərlə təchiz edən tikiş fabrikinin faktiki idarəçisi olub.
Sabiq nazirin vəzifə verdiyi yaxın adamları
2012-ci ildə mətbuatda dərc olunan məqalədə Səfər Əbiyevin Müdafiə Nazirliyində yüksək vəzifələrə təyin etdiyi şəxslərin siyahısı dərc olunub. Həmin siyahıda Müdafiə Nazirliyində yüksək vəzifələr tutan 10-larla hərbçinin adı qeyd olunub. Maraqlı məqam isə ondan ibarətdir ki, bu şəxslərin hamısı Səfər Əbiyevin həmyerliləri və dostlarıdır.  
Sözügedən siyahıda sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov, Müdafiə nazirinin sabiq köməkçisi, polkovnik Elçin Xəlilov, Baş Qərargah rəisinin keçmiş köməkçisi, polkovnik Elxan Məcidov, Kəşfiyyat İdarəsinin sabiq rəisi, general-mayor Rəhim Cəfərov kimi yüksək streteji postlar tutmuş şəxslərin də adları var.
Səfər Əbiyev indi haradadır?
Səfər Əbiyev 2013-cü ildə müdafiə naziri vəzifəsindən azad edildikdən sonra uzun müddət onun haqqında məlumat almaq mümkün olmayıb. 2015-ci ildə isə sabiq nazirin Çexiya vətəndaşlığı aldığı və bu ölkədə yaşadığı üzə çıxıb. Onun hazırda Çexiyadakı biznes şəbəkəsini idarə etdiyi və burada yerləşən malikanəsində yaşadığı bildirilir.
Bizim.Media-nın Analitik qrupu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Dekabr 2024 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see147

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see139

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see138

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see134

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see129

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see129

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see126

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see125

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see123

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see119

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see119

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see119

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see117

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see117

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see116

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see113

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see112

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see109

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see109

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri