“Əsgərlərimiz Qarabağda hər gün bir kənd azad edəndə, onlar Bakıda yüz minlik maşınlarında...”
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
“İş adamlarımız böyük mənada Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbənin əbədiləşdirilməsində gözə görünəcək, bilinəcək mənada bir iş görməyiblər”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. O, bu məsələdə əsas işin dövlətin üzərinə düşdüyünü vurğulayıb:
“Bu iş əsasən dövlətimizin öhdəsindədir. İrili-xırdalı görülən işlərin hamısı dövlətin nəzarəti və büdcəsi ilə edilib. Çox az iş adamı var ki, bu sahədə müəyyən işlər görüb.
Çox təəssüf olsun ki, Qarabağda Azərbaycan əsgəri hər gün bir kənd, bir qəsəbə azad edəndə Bakıda yüz minlik maşınlarından bayraq yellədən şəxslər, müharibədən sonra bu qələbənin əbədiləşdirilməsi, kino, ədəbiyyat vasitəsi ilə tarixə çevrilməsi istiqamətində bir iş görmədilər və bu gün də görmürlər. Bu, yanlış bir şeydir. Təbii ki, müəyyən istisnalar var.
Biz gələcəyimiz naminə keçmişimizi əbədiləşdirməyi bacarmalıyıq. Bu olmayacaqsa, o zaman yeni problemlər, yeni faciələr qaçılmaz olacaq”.
Seymur ƏLİYEV
Baxış sayı:123
Bu xəbər 09 Fevral 2025 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















