Icma.az
close
up
RU
Qarabağda ölən Bakıda dəfn olunmamalıdır ETİRAZ

Qarabağda ölən Bakıda dəfn olunmamalıdır ETİRAZ

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Tarixi zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə bərpa və geniş quruculuq işləri aparılır. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşayışın təmini, əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı məskunlaşma ölkə Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın prioritet istiqamətlərini təşkil edir.

Hazırda Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur sakinlərinin azad olunmuş ərazilərə  davamlı köçü həyata keçirilməkdədir. Ata-baba yurduna qayıdan insanlar orada evlə, həyətyanı sahə ilə təmin olunurlar. Qarabağ və Şərqi Zəngəzur bölgəsində məktəblərin, mədəniyyət mərkəzlərinin, müxtəlif ictimai iaşə obyektlərinin tikilib istifadəyə verilməsi, iş yerlərinin açılması dövlətin daxili siyasətinin əsas prioritetləri sırasına daxildir. 

Artıq Zəngilan, Laçın, Füzuli, Cəbrayıl, Şuşa, Xocalı, Xankəndiyə 30 min nəfərdən çox adam köçürülüb. Ancaq hələ də Qarabağda yaşayan sakinlər vəfat edən yaxınlarını orada dəfn edə bilmirlər. Qeyd edək ki, Böyük Qayıdışa dair I Dövlət Proqramında qəbiristanlıqların yaradılması nəzərdə tutulub.

Müşahidələr onu deməyə əsas verir ki, Qarabağa köç edən sakinləri 30 il müvəqqəti məskunlaşdıqları ərazilərdə dəfn etməyə üstünlük verirlər. Bunun səbəbini isə yaxınlarının həmin ərazilərdə yerləşən qəbiristanlıqda dəfn olunması ilə əlaqələndirirlər.

Bəs dini aspektən belə bir şərt varmı?

Mövzu ilə bağlı Modern.az-a danışan din xadimi, Pirallahı məscidinin imamı Mübariz Rəhimov məsələyə aydınlıq gətirib.

O bildirib ki, kiminsə yanında dəfn olunmaq əsas deyil:

“Dində qeyd edilir ki, ər-arvad birlikdə yaşasa da onlardan biri Allahın bəyəndiyi işləri edir, digəri isə Allahı qəzəbləndirən işlər görürsə, bir-birinin yanında dəfn olunsalar da axirətdə bunların yeri fərqli-fərqli yerlərdə olacaq. Mömünün yeri cənnətdə, Allahı qəzəbləndirən işlərlə məşğul olan insanın – insanların haqqına girən, başqalarını incidən, öldürən insanların yeri isə cəhənnəmdir. Bir qəbrə iki nəfəri qoysaq da bu heç nəyə təsir etmir. Ancaq kimsə vəsiyyət edirsə və övladı, başqa yaxını bu vəsiyyəti qəbul edirsə, həmin adamın vəsiyyətini yerinə yetirilməsi vacibdir. Amma vəsiyyət olunmayıb, olunubsa da qarşı tərəf qəbul etməyibsə, onu etməyə də bilərlər”. 

Mübariz Rəhimovun sözlərinə görə, dində "mütləq ata-ananın yanında dəfn olunmaq lazımdır" kimi fikir yoxdur. Bu insanların öz istəyi ilə olan bir şeydir.

Din xadimi ölən şəxslərin nəşinin uzun yol aparılmasından da danışıb:

“Meyitin uzun yol getməyi insanlara əziyyət və ya meyitə ehtiramsızlıq olacaqsa düzgün deyil. Ölən şəxs ən yaxın ərazidə müsəlman qəbiristanlığında dəfn olunmalıdır. İnsanlar hara köç edibsə, həyatını itirəndə də orada dəfn olunsa yaxşıdır. Biri Laçında qalır, aparıb atasını Mingəçevirdə dəfn etməyin heç bir mənası olmayacaq. Həyatını itirən şəxsin məzarını ziyarət etmək də bu baxımdan daha çox çətinlik törədə bilər.

Qarabağ sakinləri 30 ildir həsrətində olduğu vətəninə geri dönüb. Köç edənlərin əksəriyyətinin uşaqlığı, ən gözəl xatirələri bu torpaqda keçib. Bura köçdükdən sonra həyatını itirən şəxsləri öz vətənində dəfn etmək həm şəriətə uyğundur, həm də insan düşüncəsi ilə düz gəlir. Əgər yaxınlarımızı orada dəfn etməsək, necə deyə bilərik ki, bura bizim vətənimizdir. Burada azərbaycanlılar əbədi köçüb. 30 il ərzində də biz Qarabağdakı qəbirsitanlılarımızla sübut etdik ki, bura həqiqətən də azərbaycanlıların ata-baba yurdudur”- deyə Mübariz Rəhimov sonda qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Yanvar 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri