Icma.az
close
up
RU
Əsgərlik müddətinin azaldılması GÜNDƏMDƏ: Bu, orduya və dövlətə necə təsir göstərəcək? REAL TƏHLİL KONKRET

Əsgərlik müddətinin azaldılması GÜNDƏMDƏ: Bu, orduya və dövlətə necə təsir göstərəcək? REAL TƏHLİL KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əsgərlik yaşının təhsil alanlar üçün 12-dən 6 aya, təhsil almayanlar üçün isə 18-dən 12 aya endirilməsi təklif olunub. Parlamentdə müzakirə məqsədəuyğun hesab edilməyib. Bəs görəsən, bu təklif nə dərəcədə unikal və doğrudur? İndiki məqamda əsgərlik yaşının azaldılması doğru qərar ola bilərmi? Ümumiyyətlə, bu addımın atılması orduya necə təsir göstərər?

Ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov KONKRET.az-a açıqlamasında bildirib ki, hərbi xidmət yaşı azaldılsa, onların yerinə kimlərin cəlb olunacağı məsələsi gündəmə gələcək:

“Hərbi xidmət yaş həddinin endirilməsi hələ tezdir. Birincisi, müharibəni yeni başa vurmuşuq. Döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində addımlar atılır. Türk modelini, NATO sistemini seçmişik, yeni silahlar alınır. Odur ki, müəyyən insan resursu olmalıdır ki, ordunun komplekləşməsi istiqamətində addımlar atılsın. Hətta müddətdən artıq hərbi xidmət keçən hərbçilərin sayının artırılması təklif olunur. Bu, çox gözəl təklifdir. Güman edirəm ki, müddətdən artıq hərbi xidmət keçən hərbçilərin sayının artırılması həyata keçiriləndən sonra xidmət yaş həddinin endirilməsi daha məqsədəuyğun olar. Biz ştat tərkibini artırdıqdan sonra bu məsələyə baxa bilərik. Eyni zamanda ehtiyatda hərbçilər olmalıdır. Vətən Müharibəsi göstərdi ki, çağırış zamanı bizdə kifayət qədər kadr var idi. Onları döyüşə cəlb edə bildik. Əsas məsələ isə gələcəkdə ordunun döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində addımlar atılması, eləcə də müddətdən artıq hərbi xidmət keçən hərbçilərin sayının çoxaldılmasıdır. Ondan sonra bu məsələni gündəmə gətirə bilərik. Hələlik isə insan resursu baxımından hərbi xidmət müddətinin aşağı salınmasına hazır deyilik. Bu gün “Komandos”lar əsasən müddətdən artıq hərbi xidmət keçən hərbçilərdən təşkil edilir. Gələcəkdə onların sayı artsa, müvafiq addımları rahatlıqla ata biləcəyik”.

Hərbi ekspertin sözlərinə görə, Hava Hücumundan Müdafiə Sistemləri, rabitə qoşunları, tank və manqa komandirləri, sürücülər, xüsusi təyinatlılar və digər qoşun növlərində müəyyən vəzifələr insan resursu ilə təmin edildikdən, yəni müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçular cəlb olunduqdan sonra hərbi xidmət yaşının azaldılması məsələsinə baxılması doğru olar.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Mart 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri