Əsgərlikdən möhlət almaq üçün saxta arayışlar... General
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hərbi xidmətə çağırışdan möhlət almaq üçün xarici universitetlərdə təhsil barədə təqdim olunan sənədlərin yoxlanılması zamanı saxta arayışlar aşkarlanır.
Axar.az Trend-ə istinadla xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Azər Məmmədov vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, sənədin üzərində möhür və apostilin olması onun məzmununun həqiqiliyini təsdiqləməyə kifayət etmir:
“Baxırsan ki, möhürü də var, apostil də olunub. Amma dərindən yoxlayanda universitetdən cavab gəlir ki, bizim belə şöbəmiz və ya tələbəmiz yoxdur”.
Azər Məmmədov qeyd edib ki, xarici universitetlərdə, o cümlədən doktoranturada təhsil almaqla bağlı təqdim olunan sənədlər araşdırılır.
Onun sözlərinə görə, hər bir hal üzrə ayrıca yoxlama aparılmalı və bundan sonra qərar qəbul olunmalıdır.
“Bakıda da bu istiqamətdə fəaliyyət göstərən bir neçə şirkət var. Mən düşünürəm ki, onların fəaliyyəti bəzən qeyri-qanunidir. Ona görə burada fərdi yanaşmaq lazımdır və hər bir hal araşdırılmalı, sonra isə qərar qəbul olunmalıdır”, – deyə o bildirib.
Xidmət rəisinin müavini bu sahədə hüquqi tənzimləmənin təkmilləşdirilməsi üçün təkliflər irəli sürdüklərini də açıqlayıb:
“Biz yeni dəyişikliklərlə bağlı təkliflə çıxış etmişik. Hazırda qanun layihəsi hazırlanıb. Bu istiqamətdə də işlər görüləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 18 Noyabr 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















