Əsgərliyə saqqalla getmək olar? Məktəbli geyimi ilə VACİB MÜQAYİSƏ
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Mən namaz qılıram, oruc tuturam. 18 yaşım tamam olanda hərbi xidmətə getməliyəm. Amma üzüm saqqallıdır. Hərbi xidmət zamanı saqqal saxlamağa icazə verilməyəcək. Çünki hərbi xidmətin təşkili ilə bağlı əsasnamə və qanunvericilik var. Həmin sənədlərdə hərbi qulluqçuların geyim forması və davranış qaydaları dəqiq göstərilib. Nazirlər Kabinetinin məktəblərlə bağlı qəbul etdiyi qərar da mahiyyət etibarilə eyni məsələdir”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi, hüquqşünas Müşfiq Abbasov deyib.
Onun sözlərinə görə, Konstitusiyada din və vicdan azadlığı təsbit olunsa da, bu, hər kəsin istənilən yerdə istədiyi geyimdə ola biləcəyi anlamına gəlmir: pizza
“Konstitusiya təməl prinsipləri müəyyən edir. Konstitusiyada din və vicdan azadlığı təsbit olunub. Lakin bu, o demək deyil ki, insan istədiyi yerə istədiyi geyimdə daxil ola bilər. Çünki Konstitusiyada nəzərdə tutulan hüquqlar qanunlarla müəyyən çərçivədə tənzimlənir. Məsələn, Konstitusiyada hər kəsin azadlıq hüququ var. Ancaq cinayət törədən şəxs bu hüquqa istinad edərək həbs olunmaqdan yayına bilməz. Eyni zamanda, hər kəsin istirahət hüququ olsa da, bu hüququn həyata keçirilməsi də müəyyən qaydalarla tənzimlənir
Göründüyü kimi, Konstitusiyada təsbit olunan hüquqların həyata keçirilməsi qanunvericiliklə müəyyən çərçivədə tənzimlənə bilər. Buna görə də Nazirlər Kabinetinin məktəblərlə bağlı qəbul etdiyi qərarın Konstitusiyaya zidd olduğunu demək düzgün deyil”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 14 Oktyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















