Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Əsrə bərabər gün İlham Əliyevin Vaşinqtonda tarixi zəfəri ŞƏRH

Əsrə bərabər gün İlham Əliyevin Vaşinqtonda tarixi zəfəri ŞƏRH

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Dünya tarixində müharibəni udub, diplomatiyada uduzan xeyli sayda dövlət tanıyırıq. Döyüş meydanında əldə edilmiş qələbəni diplomatik müstəvidə möhkəmləndirmək hər dövlətə qismət olmur.

Azərbaycan isə nəinki son 80 ildə müharibədə tam və mütləq qələbə qazanmış yeganə ölkə oldu, həm də bu qələbəni beynəlxalq səviyyədə tam və olduğu kimi qəbul etdirdi. Bu mənada, Prezident İlham Əliyevin ABŞ lideri Donald Trampın dəvətilə Vaşinqtona etdiyi səfərinin nəticələrini heç bir şişirtmə olmadan diplomatik zəfər adlandırmaq mümkündür.

Birgə bəyannamə - haqlı tələblərə yaşıl işıq

ABŞ prezidentinin şahidliyi ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Birgə Bəyannamənin imzalanması Vaşinqtonda əldə olunan ən mühüm razılaşmalardan biridir.

Sənəddə Minsk qrupunun ləğv edilməsinə dair iki ölkənin ATƏT-in Baş Katibinə birgə müraciət edəcəyi təsdiqlənir. Xatırladaq ki, onilliklər boyu Ermənistan-Azərbaycan münaqişəsinin həllinə deyil, dondurulmuş vəziyyətə uzanmasına xidmət etmiş bu "vasitəçilər" qrupunun ləğvi rəsmi Bakının sülh müqaviləsini imzalamaq üçün Ermənistanın qarşısına qoyduğu tələblərdən biri idi.

Vaşinqton bəyannaməsində, eyni zamanda, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən "sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması"nın zəruriliyi tanınır. Yəni, yekun sülh müqaviləsinin imzalanması üçün əsas tələblərdən biri – Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur.

Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Dövlət başçısının bu tələbi də Ermənistan tərəfindən qəbul edildi. Belə ki, imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Bununla da, Zəngəzur dəhlizi reallaşmış olur.

Sülh müqaviləsi – imzalanmanın bir addımlığında

Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanması tarixi hadisədir. İki ölkə xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını təsdiq edir. Paraflanma hələ sülh müqaviləsinin imzalanması demək deyil. Bununla belə, bu istiqamətdə ciddi addımdır. Ermənistanda konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum keçirildikdən sonra sülh sazişinin yekun imzalanması təmin olunacaq.

İmzalanan sənədlərin əhəmiyyətinə gəldikdə - Azərbaycan bir tərəfdən Ermənistanla uzunmüddətli sabitliyin əsasını qoyur, digər tərəfdən isə ABŞ ilə strateji tərəfdaşlığını yeni mərhələyə yüksəldir. Bu isə təkcə ikitərəfli münasibətlərin möhkəmlənməsi deyil, həm də regionun qlobal iqtisadi və nəqliyyat xəritəsində Azərbaycanın rolunun daha da artması deməkdir.

Vaşinqton danışıqlarının uğurla nəticələnməsi Cənubi Qafqaz üçün yeni siyasi səhifənin açılması deməkdir. Azərbaycan üçün bu, həm də əldə etdiyi zəfərin diplomatik müstəvidə möhkəmlənməsi, Ermənistan üçün isə bölgədə düşdüyü özünütəcrid vəziyyətindən çıxmaq baxımından tarixi şansdır. ABŞ Prezidentinin təşəbbüsü ilə atılan addım, eyni zamanda, Qərbin bölgədəki nüfuzunu möhkəmləndirəcək.

Ortaq dəyərləri paylaşan Azərbaycan-ABŞ liderləri

İlham Əliyevin ABŞ-yə tarixi səfəri, eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuzunun artması və regionda balanslı xarici siyasət kursunun davam etdirilməsi baxımından mühüm mərhələdir. İmzalanan sənədlər Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin yeni, strateji mərhələyə keçməsinə imkan verəcək. Etiraf edək ki, məhz Donald Trampın prezident seçilməsi ilə iki ölkə arasında münasibətlərdə yeni səhifə açılıb və iki ölkə liderləri arasında səmimi münasibətlər formalaşıb. Bu, özünü həm liderlərin bəyanatlarında, həm məktub formatında ünsiyyətin intensivləşməsində göstərirdi.

Ötən ay Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə İlham Əliyevin amerikalı həmkarı ilə bağlı səsləndirdiyi fikirləri özünün şəxsi "Truth" sosial şəbəkə səhifəsində paylaşan Donald Tramp dünən Vaşinqton görüşündən sonra onu təkrarən paylaşıb. O, həmçinin Prezident İlham Əliyevi səmimi qarşılamasını nümayiş etdirən daha bir paylaşım edib.

Xatırladaq ki, Prezident İlham Əliyev Xankəndidə jurnalistlərin sualını cavablandırarkən Donald Trampın Azərbaycan xalqı ilə ortaq fundamental, o cümlədən ailə dəyərlərini paylaşdığını və buna görə də ABŞ-də seçkiqabağı kampaniya dönəmində məhz onun prezident seçilməsini istədiyini bildirib. Dövlət başçısı, həmçinin Trampın müharibə başlatmayan, əksinə, müharibələrə son qoymaq məqsədi güdən yeganə ABŞ prezidenti olduğunu söyləyib.

Tarixi reallıq ondan ibarətdir ki, Azərbaycan 2020-ci il Vətən müharibəsindən sonra regionda tamamilə yeni geosiyasi düzən formalaşdırıb. Məhz bu reallıq sülh prosesini mümkün edib və Vaşinqton səfərinin nəticələri həmin prosesin beynəlxalq legitimləşməsi istiqamətində mühüm addım sayıla bilər. Trampın şəxsi təşəbbüsü və dəvəti ilə keçirilən bu sammit həm də ABŞ-nin Cənubi Qafqazda yeni diplomatik fəallığının göstəricisidir. Bu fəallıqdan Azərbaycanın qazancları yalnız siyasi deyil, həm də iqtisadi və təhlükəsizlik müstəvisində olacaq.

Azərbaycan və ABŞ – strateji tərəfdaşlığa doğru

ABŞ-də əldə edilən tarixi uğur həm də Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin strateji səviyyəyə yüksəlməsidir. İmzalanan sənədlər də bunu bir daha təsdiq edir. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı 3 istiqaməti əhatə edəcək. Birincisi, enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar. İkincisi, süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə. Üçüncüsü, müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq. Bu məqsədlərlə yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq.

Digər mühüm məqam odur ki, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı Qərb texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-nin bölgədə iqtisadi fəallığının artması deməkdir.

Tramp 907-ci düzəlişə qarşı

Bu səfər çərçivəsində Prezident Tramp tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalanıb. ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək Azərbaycana ABŞ-dən dövlət yardımının göstərilməsini qadağan edən qanunu qəbul edib. Bayden-Blinken administrasiyası Əfqanıstan əməliyyatları başa çatan kimi 907 saylı düzəlişi yenidən canlandıraraq Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdı.

Bu baxımdan, Prezident İlham Əliyevin Vaşinqtonda Bayden-Blinken cütlüyünün "xidmətlərinə" toxunması da təsadüfi deyil: "Biz vaxt itirmək istəmirik, onsuz da əvvəlki administrasiya dövründə - bu dörd ili mən itirilmiş illər kimi qiymətləndirirəm. Əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi".

Sülh gündəliyi – Azərbaycan 5 qazandı

Göründüyü kimi, Vaşinqtonda imzalanan sənədlər Azərbaycanın müstəqillik tarixinin ən böyük uğurlarındandır. Bunlar, eyni zamanda, bölgə və dünya əhəmiyyətli qərarlardır.

"Mən avqustun 8-ni bütün region üçün çox müsbət nəticələr verəcək dövlətlərarası münasibətlərimizdə tarixi gün hesab edirəm. Şübhəsiz ki, bu gün Azərbaycan və Ermənistan arasında baş verənlər həm də bütün region, Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyən hər kəs üçün çox əhəmiyyətli olacaq", - deyə Azərbaycan Prezidenti Vaşinqtonda media nümayəndələrinə müsahibəsində bildirib.

Beləliklə, qarşıya qoyulan məqsədlər düzgün, ədalətli olanda bütün hədəflərə çatmaq mümkündür. Prezident İlham Əliyev yürütdüyü məqsədyönlü siyasətlə bunu təsdiqləyib. Dövlət başçısı müharibədə qalib gəlməklə kifayətlənməyərək bölgə üçün sülhün də əsasını qoydu.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əsasını təşkil edən "5 əsas prinsip" 2022-ci ildə məhz Azərbaycan tərəfindən irəli sürülmüşdü və Vaşinqtonda imzalanmış sənədlər də göstərdi ki, həm bu 5 prinsip, həm də Azərbaycanın Ermənistan qarşısında qoyduğu digər tələblər artıq həyata keçməkdədir.

Report İnformasiya Agentliyi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 Avqust 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see404

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see324

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see303

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see302

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see299

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see291

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see280

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see277

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see273

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see259

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see255

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see251

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see237

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see232

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see216

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see212

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see195

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see185

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see176

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri