Əsrin müqaviləsi Azərbaycanın iqtisadi suverenliyinin əsas sütunlarından
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
"Əsrin müqaviləsi" Azərbaycanın müstəqilliyini iqtisadi dayaqlarla möhkəmləndirən tarixi bir sənəd, strateji iradənin təntənəsidir.
Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib. O bildirib ki, 1994-cü ilin 20 sentyabrda Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, siyasi qətiyyəti və müdrik liderliyi ilə imzalanmış bu müqavilə, Azərbaycanın gələcəyinə qoyulan möhkəm təməl idi. Məhz bu sənəd ölkəmizin enerji sərvətlərini dünya bazarına çıxarmaqla yanaşı, beynəlxalq investorların Azərbaycana inamını formalaşdırdı. Bu, sadəcə neft sazişi deyildi. Bu, Azərbaycanın müstəqil siyasət yürütmək əzmini, bölgədə liderliyə iddiasını və iqtisadi inkişaf yolunda atdığı ən önəmli addımlardan biri idi.
Prezident İlham Əliyevin liderliyi ilə bu müqavilə sonrakı illərdə davamlı inkişaf, enerji diplomatiyası və yeni strateji layihələrlə daha da dərinləşdi. Azərbaycan bu gün həm neft, həm də alternativ enerji istiqamətində etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunu daha da möhkəmləndirib.
"Əsrin müqaviləsi" bu gün də Azərbaycanın iqtisadi suverenliyinin, beynəlxalq nüfuzunun və gələcək inkişafının əsas sütunlarından biridir. Bu müqəddəs yolun banisi olan Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla anır, bu siyasəti uğurla davam etdirən cənab Prezident İlham Əliyevə təşəkkür edirik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 20 Sentyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















