Icma.az
close
up
RU
Əsrin müqaviləsi Əsrin mübarizəsi

Əsrin müqaviləsi Əsrin mübarizəsi

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Heydər Əliyev bizi bu mübarizədən qalib çıxardı

“Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”.

Ümummilli Lider Heydər Əliyev

31 il əvvəl, 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 13 ən məşhur neft şirkəti ilə “Əsrin müqaviləsi”ni imzalamaqla respublikamızın iqtisadi-siyasi həyatında yeni dövrün başlanğıcını qoydu. Dünyanın ən nəhəng enerji şirkətləri ilə imzalanmış bu sazişin icrası sayəsində “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil olunan neft dünya bazarlarına nəql olunmaqla ölkəmizin iqtisadi inkişafında həlledici rol oynadı, Azərbaycanı neft ixracatçıları ailəsinin layiqli üzvünə çevirdi.

“Əsrin müqaviləsi”nin müəllifi, Ulu Öndər Heydər Əliyev bu sazişi gerçəkləşdirməklə Azərbaycan dövlətinin uzunömürlü etibarlı tərəqqisinin bünövrəsini qoydu.

Həmin illərdə ölkəmizin iqtisadi həyatında xüsusilə vacib faktora çevrilmiş enerji diplomatiyasının uğurlarında Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyevin misilsiz xidmətləri də mühüm əhəmiyyət kəsb etmişdir. Neft müqavilələri ilə bağlı aparılan gərgin müzakirələrdə birbaşa iştirak edən İlham Əliyevin “Əsrin müqaviləsi”nin Azərbaycanın milli maraqları və mənafeyinə uyğun hazırlanması və imzalanmasında əzmkar fəaliyyəti öz mühüm nəticələrini verdi.  Beləliklə, dünyanın ən nəhəng enerji şirkətləri ilə başlanan yeni neft erası “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil olunan neft dünya bazarlarına nəql olunmaqla ölkəmiz qlobal tədarükçülər, neft ixracatçıları ailəsinin layiqli üzvünə çevrildi. “Əsrin müqaviləsi”nin ən əhəmiyyətli fazası olan “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neftin dünya bazarlarına çıxarılması, 2006-cı ildə Azərbaycan dünyanın ən böyük tranzit arteriyalarından biri olan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istifadəyə verilməsi isə iqtisadi inkişaf üçün güclü maliyyə aktivləri imkanlarını hərəkətə gətirdi. Neft-qaz sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi, neft resurslarının dünya bazarlarına çıxarılması və valyuta gəlirlərinin ölkəyə daxil olması özünün iqtisadi səmərəsini göstərməyə başladı. Azərbaycanın itirilmiş güclü iqtisadi potensialının və hərəkətsiz qalmış resurslarının bərpa olunması iqtisadi artım üçün geniş imkanlar açdı, milli gəlirlərin formalaşmasını, iqtisadi sabitliyin möhkəmliyini və valyuta stabilliyini təmin etdi.

“Əsrin müqaviləsi” Azərbaycana yalnız iqtisadi səmərə deyil, eyni zamanda, siyasi zəmanət də qazandırdı. Azərbaycan xalqının Ulu Öndərin də məqsədi məhz elə Azərbaycanın siyasi müstəqilliyinin əbədi olmasını təmin etməkdən ibarət idi ki, bunu da uğurla həyata keçirdi.

Azərbaycan nefti dünya bazarında: Üç dənizin əfsanəsi reallıqdır

“Əsrin müqaviləsi”nin imzalanmasından və 1999-cu ildə ilk mənfəət neftinin dünya bazarlarına çıxarılmasından sonra yeni geoiqtisadi reallıqlar da meydana çıxdı. Neft ixracı üçün ilkin dövrlərdə buraxıcılıq qabiliyyətləri ildə 5 milyon ton olan Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri Şərq-Qərb arteriyası kimi qlobal ötürmə gücünə malik deyildi. Müqaviləyə daxil olan yataqlar üzrə illik hasilatın 50 milyon tona çatacağını nəzərə aldıqda daha geniş ixrac xəttinə ehtiyac var idi. Ən optimal variant kimi Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri seçildi. 2005-ci ilin mayında Bakıda  BTC-yə ilk neft vuruldu və neft 2006-cı ilin I rübündə Ceyhan limanına çatdı. Bununla da Şərq-Qərb enerji ixracı strategiyası uğurla gerçəkləşdi. Bu neft kəməri dünya dövlətləri ilə Azərbaycan arasında yeni münasibətlərin yaranmasına təkan verdi, ölkəmizin xarici siyasətinin güclənməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına, eləcə də onun siyasi və iqtisadi baxımdan inkişaf etməsinə səbəb oldu. Eyni zamanda, BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən bütün dövlətlər üçün müstəsna əhəmiyyət kəsb edən bir layihə olduğunu təsdiqlədi.

“Əsrin müqaviləsi” güclü iqtisadiyyat və güclü Ordu quruculuğunu təmin etdi

Azərbaycanın enerji siyasətində növbəti addım BTC ilə nəql edilən neftdən əldə edilən gəlirlərin etibarlı və etimadlı bir ünvanda saxlanılması oldu. Həmin dövrdə Dövlət Neft Şirkətinin (SOCAR) Birinci vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyevin xarici ölkələrin ən mütərəqqi suveren fondlarının təcrübəsini dərindən mənimsəyərək ölkəmizdə tətbiqi ideyası köməyə çatdı. Onun təklifi ilə dünyada bu sahədə mövcud analoji suveren fondların təcrübələri öyrənildi və mükəmməl bir model ortaya qoyuldu. Azərbaycan hökuməti neftdən əldə etdiyi gəlirləri ədalətli, şəffaf və səmərəli şəkildə istifadə etmək üçün dünyada mövcud olan ən qabaqcıl təcrübəyə əsaslanmaqla unikal bir yığım mənbəyi - Dövlət Neft Fondunu yaratdı.

Fondun vəsaitlərinin hansı sahələrə xərclənməsi də mürəkkəb sual yaratmışdı, çünki həmin illərdə ölkəmizin iqtisadi və sosial həyatının bütün sahələrində maliyyəyə kəskin ehtiyac var idi, ancaq Ulu Öndər Heydər Əliyev dövlətimizin və xalqımızın bir nömrəli qayğısı olan Qarabağdan köçkün düşmüş soydaşlarımızın ehtiyaclarını, mənzil şəraitini yaxşılaşdırmağı ön sırada görürdü. Məhz bu ümdə mərama əsaslanaraq Neft Fondunda toplanan ilk vəsaitlər doğma torpaqlarını tərk etmiş soydaşlarımız üçün ayrıldı.

Neft diplomatiyası iqtisadi inkişafı 15 dəfə böyüdüb

Ümummilli Liderin uğurlu enerji strategiyasını davam etdirən Prezident İlham Əliyev neft gəlirlərini güclü Azərbaycan qurmaq və iqtisadi qüdrətini artırmaq üçün səfərbər etdi, eyni zamanda, bir nömrəli problemimizi - Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad edilməsi üçün güclü ordu quruculuğuna yönəltdi. Məhz həmin güclü iqtisadi arxitektura və hərbi büdcə sayəsində rəşadətli Ordu quruldu və 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanıldı, 2023-cü ilin sentyabr ayında bir günlük lokal antiterror əməliyyatları nəticəsində münaqişənin son akkordu tamamlandı, Azərbaycanın dövlət suverenliyi və Konstitusiya hüquqları 86,6 min kv.km ərazilərinin hər bir nöqtəsində təmin olundu.

Həmçinin neft gəlirlərinin səmərəli idarə olunması və iqtisadiyyatın inkişafına şaxələndirilməsi sayəsində ölkəmizin bütün regionlarında infrastrukturlar əhəmiyyətli şəkildə modernləşdirildi, qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafı təmin edildi, sosial rifah davamlı olaraq yaxşılaşdırıldı, əhalinin məşğulluğu artırıldı və ölkədə yoxsulluğun səviyyəsi azaldıldı.

Ümumilikdə, neft strategiyasının uğurlu icrası sayəsində Azərbaycan güclü iqtisadi inkişaf mərhələsinə daxil oldu. Cənab İlham Əliyev tərəfindən neft gəlirlərinin ədalətli və uzaqgörənliklə idarə olunması sayəsində Azərbaycan Cənubi Qafqazın lider iqtisadi gücünə çevrildi, Onun unikal iqtisadi idaretmə istedadı sayəsində Azərbaycan Cənubi Qafqazın lider iqtisadi gücünə çevrildi, 2003-2024-cü illərdə Ümumi Daxili Məhsul (ÜDM) 15 dəfə artaraq 134 milyard manata çatdı, dövlət büdcəsinin gəlirləri 28 dəfə artaraq 1,2 milyard manatdan 38 milyard manata yüksəldı, büdcənin xərcləri 29 dəfə artaraq 1,3 milyard manatdan 40 milyard manata çatdırıldı. Təkcə, hərbi-müdafiə xərcləri 35 dəfəyə yaxın artdı, əgər həmin xərclər 2003-cü ildə 150 milyon manat idisə 2024-cü ildə 8,4 milyard manat təşkil etdi.

Məhz bu güclü iqtisadi arxitektura və hərbi büdcə sayəsində rəşadətli Azərbaycan Ordusu quruldu və 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanıldı, 2023-cü ilin sentyabr ayında bir günlük lokal antiterror əməliyyatları nəticəsində Zəfərin ən qürurverici səhifəsi və münaqişənin son akkordu tamamlandı, Azərbaycanın dövlət suverenliyi tam təmin olundu.

Azərbaycan Cənubi Qafqazın lider iqtisadi gücünə çevrilib

“Əsrin müqaviləsi”nin növbəti uğur səhifəsi 2017-ci ildə Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması oldu. Qətiyyətli enerji diplomatiyası sayəsində Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurumun yeni uğurlu davamı - TANAP, TAP və digər qlobal trans-enerji arteriyaları gerçəkləşdi. Beləliklə, neft-qaz layihələrindən əldə edilən milli dividendlər iqtisadiyyatın inkişafında əsaslı rol oynadı, ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, onun 155 milyardı xarici kapitalın payına düşür.

Neft gəlirlərinin uğurlu idarə olunması sayəsində Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi son 20 ildə 48 dəfədən çox artaraq 72 milyard dollara yüksəlib.

“Yaşıl Əsrin Müqaviləsi”

“Əsrin müqaviləsi”nin 31 illik yubiley ilində Azərbaycan enerji doktrinasının yeni səhifəsi olan “yaşıl enerji” sazişləri ilə tam yeni mərhələnin əsasını qoydu. İyunun 4-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə dəyəri 1 milyard dollara bərabər olan 3 müqavilənin imzalanması ilə enerji siyasətinin yeni dövrü başlanmış olur.

Məlumdur ki, “yaşıl enerji”yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkənin enerji balansında “yaşıl enerji” mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas məqsədlərindəndir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” məkanının yaradılması ilə bağlı bir sıra prioritetlər müəyyən edilib ki, bu da yaxın onillikdə yeni çağırışlardan biri kimi “yaşıl artım”a yönəlik səylərin və sərmayələrin artırılacağından xəbər verir.

Azərbaycan 30 il əvvəl xarici neft konsorsiumları ilə bir ailədə birləşdiyi kimi hazırda “yaşıl enerji” ilə bağlı beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edərək Əsrin yeni koalisiyasını formalaşdırır. Son 2 ildə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə  bərpaolunan enerji istehsalına dair müqavilələr imzalayıb. Ümumilikdə, Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Bundan başqa, Azərbaycan Dünya Bankı (DB) , Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) , Asiya İnkişaf Bankı (AİB) kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirir.

Bütün bunlar “Əsrin Yaşıl Müqaviləsi”nin uğurla start götürməsini şərtləndirir. Ölkəmiz ilk 30 ildə neft və qaz gəlirləri hesabına bütün hədəfləri, xüsusən də ən müqəddəs vəzifə olan ərazi bütövlüyünü tam həll edərək hazırda yeni rifah əsrinə daxil olub. Bu baxımdan qarşıdakı Yaşıl Əsrdə Azərbaycanın əsas milli hədəfi olan Böyük Qayıdışın tamamlanması, yüksək iqtisadi tərəqqi və sosial rifahın təmin edilməsi də uğurla başa çatacaq.

ELBRUS CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Sentyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see251

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see223

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see221

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see211

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see175

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see168

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see160

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see153

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see150

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see142

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see141

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see138

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see138

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri