Icma.az
close
up
RU
Əsrin toyundan ilk görüntülər: 3 gün davam edəcək (FOTO)

Əsrin toyundan ilk görüntülər: 3 gün davam edəcək (FOTO)

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

61 yaşlı milarder Ceff Bezos və 55 yaşlı jurnalist Loren Sançesin Venesiyada toy şənlikləri başlayıb.

Qaynarinfo xəbər verir ki, Ceff Bezos cümə axşamı axşam saatlarında Venesiyaya gəlib və ulduzlarla dolu üçgünlük toyunun çoxsaylı etiraz aksiyalarına səbəb olduğu bu laquna şəhərini alqışlarla qarşılanıb.

"O, gözəlliyə baxın! Biz Venesiyanı sevirik", deyə Bezos "The Times" jurnalistlərinə bildirib. O, nişanlısı Loren Sançeslə birlikdə su taksisində Böyük kanalla hərəkət edib.

Onlar toy şənlikləri çərçivəsində təşkil olunmuş ilk ziyafətə gediblər. Yerli sakinlərin "Ceff Venesiyada" adlandırdığı bu tədbir XIV əsrə aid Madonna-del-Orto monastırında, güclü tufan və leysan yağışından sığınmaq üçün polis kordonu arxasında baş tutub.

Tədbirin keçirildiyi Kannareco bölgəsində isə polis əməkdaşları su motosiklləri ilə kanalları patrul edib ki, "əsrin toyu"nun Venesiyanı məşhurlar üçün tematik parka çevirdiyini deyən etirazçılar tədbirə yaxınlaşa bilməsinlər.

Bir neçə həftəlik qonaq siyahısı ilə bağlı ehtimallardan sonra cümə axşamı Bill Qeyts, Kim və Kloya Kardaşyan, Opra Uinfri, Tom Breydi, İordaniya kraliçası Raniya, müğənni Aşer, aktyorlar Orlando Blum və Leonardo Di Kaprio şəhərə gəliblər. Onlar ABŞ prezidenti Donald Trampın qızı İvanka və onun həyat yoldaşı Cared Kuşnerə qoşulublar.

Bezos və Sançes Aman otelini tərk etməzdən əvvəl, Bezosun bənzəri turistlərlə selfi çəkdirib. Su taksisində olan iki zövqlü geyinmiş qadın, fotoqrafların olduğu qayıqla yaxınlaşıb və onlara dondurma ilə soyuq su təqdim ediblər. 

Cümə günü əsas toy mərasimində Sançesi "Dolce & Gabbana” modasının geyindirməsi ehtimal olunur. Çünki həmin gün Aman otelində italyan dizayner Domeniko Dolçenin müşahidə olunması bu barədə güclü fərziyyələrə yol açıb. Əsas tədbirin Venesiyanın San-Corco-Madjor adasındakı açıq amfiteatrda keçirilməsi planlaşdırılır.

Adanın toy üçün mükəmməl məkan olduğu bildirilir. Vatikan Venesiya Biennalesində memarlıq sərgisində iştirak etmək qərarına gələndə, on memardan - o cümlədən britaniyalı memar Norman Foster - adada müasir tərzdə kiçik kilsələr inşa etmələrini istəyib.

Cütlük şənbə günü keçmiş Venesiya gəmiqayırma zavodu olan Arsenaledə keçiriləcək son ziyafətlə toy həftəsonunu tamamlayacaq. İtaliya mediasının məlumatına görə, məkan 80 000 qızılgüllə bəzədiləcək. Həmin gecədə Elton Con və Ledi Qaqanın çıxış edəcəyi gözlənilir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 İyun 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri