Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Estetik cərrahlara cinayət işi açıldı pasiyent komadadır

Estetik cərrahlara cinayət işi açıldı pasiyent komadadır

Dogru.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Estetik cərrahlardan daha biri barəsində cinayət işi başlanıb. Cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində cinayət işi pasiyentin anasının iddia ərizəsi əsasında açılıb. Bildirilir ki, cinayət işi ilə bağlı istintaq aparılıb və istintaq tamamlanaraq məhkəməyə göndərilib.

Doğru.az xəbər verir ki, hadisə ötən ilin aprel ayında baş verib.

Bakıda yerləşən “MedAura” Klinikasında rinoplastika əməliyyatı etdirən 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə, o, sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi rayon prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb. Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib. Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham elan edilib.

Rinoplastika (burun əməliyyatı) burunun estetik görünüşünü və ya funksiyasını yaxşılaşdırmaq üçün edilən cərrahi əməliyyatdır. Ölkəmizdə nə qədər insan burnundan narazı imiş. Narazıların sayı hər keçən gün artır. Bunu ictimai yerlərdə, qohum-əqrəba, dost-tanış arasında yüngülvari müşahidə aparmaqla görmək mümkündür. Ətrafımızdakı xanımlara nəzər yetirəndə hər 2 nəfərdən birinin burnunun “dikəldiyi” görünür. Bu cür burun quruluşu (kurnosıy) rus millətinə xasdır. Hətta yarı-zarafat-yarı gerçək “ruslar Allahdan elə burun istəyib ki, araq içmələrinə mane olmasın”, da deyilirdi əvvəllər. İndi bizim xanlmların burnu “kurnos”laşıb. Məsələnin bu tərəfini kənara qoyaq. Problem insanlarımızın sağlamlığının təhdid altına, həyatlarının təhlükəyə düşməsidir. Maraqlı həm də budur ki, burnunu estetik əməliyyat etdirənlərin əksəriyyəti “səbəb” kimi “çəpər əyriyi var, nəfəs almaqda çətinlik çəkir” göstərirlər. Belə çıxır ki, ölkə əhalisinin az qala 90 faizinin burnu əyriymiş. Səhiyyə Nazirliyi lisenziya ilə bağlı sərt tələblər qoysa da, Prokurorluq cinayət məsuliyyətinə cəlb etsə də, nə əməliyyatlar azalır, nə də estetik həkimlərin saxtakarlığı. Bəlkə problem özümüzdədir? Niyə estetik əməliyyatlara aludədir cəmiyyətimiz?

Sosioloq Yusif Nəbiyevlə məsələni çözməyə çalışdıq. Doğru.az-a açıqlamasında sosioloq problemin təkcə sosioloji deyil, həm də həyati risk daşıdığını dedi:

– Plastik əməliyyatlara marağın bu qədər artması sadəcə tibbi məsələ deyil. Əgər insanlar toplu bir şəkildə özlərini səhnədə, bədənlərini də sanki səhnədəki hər hansı bir obraz kimi görür və onu daim yenidən qurmağa, “düzəltməyə”, “təmir etməyə” çalışırlarsa, bu artıq sosial məsələdir. Üstünə sosial şəbəkələrdə gördüyümüz filtrli üzlər, “ideal bədən”li modellər də gəldikcə və normaya çevrildikcə, sistem insana özünü “təmir etməkdən” başqa seçib buraxmır. İnsanlara “təmir olunmamısansa, deməli, yarımçıqsan!” mesajını verir. Belə bir “münbit” şəraitdə də təbii olaraq lisenziyasız “həkimlər” üçün geniş bazar yaranır və nəticəsi də bəzən faciəvi olur.

Vətəndaşların sağlamlığının və həyatlarının risk altına düşməsi nəzərə alınaraq estetik-plastik əməliyyatlara yalnız zəruri ehtiyac yarandıqda icazə verilməsi, əks halda isə qadağaların tətbiqi mümkündürmü?

Y.Nəbiyev bildirdi ki, bütün bu anormallıqlara baxmayaraq, dövlətin estetik əməliyyatları tam qadağan etməsi, real deyil:

– Və hətta deyərdim ki, risklidir. İnsanın öz bədəni üzərində tam nəzarətə sahib olmaq istəyi ciddi bir impulsdur və bu uğurda insanlar çox ciddi riskləri belə gözə ala bilirlər. Ona görə, düşünürəm ki, estetik əməliyyatların tam qadağan edilməsi bu işi aradan qaldırmayacaq, sadəcə bu işin yeraltı qara bazarını genişləndirəcək. Qadağa olsa belə, insanlar bunu yenə edəcəklər, sadəcə bu dəfə daha qaranlıq şəraitdə və daha təhlükəli şəkildə. Hansı ki, bu da öz növbəsində lisenziyasız fəaliyyət göstərən “həkimlər” üçün daha da rahat kamuflə ola biləcəkləri şərait yaratmış olacaq. Burada əsas problem əməliyyatın özü yox, onu tənzimləyən mexanizmlərin zəifliyidir.

Bədən sağlamlığın göstəricisi və ya funksional bir alət olmaqdan çıxıb, sosial status alətinə çevriləndə, təəssüf ki, insanlar estetik əməliyyatlara, döymələrə, ifrat makiyaja, dolğu və s. əməliyyatlara aludə olurlar. Burada dövlətin edə biləcəyi ilk iş, saxta həkimləri bazardan birdəfəlik təmizləmək və bu yöndə gedən aqressiv reklamları qadağan etməkdir (tütün və spirtli içki reklamları kimi). Bu yolla ölüm hallarının ciddi dərəcədə önü kəsilər və ümid etmək olar ki, bu kollektiv estetik əməliyyat maniyası qismən azalar.

Məlahət Rzayeva

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://dogru.az
archiveBu xəbər 15 Yanvar 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see640

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see376

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see345

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see256

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see249

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see247

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see232

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see224

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see224

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see215

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see209

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see200

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see197

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see196

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see194

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see192

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see186

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see183

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see175

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri