Diplomsuz işləyən estetik cərrahlara icazəni kim verir? Deputat
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Diplomsuz işləyən estetik cərrahlara icazəni kim verir?
Milli.AzAPA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib.
"Dünən saytların birində oxudum ki, guya estetik cərrahdır, qaynı arvadını əməliyyat edib və vəziyyət dəhşətli dərəcədə faciəyə doğru gedir. Həm də qaynı arvadını ikinci dəfədir ki, bu cür ölümcül vəziyyətə düçar edib. Özü də yazılıb ki, bu adamın tibbi təhsili yoxdur. Başa düşmürəm, bu şəxs necə cərrahi əməliyyat aparır?! Buna icazə verilirmi?! Xahiş edirəm həm səhiyyə naziri, həm də TƏBİB-in rəhbəri bu məsələyə diqqət eləsin", - deyə S.Salahlı bildirib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 26 Noyabr 2024 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















