Icma.az
close
up
RU
Estoniya Azərbaycan musiqisinin sehrinə bürünüb

Estoniya Azərbaycan musiqisinin sehrinə bürünüb

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Estoniyanın paytaxtı Tallinin mərkəzində yerləşən “Mere Mədəniyyət Mərkəzi”ndə Azərbaycanın dahi bəstəkarı, musiqişünas Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş "Aşıq və Muğam" adlı konsert keçirilib. 

Tədbir Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Buta Art Studio” Azərbaycan Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mübariz Əliyev, Estoniya parlamenti və Mədəniyyət Nazirliyinin nümayəndələri, İnteqrasiya Fondu, diplomatik korpus üzvləri, incəsənət xadimləri və şəhər sakinləri iştirak ediblər.

Tarzən Asim Pirimov, kamança ustası Hüseyn Nağıyev və xanəndə Rəvanə Vəliyeva Azərbaycan muğamının sədaları ilə, aşıq Mübariz Əliyev isə sazın ecazkar ifası ilə tədbir iştirakçılarının ruhunu oxşayıb. Onların ifasında səslənən xalq mahnıları, muğam parçaları eləcə də aşıq musiqiləri sürəkli alqışlarla qarşılanıb. 

Gecənin ən yaddaqalan məqamlarından biri də Tallinin məşhur “Gracia” rəqs qrupunun “Sarı Gəlin” ifası olub. 

Tədbirin sonunda qonaqlar bu kimi mədəni tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan musiqi və rəqs sənətinin Estoniya tamaşaçısına çox doğma gəldiyini bildiriblər. Onlar bu gecəni yalnız bir incəsənət bayramı kimi deyil, eyni zamanda xalqlar arasında mədəniyyət körpüsü kimi qiymətləndiriblər.

M.Kamal
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri