Estoniya Rusiyanın onun hava məkanını pozmasını NATO ilə müzakirə edəcək
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Estoniya NATO Nizamnaməsinin 4-cü maddəsinə istinadən və təhlükəsizlik məsələsi ilə bağlı müttəfiqləri ilə məsləhətləşmələr tələb etmək niyyətindədir.
"Report"un xəbərinə görə, bu barədə Estoniyanın Baş naziri Kristen Mixal "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, sentyabrın 19-da səhər saatlarında Rusiyanın 3 MiQ-31 qırıcısı Estoniyanın hava məkanını pozub. NATO qırıcıları cavab verib və Rusiya təyyarələri ölkənin səmasını tərk edib.
"Belə pozuntu tamamilə qəbulolunmazdır", -Mixal qeyd edib.
Daha əvvəl Rusiyanın üç MiQ-31 qırıcısının Estoniya sərhədini pozduğu və Estoniyanın hava məkanında 12 dəqiqə qaldığı bildirilirdi. Uçuşun Baltik dənizindəki Polşanın Petrobaltik neft platforması üzərindən həyata keçirildiyi xəbər verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 20 Sentyabr 2025 00:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















