Estoniya və Finlandiya arasındakı sualtı kabel kommersiya istifadəsinə verilib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 20 iyun, AZƏRTAC
Fin körfəzində Estoniya və Finlandiyanı birləşdirən “EstLink 2” sualtı elektrik kabeli kommersiya istifadəsinə qoşulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Estoniyanın ötürücü sistem operatoru “Elering” məlumat yayıb.
Bildirilir ki, may ayında başlayan təmir işləri vaxtından əvvəl başa çatıb və “EstLink 2” cümə günü səhər saatlarında yenidən elektrik enerjisi bazarına daxil olub.
Kabelin təmirində istifadə olunan “Deep Cygnus” gəmisinin xüsusi avadanlıqla təchizatı və hazırlanması bir neçə ay davam edib.
Xatırladaq ki, “EstLink 2” kabeli ötən il dekabrın 25-də gəmilərdən birinin lövbəri tərəfindən zədələndiyi üçün fəaliyyəti dayandırılmışdı.
“EstLink 2” Estoniya və Finlandiyada yerləşən çevirici stansiyalardan və uzunluğu 170 kilometrdən çox olan kabeldən ibarətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 20 İyun 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















