Estoniyaya soxulan Rusiya “MiQ 31“ lərinin fotoları da üzə çıxdı... Kim çəkdi?.. FOTO
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünən - sentyabrın 19-da Estoniyanın hava məkanını pozan Rusiyaya məxsus "MiQ-31"-lərin fotoları ortaya çıxıb. İsveç Silahlı Qüvvələri ("Försvarsmakten") sentyabrın 19-da Estoniyanın hava məkanını pozan Rusiyaya məxsus "MiQ-31" təyyarəsinin fotolarını yayıb.
Moderator.az-ın "Fokus" portalına istinadla yaydığı məlumatda belə deyilir.
"Försvarsmakten" xəbər verir ki, fotoşəkillər İsveçin "JAS 39 Gripen" təyyarəsi tərəfindən Baltik dənizi üzərində Rusiya qırıcılarının tutulması zamanı çəkilib.
"Bu gün Estoniyanın hava məkanını pozduqdan sonra İsveçin "JAS 39" qırıcıları Baltik dənizi üzərində Rusiyanın 3 "MiQ-31" qırıcısını tutdu və izlədi. İsveç öz müttəfiqləri ilə birlikdə hava məkanımızın təhlükəsizliyini, müdafiəsini və bütövlüyünü təmin etməyə hər zaman hazırdır", - yayımlanan fotoları müşayiət edən yazıda belə deyilir.
Rusiya təyyarələrinin "R-73" hava-hava raketləri ilə silahlandığı bildirilir.
Qeyd:
Fotoda: Rusiyanın Estoniyanın hava məkanını pozan "MiQ-31" təyyarəsi("Försvarsmakten").
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 20 Sentyabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















