Icma.az
close
up
RU
Əşyalarla dalaşanlar

Əşyalarla dalaşanlar

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Psixoloqlar çoxdan təsdiqləyib ki, əşyalarla təyinatı üzrə davranmamaq, onlarla dalaşmaq, əşyaları döymək insan psixikasının əyriliyindən xəbər verir. 

Söhbətə biraz uzaqdan başlamaq istəyirəm. Köhnə kişilərin yadında olar, mühərrikində problem olan sovet maşınlarını "ruçka” deyilən xüsusi əyri loma oxşayan dəmirlə motorun qabağındakı mühərrikin pərini fırladaraq qolgücünə işə salırdılar. Həmin əyri dəmiri maşının qabağından motorun pərinə salıb sürətlə fırladaraq maşını xoda salmaq istəyən kişiləri uşaq vaxtı çox görürdük. Bəzən maşın gec işə düşdüyündən kişilər növbə ilə həmin ruçkanı fırlamalı olurdular. Belə hallarda  xırda minik maşınlarını xoda salmaq elə də çətin olmurdu, əsasən böyük yük maşınları problemə çevrilirdi. Sovxozun bütün ağırlıqlarının altına girən həmin yük maşınları qocalıb yorulmuş qoşqu öküzlərini xatırladırdı. Yükün altında zarıya-zarıya hərəkət edirdilər. Həmin yük maşınları yatanda onları işə salmaq çox çətin olurdu. Bir də görürdün qolu zorlu kişilər həmin maşının qarşısına yığılıb növbə ilə "ruçka” fırladırlar. 

Kəndimizdə "Qaz-51”, "Qaz-53” tipli yük maşınlarından əlavə bir "Zil-31” yük maşını da vardı. Həmin "Zil-31” öz zarıncı səsi ilə lap uzaqdan da tanınırdı. Bu nəhəng maşını  Məsim adlı orta yaşlı bir kəndçimiz sürürdü. Əvvəllər Məsimin ayaması yox idi, günlərin bir günü ona da bir ad verdilər, Məsim dönüb oldu Dəli Məsim. Necə olmuşdu?

Bir dəfə Məsimin "Zil”i yenə xoda getmirmiş, dost-tanış yığışıb ruçkanı fırlatmaqda ona kömək edirmiş. Maşın da tərslik edib işə düşmürmüş. Bu zaman əsəbləri tarıma çəkilən Məsim "ruçka”nı, yəni həmin əyri lomu onların əlindən alıb lomla maşını möhkəm "döyür”. Həmin gündən ona Dəli Məsim deyirlər. O gündən kənddə belə məsəl də yaranır: indicə səni Dəli Məsim "Zil”i döyən kimi döyəcəm. Bu sözləri adamlar da biri-birinə deyirdilər. Minik maşını işə düşməyəndə sürücüsü də adətən, öz maşınına bu sözləri deyirdi: "İndicə səni Dəli Məsim kimi əzik-üzük eləyəcəm!”

Ümumiyətlə, cansız əşyalarla əsəbi, sərt davranan adamları çox görmüşəm. Uşaq vaxtdiı bir dəfə sinif yoldaşım ayağından ketanı (idman ayaqqabısı) çıxarmaq istəyəndə düyün düşmüş qaytanı aça bilmədiyi üçün dartıb ayaqqabını cırıq-cırıq eləmişdi. 

Gödəkcəsinin zəncirbəndi ilişib açılmayanda sinəsini dartıb dağıdan psixlər görmüşəm. Düymə gec açılanda köynəyini parçalayan görmüşəm. Mənzilin qapısının açar yeri tərsləşdiyinə görə  qapını şillə-təpiyin altına salan görmüşəm. 

Bir vaxtlar Rusiya bazarlarında alverdən özünə yaxşı şərait düzəldən kəndçimiz Urus Məmməd "Neftçi” gürcülərə uduzduğuna görə əsəbləşərək televizoru aynabənddən aşağı tullamışdı.

Əlbəttə, psixikası yerində olmayan bu cür anormal adamlara ciddi iş tapşırmaq düzgün deyil. Məsələn, bu yaxınlarda xalqımız sərgi üçün Bakıya gətirilmiş, "planeti idarə edən, təbiəti qoruyan, yaradılışın mənbəyi olan qadın” mənasını verən lüt heykələ qarşı Dəli Məsim reaksiyasını verdi. Bu heykəl jesti xalqımız üçün bir test rolunu oynadı. Yalannan goplamaqla deyil, bizim xalq dünyanın sivil tərəfinə çıxmağa hazır deyil. Həmişə Avropa ölkələrini misal gətirən cəmiyətimiz bilməlidir ki, Avropa şəhərləri mifik obrazları simvolizə edən çılpaq  insan heykəlləri ilə doludur. Ancaq Bakıda bir həftəlik sərgilənən qadın heykəli onu göstərdi ki, bizim cəmiyət hələ də daşqalaq düşüncəsindədi.     

Murad Köhnəqala 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Noyabr 2024 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see366

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see347

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see326

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see326

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see291

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see287

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see276

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see270

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see226

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see212

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see211

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see207

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see205

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see199

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see196

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see188

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see187

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri