Icma.az
close
up
RU
Ət bahalaşır, idxaldan asılılıq artır: Maldarlıq niyə və necə sıradan çıxarıldı?

Ət bahalaşır, idxaldan asılılıq artır: Maldarlıq niyə və necə sıradan çıxarıldı?

Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda ət məhsullarının qiymətindəki artım, ölkənin kənd təsərrüfatı və heyvandarlıq sektorunda baş verən struktur dəyişikliklərin nəticəsidir. Buna görə də ölkədə xırda və iribuynuzlu mal-qaranın sayı kəskin azalıb, ət idxalı artıb.

Məsələ ilə bağlı Sitat.info-ya  danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, əsas səbəb örüş sahələrinin yetərsiz olmasıdır: "Bu suala cavab tapmaqdan ötrü səbəblərə baxmaq lazımdır. Azərbaycanda ət istehsalının azalmasının əsas səbəbi örüş sahələrinin məhdudlaşdırılmasıdır. Azərbaycanda otlaq sahələri onsuz da məhdud idi, amma 2000-ci illərdən etibarənhəmin sahələrin bir hissəsi bələdiyyələrin balansına keçdi. Bələdiyyələr onları satdı, örüş yerləri daraldı. Bunun ardınca 2015-ci ildə ölkədə pambıq strateji məhsul elan edildi. Qalan örüşlərin su tutarlarında pambıq əkməyə başladılar. Dövlət fondunda olan torpaqlarda  geniş pambıq tarlaları salındı və pambıq istehsalı genişlənməyə başlandı. Ardınca aqroparklar yarandı. Aqroparklar da həmçinin dövlət fonduna aid olan örüş sahələri ərazisində yaradıldı. Nəticədə heyvandarlıq küncə sıxışdırıldı. Bununla da ət istehsalı ildən-ilə azalmağa başladı". 

A.Nəsirli vurğuladı ki, bütün bu proseslər həm də qiymət artımına gətirib çıxardı: "Bu həm də maya dəyərinin bahalaşmasına gəlib çıxdı. Yəni, otlaq sahələri olanda örüşdə bəslənən heyvanlar daha az maliyyə tələb edirdi, daha aşağı maya dəyərinə malik olurdu. Ona görə də ət və ağartı məhsullarının qiyməti də ucuz olurdu. Sonradan örüş sahələri azaldı, yem bahalaşdı və bu səbəbdən ət bahalaşmağa başladı. Ardınca ölkədə yem bazasının formalaşdırılması üçün başlıca vasitə olan dizel yanacağının qiyməti bahalaşdı, son 10 ildə 5 dəfə artaraq 20 qəpikdən 1 manata qalxdı. Bu bahalaşma da yenə yem bazasının maya dəyərinin artmasına gətirib çıxarır. İndi düşünürəm ki,  Azərbaycan höküməti ət istehsalını artırmaqdan ötrü və yaxud sabitləşdirməkdən ötrü bütün bu edilənləri geri çevirməlidir. Bu dövrdə isə ətin qiyməti yəqin ki, Azərbaycanda Avropadakından baha olacaq". 

Əlisahib İbrahimli,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://sitat.info
archiveBu xəbər 20 May 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see356

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see212

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see194

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see187

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see181

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see160

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see147

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see135

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see135

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see134

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see133

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri