Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Mənzil bazarında çöküş Qiymətlər sürətlə enir

Mənzil bazarında çöküş Qiymətlər sürətlə enir

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın mənzil bazarında son aylarda satışla bağlı durğunluğun yaranması müşahidə edilir. Bazarda alıcıların azalması mənzil satanları çətin vəziyyətə salıb. İndi bazarda mənzillər, əsasən, ipoteka kreditləri və ya uzun müddətə verilən daxili kreditlərlə satılır. Müştərilərin öz vəsaiti hesabına haqqı tam ödənilməklə mənzil alışı isə xeyli azalıb. 

Sfera.az bildirir ki, mövcud vəziyyət mənzil bazarında qiymətlərə təsir etməyə başlayıb və bazar uzun fasilədən sonra qiymət enmələrinin şahidi olur.  


Artıq “ikinci əl” (təkrar mənzil) bazarında satılan mənzillərlə yanaşı, ilkin bazarda (şirkətlərin özü tərəfindən satılan mənzillər) da qiymətlər enir. 

Bazarda alıcı qıtlığını yaradan başlıca səbəb qiymətlərin xeyli yüksəlməsi və alıcılar üçün mövcud qiymətlərin əlverişli olmamasıdır. İqtisadi qaydalara görə, hər hansı məhsulun satışına təsir göstərən başlıca amil qiymət amilidir. Qiyməti azalan məhsulun satışı artıdığı kimi, qiyməti artan məhsulun satışının azalması da qanunauyğundur. 

Mənzil bazarının xüsusiyyəti elədir ki, burada qiymətlər yüksəldikdə ilkin mərhələdə alıcı qüvvəsi də artır. Bunun səbəbi, mənzil alışının həm də investisiya xarakterli olması ilə bağlıdır. Yəni mənzil alanlar sadəcə məişət şəraitini yaxşılaşdırmaq istəyənlərdən ibarət deyil. Alıcılar arasında həm də sahib olduğu sərbəst vəsaiti qorumaq, uzunmüddətli dövrdə daha dəyərli etmək, isvestisiya qoymaq istəyənlər də var. Buna görə də, mənzil bazarında bahalaşma başlayanda mənzil alışları da artır və qiymətlər daha çox yüksəlir. 


Amma qiymətlər çox yüksəldikdən sonra, investisiya məqsədilə mənzil almaq istəyənlər gözləmə mövqeyinə keçir, sərbəst vəsaitlərini daşınmaz əmlaka yönəltmək istəmirlər. Bu yanaşma mənzil bazarına daxil olan vəsaiti azaltdığından, qiymətlərdə artım dayanır və sonra tədricən ucuzlaşma baş verir. Bazarda hazırda müşahidə edilənlər məhz buna uyğundur.

Bazarda alıcı kütləsinin azalmasına səbəb olan amillər sadəcə qiymətlərin çox yüksəlməsi ilə bağlı deyil. Başqa amillər də var ki, bunlar mənzil alışını azaldır və yəqin ki, həmin amillərin təsiri hələ uzun müddət bazarda hiss olunacaq. 


Mənzil bazarında alıcı qüvvəsini azaldan amillər arasında iki faktoru daha çox qabartmaq olar. Birincisi, alıcılarda devalvasiya gözləntisinin yaranması, ikincisi isə Rusiyadan pul köçürmələrin azalmasıdır. Devalvasiya gözləntisi ilə bağlı yaranan amil daha güclüdür. Son bir neçə ayda yayılan şayiələrə görə, Azərbaycanda tezliklə növbəti devalvasiya olacaq. 


Bu ehtimalı nəzərə alan alıcılar mənzil almağa tələsmirlər. Çünki devalvasiya mənzil bazarında qiymətlərə çox güclü təsiretmə imkanına sahibdir. 


2015-ci ildəki devalvasiyalardan sonra mənzil bazarında qiymətlərin xeyli enməsi də bunu təsdiqləyib. Devalvasiyadan sonra 2016 və 2017-ci illərdə çoxlu sayda insan aşağı qiymətə mənzil sahibinə çevrilib.

Həmin təcrübəni nəzərə alan alıcılar indi - şayiələrin yayılmasından sonra gözləmə mövqeyini seçiblər. 


Devalvasiya ehtimalını mənzil satanlar da nəzərə alır. Satıcılar anlayır ki, belə vəziyyətdə daha yüksək qiymətlərdə israr etməkdənsə, bir qədər qiymət endirimlərinə getməklə mənzil satışını təmin etmək olar. Bu baxımdan, həm alıcıların, həm də satıcıların narahatçılığı mənzillərin ucuzlaşmasına şərait yaradır. 

Mənzil bazarında alıcı qüvvəsini azaldan digər mühüm amil, Rusiyadan pul köçürmələrinin əvvəlki illərlə müqayisədə azalmasıdır. 


Mərkəzi Bankın 2024-cü ilin 9 ayına aid olan məlumatına əsasən, Rusiyadan Azərbaycana pul köçürmələri 411 milyon dollar olub. Bu məbləğ 2023-cü ilin eyni dövründə 829 milyon dollar, 2022-ci ilin 9 ayında 2,267 milyard dollar təşkil edib. 

Rusiyadan 2022 və 2023-cü illərdə məhz köçürmələrin artması Azərbaycanın mənzil bazarında ciddi qiymət artımlarına səbəb olmuşdu. Köçürmələr 2024-cü ildə xeyli azaldığından, mövcud qiymət səviyyəsinin qalması çətindir. 

Beləliklə, həm yüksək qiymətlər, həm devalvasiya qorxusu, eləcə də Rusiyadan köçürmələrin azalması Azərbaycanın mənzil bazarında qiymətlərdə azalmaya əsas yaradıb. Belə vəziyyətdə mənzil bazarında alıcı qıtlığını aradan qaldırmaq üçün qiymətlərin enməsi qaçınılmaz olacaq. 

Vasif

Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://sfera.az
archiveBu xəbər 15 Yanvar 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see470

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see439

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see313

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see310

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see264

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see253

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see247

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see243

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see234

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see229

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see222

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see217

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see217

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see215

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see213

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see204

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see201

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see199

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see196

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri