Icma.az
close
up
RU
Ət bazarında monopoliya? Artıq karantinin mənası yoxdur

Ət bazarında monopoliya? Artıq karantinin mənası yoxdur

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 373,4 min ABŞ dolları dəyərində 106,52 ton qoyun əti idxal edib.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35 %, kəmiyyət olaraq  24 % azdır. Hesabat dövründə Azərbaycan Monqolustandan 349,72 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38 % az) 87,43 ton (-38 %), Rusiyadan 18,65 min ABŞ dolları dəyərində (+1 865 dəfə) 18,92 ton (+1 892 dəfə), Yeni Zelandiyadan 4,49 min ABŞ dolları dəyərində (+5,4 %) 0,14 ton (-26 %) və Avstraliyadan 0,53 min ABŞ dolları dəyərində (-62 %) 0,03 ton (-40 %) məhsul alıb. 2024-cü ildə Azərbaycana idxal edilmiş 453 ton qoyun ətinin 99,3 %-i Monqolustanın payına düşüb.

Qeyd edək ki, hazırda ölkədə heyvan bazarları bağlanıb. Məlum vəziyyətlə bağlı AQTA-nın yaydığı açıqlamada qeyd edilib ki, mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır:

“Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər. Epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq”.

Bir sıra ölkələrdən ət idxalı, yerlərdə isə ət satışının qadağan edilməsi nəyin göstəricisidir? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, indiki şərait ət bazarını monopoliyaya almaq üçün fürsət yaradır:

“Dabaq xəstəliyinin yayılması ət bazarında müəyyən dalğalanmalara səbəb olur. Bir tərəfdən ət bazarında qıtlıq yaranır, qiymət bahalaşır.  Digər tərəfdən isə müştərilər azalır, qorxurlar ki, dabaq xəstəliyinə yoluxmuş heyvanın ətini satarlar. Əksəriyyət qida üçün toyuq, balıq kimi məhsullara üstünlük verir.  Çalışırlar ki, qoyun, mal əti almasınlar. Bazara çıxış azalır, digər tərəfdən isə ət istehsalçıları, heyvandarlıqla məşğul olan fermerlər çox ciddi şəkildə müştəri itirirlər. Yəni belə bir vəziyyətdə ölkədə heyvandarlıqla məşğul olan fermerlərin fəaliyyətinə çox ciddi zərbə dəyir. Belə bir şəraitdə hansısa bir sahibkar bu sahədə monopoliyaya cəhd göstərə bilər.

Azərbaycanda ət bazarında monopoliya yaratmaq o qədər də asan iş deyil. Kimə gedib demək olar ki, sən heyvan saxlama? Əhalinin də məşğulluq səviyyəsi aşağıdır. Kəndlərdə örüş yeri olmasa da, kəndlərdə çıxış yolu kimi qapalı şəraitdə heyvan bəsləyir, bazara çıxarır, onunla dolanır. Bütün Aran rayonlarında, şəhərlərdə qapalı şəraitdə ferma qurublar. Ağcabədi, Beyləqan, Biləsuvar, Cəlilabad, İmişli, Ağdam,  Bərdə, Yevlaxda şəhərin mərkəzində  10 sot torpağı olan vətəndaş gedib 20 dana alıb gətirir və bəsləyib, satır. Ona görə də inhisarçılıq istehsal prosesində deyil,  satış üzərində monopoliya isə artıq qurulub.  Bakı, Gəncə kimi böyük şəhərlərdə ət satışı hazırda tam şəkildə inhisardadır. Əgər Bakıda, digər böyük şəhərlərdə ət satışının inhisarı olmasaydı, ətin qiyməti bu qədər "kəlləçarxa" qalxmazdı. Yəni ət rayondan gəlib piştaxtaya çıxana qədər  bir neçə əldən keçir.

Sahibkar heyvanı bazara çıxardıqda, orada bir qrup  onları alır, Bakıya gətirir. Bir qrup da ondan alıb bazarda kəsib satır. Yəni ət alıcıya çatana qədər üç əldən keçir. Həmin üç proses zamanı da onun üzərinə əlavə dəyər gəlir. Beləliklə də ət bahalaşır. Ancaq hökumət şərait yaratsa, məsələn, Beyləqanda  heyvan saxlayan sahibkar birbaşa Bakıda satış həyata keçirmək imkanı qazansa, onda 20-30 faiz ucuz satacaq. Bu da əhalinin xeyrinə olardı. Ət bazarında inhisarçılıq məsələsi artıq həll olunduğu üçün bundan sonrakı inhisarçılığı reallaşdırmaq çətin məsələdir.Ona görə də inanmıram indiki şərait inhisarçılıqla bağlıdır”.

Ekspertin sözlərinə görə, sadəcə olaraq dabaq çox sürətlə yayılan xəstəlikdir:

“Hökumət də tədbirləri gecikdirdi. Peyvəndləməni zəif apardılar. İnkubasiya dövrünün intensivliyi oktyabr ayının 10-da pik həddə çatmışdı. Ancaq ondan 15 gün sonra qadağa qoyuldu. Bu, o deməkdir ki, hazırda dabaq xəstəliyinin inkubasiya dövrü keçib. Artıq yayılma zənciri qırılıb vı qadağaların  tətbiq edilməsinin heç bir mənası yoxdur. Heyvan xəstəliyi 1 həftə, 10 gün yaya bilir. Ondan sonra ya heyvan ölür, ya da o daxildəki virusu məhv edir.

Ona görə də bu proseslər mənasızdır və fermerlərə ziyan vuracaq. Ölkənin kənd təsərrüfatı sahəsinə nəzarət zəifdir.  Sadəcə olaraq protokol tərtib edirlər ki, dabaq xəstəliyi yayılıbsa, karantin eln olunmalıdır. Nazirlikdə, Baytarlıq Xidmətində, AQTA-da rəhbərlik qərar verir ki, ayın 25- də elan olunsun. Bu doğru deyil. Şəraitə baxmaq lazımdır. Karantini  yayılmanın  şiddətlənmə dövründə etmək lazımdır ki, yayılma zənciri qırılsın. İndi o zəncir təbii şəkildə qırılıb. Bundan sonra karantinin mənası yoxdur. Atalar sözü var: “Daldan atılan daş, topuğa dəyər””.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri