Icma.az
close
up
RU
Ət məhsullarında ciddi bahalaşma 5 ildə qiymətlər necə dəyişib?

Ət məhsullarında ciddi bahalaşma 5 ildə qiymətlər necə dəyişib?

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda ət və balıq məhsullarının qiymətləri son illərdə ciddi şəkildə artıb. Rəsmi statistikaya əsasən, 2020-ci ildən 2024-cü ilə qədər əsas ət və balıq məhsullarında qiymətlər 30-50 faiz arasında yüksəlib.

Ən çox bahalaşan məhsullar arasında mal əti öndə gedir.

Modern.az Komitəyə istinadən xəbər verir ki, sümüklü mal ətinin orta qiyməti 2020-ci ildə 10,69 manat olduğu halda indi bu rəqəm 13,94 manata çatıb. Sümüksüz, yəni tikə mal əti isə 12,53 manatdan 16,82 manata qədər artıb. Qoyun ətində də oxşar dinamika müşahidə olunur. Qiymət 11,87 manatdan 16,85 manata yüksəlib. 

Toyuq əti də bu bahalaşma dalğasından kənarda qalmayıb. 4 il əvvəl 1 kiloqramı 4,56 manata satılan toyuq əti bu gün artıq 5,98 manata təklif olunur. Toyuq filesi və budu kimi məhsulların qiyməti də müvafiq olaraq 9 manata yaxın və 4,73 manata qalxıb.

Emal olunmuş ət məhsulları da ciddi şəkildə bahalaşıb. Məsələn, hisə verilmiş kolbasanın qiyməti 11,90 manatdan 18,32 manata yüksəlib. Sosiska və sardelka isə artıq 13,5 manat civarında satılır.

Balıq məhsullarında da qiymət artımı özünü göstərir. Dondurulmuş balıq növləri — stavrida, skumbriya 2020-ci ildə 5,99 manat olduğu halda, bu gün 8,29 manata qədər bahalaşıb. Balıq konservləri xüsusilə şprot və sardina növləri isə qiymətlər 50 faizə qədər artıb.

Lakin bütün bu rəqəmlər rəsmi statistikaya əsaslanan orta göstəricilərdir. Reallıqda isə qiymətlər bu göstəricilərdən daha yüksəkdir. Paytaxt Bakı və iri şəhərlərdə, xüsusən də market və bazarlarda mal ətinin kiloqramı 17-19 manata, qoyun əti 20 manata yaxın, balıq məhsulları isə 10 manatdan yuxarı qiymətlərlə satılır. Regionlarda və kənd yerlərində də vəziyyət ciddi şəkildə dəyişməyib, bəzi hallarda qiymətlər daha da yüksəkdir.

Qiymət artımlarının səbəbləri müxtəlifdir. Mütəxəssislərin fikrincə, buna dünya bazarında ərzaq məhsullarının bahalaşması, xüsusilə yem və enerji qiymətlərindəki artım, eyni zamanda yerli istehsal sahəsində yaşanan çətinliklər səbəb olub. Bundan əlavə, idxaldan asılılıq və daşınma xərclərinin artması da qiymətləri yuxarı çəkən amillər sırasındadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 İyun 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri