Etdikləriniz artıqlaması ilə sizi tapsın
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dubaya edilən raket hücumları ilə bağlı gərginlik fonunda bəzi blogerlərin şəhəri tərk edərkən ev heyvanlarını özləri ilə aparmadıqları iddiaları gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə istifadəçilər bu məsələ ilə bağlı çoxsaylı paylaşımlar ediblər. Paylaşımlarda bildirilir ki, daha çox izləyici və bəyənmə qazanmaq üçün ev heyvanı sahiblənən bəzi blogerlər Dubayı tərk edərkən həmin heyvanları geridə qoyublar.
Məsələ ilə bağlı Türkiyəli rəssam və yazar Hikmeti Tabiyeci və jurnalist Nevşin Mengü də sosial media hesablarında fikirlərini bölüşərək iddialara diqqət çəkiblər.
Mövzuya münasibət bildirənlər arasında aktrisa Nəsrin Cavadzadə də olub. O, sosial şəbəkə hesabında paylaşım edərək bu davranışı tənqid edib və belə halların vicdansızlıq nümunəsi olduğunu vurğulayıb. Aktrisa qeyd edib ki, zəif və müdafiəsiz canlıları geridə qoymaq qəbulolunmazdır.
Onun sözlərinə görə, insanların çətin vəziyyətdə olanları, o cümlədən heyvanları tərk etməsi eyni düşüncə və məsuliyyətsizlikdən irəli gəlir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 12 Mart 2026 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















