Eternity 2026: Çiçinadze Azərbaycana gəldi
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Eternity-2026" kompüter dəstəkli birgə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək məqsədilə Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini general-mayor İrakli Çiçinadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində qonaqlarla görüşən general-leytenant Azər Əliyev Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə keçirilən təlimin regional təhlükəsizlik və hərbi əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Səmimi qəbula və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən general-mayor İ.Çiçinadze təlimin peşəkarlıqla təşkil olunduğunu diqqətə çatdırıb, bu cür birgə fəaliyyətlərin ordular arasında təcrübə mübadiləsinin genişləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib.
Tərəflər, həmçinin bölgədəki strateji və iqtisadi layihələrin etibarlı mühafizəsinin təşkili, eləcə də qərargahlar arasında operativ əlaqələndirmə məsələlərini müzakirə ediblər.
Sonra nümayəndə heyətinə "Eternity-2026" təliminin məqsədi, mərhələləri və təşkilati işlərlə bağlı görülən tədbirlər barədə ətraflı məlumat verilib.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 19 Noyabr 2026 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















