Etibar Əliyevdən Təmraz Tağıyevlə bağlı şok açıqlama: “Məni hədələyir...”
Icma.az bildirir, Pravda.az portalına istinadən.
“Bu savadsızı siz də tanıyın: Təmraz Tağıyev, Nərimanov Bələdiyyəsinin əbədi sədridir. Bəzi akademikləri tənqid etdiyimə görə məni hədələyir, söyüş söyür, təhqir edir, şəxsimi təhdid edərək, zona-region mənsubiyyətinə görə bu tənqidi doğru saymır…”
Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Etibar Əliyev bildirib.
“Rəhmətlik atam haqqında nalayiq ifadələr işlədir, mənim Mehman Hüseynova guya seçkidə uduzmağımı dilə gətirir. Bərəkallah! Deputat seçkiləri ilə bağlı Azərbəycan Respublikası Konstitusiyasının qərarı dəyişməzdir. Bunu hər kəs tərəddüd etmədən hörmətlə qəbul edir. Lakin Yeni Azərbaycan Partiyasının Nərimanov rayon ərazisi üzrə sabiq sədri, Təmraz Tağıyev hələ də dövlətin bu ali qərarına şübhə ilə baxır, mövqesiz mövqeyinə haqq qazandırmaq üçün avantürist, Mehman Hüseynovun mənim üzərimdə “qələbəsini” təşviq edir. Görün akademiklər kimin ümidinə qalıb?! Mənim günümə baxın.. vaxtilə təkər yamamaqla məşğul olan bir şəxsin indi özünü siyasətə və YAP-a yamamağı ayıbdır. O uydurur ki, guya vaxtilə yaş senzi ilə bağlı Heydər Əliyevi müdafiə edib, amma indi yüz hoqqadan çıxır. Əslində həmin aksiyada iştirak etməyib. Tutduğu vəzifədən sui-istifadə istifadə etməklə milyonlar qazanıb. Bunların əmlakı müsadirə olunub, Qarabağımızın dirçəlməsinə yönləndirilməlidir. Saxta regionçuluq ifşa olunmalıdır. Nərimonov Bələdiyyəsinin sədri kimi bu institutu ən çox gözdən salan belə şəxslərdir. Ayıb olsun! Qərbi Azərbaycan İcması belə avantüristlərdən xilas olmalıdır…Nifrətə malik olan belə adamının müqəddəs icmada nə işi var?” – o qeyd edib.


