Icma.az
close
up
RU
Etibar Məmmədovla İsa Qəmbərin mübahisəli RAZILAŞMASI: Nə və necə?

Etibar Məmmədovla İsa Qəmbərin mübahisəli RAZILAŞMASI: Nə və necə?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub gündəmdə qalır. 

Onun məktubundan 50 nəfərlik “Dövlət Şurası” yaratmağı təklif etməsi müzakirələrə səbəb olub. Sözügedən məsələ ilə bağlı Müsavat Partiyası Ali Məclisinin sədri Arif Hacılının çıxışı da diqqət çəkib: 

“Mehdiyevin bu ideyası yeni deyil. Bu, təqribən 2003-cü ildə Etibar Məmmədovun bizə təkifinin oxşarıdır. “Dövlət Şurası” sədrinin ümumxalq səsverməsindən keçmədən dövlətə rəhbərlik etməsi modeli bənzərdir”.

Etibar Məmmədov özü məsələyə çox qısa reaksiya verib. O, Arif Hacılının “cəfəng adam” olduğunu və belə adamlara cavab vermədiyini bildirib. 

Həmçinin, iddiaları da cəfəngiyyat adlandırıb. Eyni zamanda Müsavat Partiyasının başqanı İsa Qəmbər də sosial çəbəkə hesabında bu barədə yazıb:

“Açar cümlə budur: “Qanunverici, icraedici və məhkəmə hakimiyyətinin fəaliyyətinə nəzarət “Dövlət Şurası” tərəfindən həyata keçiriləcək”. Bu orqanın seçki yolu ilə formalaşacağı vədi heç kimi aldada bilməz”.

İndi hər kəsi AMİP-dən veriləcək cavab maraqlandırır.

AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyilənləri təkzib edib: 

“Əslində, Arif Hacılının fikirlərinə Etibar bəyin cavabı bəs edir. Lakin çox təəssüf edirəm ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər də eyni fikri səsləndirib. Bu, cəmiyyəti yanıltmaqdır. Çünki reallıqda belə bir şey baş verməyib. Etibar Məmmədovun 2003-cü ildə İsa Qəmbərlə razılaşdırdığı sənəd tamamilə başqa olub. Razılıq verən İsa Qəmbər sadəcə 2 saat sonra razılaşmanı pozub. Bu sənədin hazırlanmasında bilavasitə Qulamhüseyn Əlibəyli və Qurban Məmmədov iştirak ediblər”. 

Partiya sədri qeyd edib ki, Etibar Məmmədov “Dövlət Şurası”nın yaranmasını təklif etməyib: 

“O, İsa Qəmbərə Prezident və ya Baş nazir vəzifəsindən birini seçməyi təklif vermişdi. İsa Qəmbər prezidentliyi seçsə də, daha sonra Rəsul Quliyevlə danışaraq razılaşmanı pozdu. Nəticədə göz qabağındadır. 15 oktyabrda baş verən hadisələr və İsa Qəmbərin 1 ay evindən çıxmamasını hamı xatırlayır. İnsanları savadsız və biliksiz zənn edərək hadisələri təhrif olunmuş formada təqdim etmək siyasətçilərə yaraşan addım deyil. 

Hesab edirəm ki, birdən-birə Arif Hacılı və İsa Qəmbərin bu məsələdə Etibar Məmmədovun adını hallandırması Ramiz Mehdiyevi kənarda qoymaq, ona tuşlanan hədəfləri yayındırmaq məqsədi güdə bilər. Əfsuslar olsun ki, partiya rəhbərliyində olan şəxslər yaxın keçmişdə olan hadisələri tamam fərqli rakursdan təqdim etməklə ictimaiyyəti çaşdırmağa çalışırlar”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Etibar Məmmədov Arzuxan Əlizadə İsa Qəmbər Arif Hacılı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri