Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Etibarın rəmzinə çevrilən “hilallı ulduzlu” qardaşlıq

Etibarın rəmzinə çevrilən “hilallı ulduzlu” qardaşlıq

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan Prezidenti İlham ƏLİYEV:

Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır.

***

İki ölkə arasında humanitar sahədə əməkdaşlıqda, heç şübhəsiz, Heydər Əliyev Fondu böyük rol oynayır. Fond tərəfindən Pakistanda sosialyönümlü humanitar layihələr həyata keçirilir. 2008-ci ildə Pakistanda zəlzələdən zərər çəkmiş qızlar üçün orta məktəb tikilib və 2012-ci ildə əsaslı təmir edilib. 2012-2018-ci illərdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə Həmzə Xeyriyyə Fondu xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunub. 2015-ci ildə Pakistan Prezidenti Məmnun Hüseyn müstəsna xidmətlərinə görə Mehriban Əliyevanı “Hilal-e Pakistan” ali ordeni ilə təltif edib. Mehriban Əliyeva bu ordenlə təltif olunan ilk birinci xanımdır.

Etibarın rəmzinə çevrilən “hilallı-ulduzlu” qardaşlıq

Bakı və İslamabadın bir-birinə verdiyi siyasi dəstək beynəlxalq platformalarda qarşılıqlı həmrəyliklə tamamlanıb və nəticədə münasibətlər real əməkdaşlıqla daha da dərinləşib. Hazırda münasibətlər üç qardaşın həmrəyliyi formatını alıb. Hilallı-ulduzlu 3 bayrağın yanaşı dalğalanması, “Üç qardaş” şüarı altında keçirilən Türkiyə–Azərbaycan–Pakistan hərbi təlimləri münasibətləri məhz qardaşlıq səviyyəsinə yüksəldib. Pakistan istər torpaqlarımız işğal altında olduğu dövrdə, istərsə də Vətən müharibəsində Azərbaycanın yanında olub.

İslamabad ədalətli mövqeyini iştirakçısı və təmsilçisi olduğu bütün beynəlxalq təşkilat və platformalarda, o cümlədən Türk Dövlətləri Təşkilatında daim nümayiş etdirib. Müstəqillik Günü ərəfəsində Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddinlə söhbətimiz sadaladığımız məsələlər, eləcə də Azərbaycan–Pakistan münasibətlərinin tarixinə, müasir durumuna qısa nəzər və perspektivlər ətrafındadır.

Cənab səfir, 1947-ci il avqustun 14-də Britaniya müstəmləkəsinin süqutundan sonra Pakistan suverenliyini elan etdi. Bu tarix 79 ildir Müstəqillik Günü kimi bayram edilir. Həmin tarixi günə aparan mübarizə barədə fikirləriniz oxucularımız üçün maraqlı olardı.

– Pakistanın 1947-ci il avqustun 14-də əldə etdiyi müstəqillik Pakistanın qurucusu və “Quaid-e-Azam” Məhəmməd Əli Cinnahın, eləcə də regionumuzun ən böyük şairlərindən biri olan Əllamə Məhəmməd İqbal da daxil olmaqla digər qurucu ataların rəhbərliyi ilə aparılmış qətiyyətli mübarizənin kulminasiyası idi. Həmin hərəkat hinduların və Britaniya hakimiyyətinin hökmranlığından azad, Hindistan yarımadası müsəlmanları üçün ayrıca vətən yaradılması ideyası ətrafında formalaşmış milli iradəyə söykənirdi. Müsəlmanlar özlərinin hindulardan fərqli, ayrıca kimliyə malik olduqlarını dərk edirdilər. Onların sivilizasiyası, tarixi, dini dünyagörüşü, dəyərləri, adət-ənənələri, əxlaq və etik prinsipləri, eləcə də tarixi qəhrəmanları fərqli idi. Bu səbəbdən, əcdadlarımız Britaniya hakimiyyətindən sonra özünəməxsus həyat tərzindən və kimliyindən güzəştə getmək, hindu çoxluğunun hakimiyyəti altında yaşamaq istəmirdilər.

Ayrıca vətən uğrunda aparılan çətin mübarizə müsəlmanların siyasi səfərbərlik və əzmkarlıq gücünü nümayiş etdirdi. Bu tarixi mərhələ həm də sübut etdi ki, siyasi nizam ilk növbədə xalqların iradəsini və legitim istəklərini əks etdirməlidir. Məhz bu prinsip Pakistanın xarici siyasətinin əsas dayaqlarından biri olaraq qalır. Pakistan bütün dövlətlərin və xalqların suverenliyinə, müstəqilliyinə və legitim hüquq və istəklərinə hörmət göstərildiyi, qaydalara əsaslanan beynəlxalq nizamın qorunmasını müdafiə edir.

Azad Pakistan uğrunda mübarizə və nəhayət, müstəqilliyin əldə olunması böyük insan itkiləri və fədakarlıqlar bahasına başa gəldi. Həmin hadisələr milli yaddaşda dərin iz buraxdı. Hindistan yarımadasının müsəlmanları Britaniya vitse-kralı Lord Mauntbettenin həyata keçirdiyi mübahisəli sərhəd demarkasiyasının və Sərhəd Komissiyasına rəhbərlik edən britaniyalı hüquqşünas Siril Redklifin qərarlarının ağır nəticələrini uzun illər yaşadılar. Sərhədlərin dini və etnik demoqrafik reallıqlar lazımi şəkildə nəzərə alınmadan müəyyənləşdirilməsi, xüsusilə Cammu və Kəşmir də daxil olmaqla müsəlmanların çoxluq təşkil etdiyi ərazilərdə ciddi mübahisələrə və humanitar fəsadlara yol açdı. Bunun ardınca baş verən hadisələrdə bir milyondan çox insan həyatını itirdi, 7 milyondan artıq insan isə yeni yaradılmış Pakistanda təhlükəsizlik və sığınacaq axtararaq öz doğma yurdlarını tərk etməyə məcbur oldu. Kütləvi köç və zorakılıq Pakistanın milli yaddaşında müstəqilliyin hansı ağır bədəllə əldə edildiyini göstərən ən ağrılı səhifələrdən biridir. Birləşmiş Millətlər Təşkilatının Cammu və Kəşmir xalqının gələcək statusunu müəyyənləşdirmək üçün plebisit keçirilməsini nəzərdə tutan qətnamələrinə baxmayaraq, məsələnin yekun siyasi həlli bugünədək mümkün olmayıb. Pakistanın mövqeyinə görə, Kəşmir xalqının hüquqları və öz müqəddəratını təyinetmə iradəsi hələ də təmin edilməyib.

Bu gün Müstəqillik Gününü qeyd edərkən, ölkənin azadlığı və müstəqilliyi uğrunda fədakarlıq göstərmiş saysız-hesabsız cəsur insanların xidmətlərini ehtiramla xatırlayırıq. Keçdiyimiz tarixi yola nəzər salaraq əldə etdiyimiz nailiyyətlərlə qürur duyur, qarşıdakı hədəflərə inamla irəliləyirik. Ölkəmiz müstəqillik illərində həyatın bütün sahələrində inkişaf yolu keçib və bu gün milli tərəqqinin daha da sürətləndirilməsi, ölkə daxilində və onun hüdudlarından kənarda sülhün möhkəmləndirilməsi, eləcə də beynəlxalq ictimaiyyətlə məsuliyyətli və konstruktiv əməkdaşlığın davam etdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir.

Pakistan üçün Müstəqillik Günü, bu baxımdan, yalnız keçmişin şanlı səhifələrini yad etmək günü deyil. Bu əlamətdar tarix həm də gələcək nəsillər qarşısında daşıdığımız məsuliyyəti xatırladan məqamdır. Qarşımızda duran əsas vəzifə daha güclü, firavan, sabit və dinc Pakistan qurmaq, müstəqilliyin qazandırdığı imkanları gələcək nəsillərin rifahına və ölkənin davamlı inkişafına yönəltməkdir.

– Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib. Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb. Pakistan Senatı 2022-ci il mayın 30-da Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib. Azərbaycan isə Cəmmu və Kəşmir məsələsi ilə bağlı prinsipial mövqe tutub. İkitərəfli münasibətlərin məhz bu aspektini necə dəyərləndirirsiniz?

– İki qardaş ölkə olaraq Pakistan və Azərbaycan arasında münasibətlər təbii yaxınlıq, qarşılıqlı etimad və hörmət, eləcə də regional və beynəlxalq əhəmiyyət daşıyan məsələlərin böyük əksəriyyətində mövqelərimizin üst-üstə düşməsi ilə səciyyələnir. Bu qardaşlıq və dostluq əlaqələri hər hansı şərtdən asılı deyil və münasibətlərimizin möhkəm təməlini təşkil edir. Pakistanın Azərbaycana, Azərbaycanın isə Pakistana və Hindistanın işğalı altında yaşayan Kəşmir xalqına göstərdiyi qarşılıqlı dəstək ortaq prinsip və dəyərlərimizə söykənir. Bu həmrəylik, eyni zamanda, hər iki ölkənin beynəlxalq hüququn aliliyi, problemlərin diplomatik vasitələrlə həlli və dövlətlərin daxili işlərinə müdaxilə etməmək prinsipindən qaynaqlanır. Azərbaycanın və möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azad edilməsindən, eləcə də dövlətçilik məharəti və uzaqgörən siyasi yanaşma sayəsində regionda sülhün bərpası və qorunması istiqamətində atılan addımlardan böyük məmnunluq və qürur duyuruq. Regionda davamlı və dayanıqlı sülhün bərqərar olması, şübhəsiz ki, yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün qonşu və regional ölkələr üçün də mühüm siyasi, iqtisadi və təhlükəsizlik dividendləri yaradacaq, Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə yeni imkanlar açacaq.

Pakistan qardaş Azərbaycanın bizim üçün mühüm olan bütün məsələlərdə, o cümlədən Cammu və Kəşmir məsələsində göstərdiyi dəstəyi hər zaman yüksək qiymətləndirəcək. Biz Azərbaycanın ədalət və beynəlxalq hüquqa hörmət prinsiplərinə əsaslanan dəstəyini dəyərləndiririk, çünki Azərbaycan da öz ərazilərinin işğalının acısını və bunun nəticəsində qaçqınların üzləşdiyi humanitar faciəni yaşayıb.

– Hörmətli Qasim bəy, sözünüzə qüvvət olaraq bir məqamı yada salmaq istərdik: 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı kimi qınandığı, Azərbaycana dair 822 nömrəli qətnamənin qəbul olunduğu iclasa Pakistan sədrlik edirdi...

– Bu mühüm sənədi bizə xatırlatdığınız üçün sizə təşəkkür edirəm. Sözügedən sənəd qardaş ölkələrimiz arasında illər ərzində daha da möhkəmlənən tarixi və sarsılmaz dostluq münasibətlərinin bariz göstəricilərindən biridir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ilin aprelində 822 saylı qətnaməni qəbul etməsi Azərbaycan üçün mühüm hüquqi və mənəvi əhəmiyyət daşıyan hadisə idi. Qətnamənin əsas əhəmiyyəti ondan ibarət idi ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini bir daha qəti şəkildə təsdiqlədi.

Qətnamədə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı ilə bağlı ciddi narahatlıq ifadə edilməklə yanaşı, Qarabağın işğal olunmuş ərazilərində baş verən faciəli hadisələr nəticəsində Azərbaycan mülki əhalisinin üzləşdiyi iztirablar da öz əksini tapmışdı. Bu sənəd beynəlxalq hüququn Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini təsdiqləyən mühüm sənədlərdən biri kimi tarixə düşdü. Pakistan qardaş Azərbaycanın yanında hər zaman yalnız sözlə deyil, həm də bütün beynəlxalq platformalarda nümayiş etdirdiyi prinsipial mövqe və konkret addımları ilə dayanıb. Pakistan bundan sonra da Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün müdafiəsində öz qardaşlıq mövqeyini və sarsılmaz dəstəyini davam etdirəcək.

– 2015-ci il martın 11-14-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına yeni nəfəs verdi. 2020-ci ildə 44 günlük müharibədə İslamabadın Bakıya siyasi dəstəyinə bütün dünya şahidlik etdi. Pakistan ictimaiyyətinin bu münasibətlərə reaksiyası necədir?

– 2015-ci il tarixli Birgə Bəyannamə Azərbaycan-Pakistan münasibətlərində mühüm mərhələ olmaqla, ikitərəfli əməkdaşlığın institusional çərçivəsinin daha da möhkəmləndirilməsinə və əlaqələrin yeni istiqamətlər üzrə inkişafına mühüm töhfə verdi. Pakistanda Azərbaycanı və onun cəsur, qürurlu xalqını sevməyən, ölkənizə rəğbət bəsləməyən insan tapmaq çətindir. Xalqlarımızı birləşdirən tarixi və mədəni bağlar əsrlərin sınağından keçərək bu günə gəlib çatıb. Bakının qədim məkanlarından birində yerləşən Multani Karvansarayı dərin tarixi əlaqələrin və dostluq münasibətlərinin ən gözəl simvollarından biridir. Qarşılıqlı sevgi və həmrəylik xüsusilə çətin və böhranlı dövrlərdə daha aydın şəkildə özünü göstərir. Hər bir pakistanlı Azərbaycandan Pakistana göstərilən böyük dəstəyi, xüsusilə ötən ilin mayında Hindistanla yaşanan hərbi qarşıdurma zamanı nümayiş etdirilən həmrəyliyi daim minnətdarlıqla xatırlayacaq.

Bu gün ölkələrimiz arasında hava əlaqələri və turist mübadiləsi də sürətlə inkişaf edir. “PIA”, “Air Blue” və AZAL-ın həyata keçirdiyi müntəzəm aviareyslər ölkələrimizi bir-birinə daha sıx bağlayır. Ötən il 90 mindən çox pakistanlı turistin Azərbaycanın gözəl şəhər və bölgələrini ziyarət etməsi xalqlarımız arasında təmasların miqyasının sürətlə genişləndiyini göstərir. Artan təmaslar, turizm əlaqələrinin genişlənməsi, təhsil sahəsində əməkdaşlıq, mədəni mübadilələr və inkişaf edən biznes münasibətləri onsuz da möhkəm olan ikitərəfli əlaqələrə yeni məzmun və dərinlik qazandırır. Bütün bunlar bir həqiqəti təsdiqləyir: Azərbaycan və Pakistan arasındakı qardaşlıq yalnız hökumətləri və dövlətləri deyil, eyni zamanda, xalqlarımızı da bir-birinə sıx bağlayan, zamanın sınaqlarından keçmiş möhkəm mənəvi körpüdür. Biz Azərbaycanın illər ərzində müasir, uğurlu, iqtisadi və hərbi baxımdan güclü dövlətə çevrilməsini yüksək qiymətləndiririk. Azərbaycan bu gün yalnız Pakistan üçün deyil, bütövlükdə, region və onun hüdudlarından kənarda etibarlı dost və mühüm tərəfdaş kimi qəbul olunur.

– Prezident İlham Əliyevin 2024-cü il iyulun 11-12-si Pakistana dövlət səfəri Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edirdi. Bu dönəmdən sonrakı mərhələni necə xarakterizə edərdiniz?

– Möhtərəm Prezident İlham Əliyevin 2024-cü ilin iyulunda Pakistana səfəri münasibətlərimizin tarixində mühüm mərhələ kimi yadda qaldı. Bu səfər ikitərəfli əlaqələrə yeni və güclü dinamika qazandıraraq münasibətlərimizi geniş siyasi anlaşmalardan fəal, praktiki və nəticəyönümlü əməkdaşlıq mərhələsinə keçirdi. Səfər zamanı nümayiş etdirilən siyasi xoşməramlılıq konkret iqtisadi və kommersiya əməkdaşlığı ilə tamamlandı, liderlər səviyyəsində münasibətlərin daha da dərinləşdirilməsi üçün strateji istiqamətlər müəyyənləşdirildi. Həmin səfərdən sonra yüksək səviyyəli təmaslar intensivləşdi. Əməkdaşlığın diqqət mərkəzində ticarət dövriyyəsinin genişləndirilməsi, enerji və müdafiə sahələrində tərəfdaşlığın inkişaf etdirilməsi, eləcə də logistika imkanlarının gücləndirilməsi dayanır.

Xüsusilə hər iki ölkənin özəl sektorunun əməkdaşlığa artan marağını yüksək qiymətləndiririk. Azərbaycan və Pakistan hökumətlərarası əlaqələrin inkişafı ilə yanaşı, biznes dairələri arasında birbaşa təmasların genişləndirilməsi də maraqlıdır. Özəl sektorlar arasında əməkdaşlığın dərinləşməsi qarşılıqlı investisiyaların artmasına, yeni biznes imkanlarının yaranmasına və nəticə etibarilə ikitərəfli ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə mühüm töhfə verəcək.

– Ötən ilin iyun ayında Baş nazir Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri münasibətlərin yeni istiqamətini müəyyənləşdirdi. Eyni zamanda, Azərbaycanın Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal rolu nəzərə alınmaqla, Pakistanın bu platformalar vasitəsilə Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində hansı addımları atması nəzərdə tutulur?

– Biz ikitərəfli əlaqələrimizi bütün istiqamətlər üzrə daha da genişləndirmək üçün fəal və ardıcıl iş aparırıq. Azərbaycanın Pakistanda qarşılıqlı fayda və kommersiya səmərəsi yarada biləcək müxtəlif sahələrə və layihələrə investisiya yatırması üçün geniş imkanlar mövcuddur. Bu istiqamətdə hər iki tərəfin ekspertləri təkliflərin qısa müddətdə konkret və real layihələrə çevrilməsi üçün əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirmək üzərində işləyirlər. Pakistan da öz növbəsində Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və inkişaf layihələrində fəal iştirak etməyə hazırdır.

Ölkələrimiz regional və beynəlxalq platformalarda hər zaman bir-birinə qarşılıqlı dəstək göstərib. Azərbaycan və Pakistanın xarici işlər nazirlikləri, eləcə də BMT-nin müxtəlif qurumlarında fəaliyyət göstərən diplomatları qarşılaşdığımız çağırışlara daha səmərəli və əlaqələndirilmiş cavab vermək məqsədilə müntəzəm məsləhətləşmələr aparırlar. Pakistan Azərbaycanın müxtəlif beynəlxalq platformalarda, xüsusilə Azərbaycanın üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının Cammu və Kəşmir üzrə Əlaqə Qrupunda Cammu və Kəşmir məsələsi ilə bağlı nümayiş etdirdiyi prinsipial və ədalətli mövqeyi yüksək qiymətləndirir.

BMT və İƏT kimi çoxtərəfli platformalarda, eləcə də digər regional təşkilatlar çərçivəsində həyata keçirilən bu əməkdaşlıq hər iki ölkəyə qarşılaşdıqları ümumi çağırışlar fonunda mövqelərini daha sıx əlaqələndirməyə, ortaq yanaşmalar formalaşdırmağa və yeni tərəfdaşlıqlar qurmağa imkan verir.

– Hörmətli Qasim bəy, 2025-ci ilin noyabr ayında Türkiyə və Pakistan liderlərinin Bakıya səfəri, Zəfər paradında Azərbaycan Prezidenti ilə birgə iştirak etmələri regionda baş verən proseslər fonunda dərin geosiyasi məna daşıyırdı. Üç liderin bir araya gəlməsi faktı beynəlxalq münasibətlərdə yeni təhlükəsizlik formatının yaranması kimi izah edilir. Bu barədə fikirlərinizi eşitmək istərdik.

– Pakistan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq institusional olaraq artıq müəyyən müddətdir mövcuddur. Bu tərəfdaşlıq tarixi bağlarımızı və ortaq maraqlarımızı əks etdirir. Üç qardaş ölkə arasında əməkdaşlıq ondan irəli gəlir ki, biz hamımız sülh və sabitliyin təşviqinə, bağlantılılığın gücləndirilməsinə, iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə və ümumi maraq doğuran bütün sahələrdə əməkdaşlığa çalışırıq. Qardaşlıq əlaqələrimizin təhlükəsizlik aspekti çox mühüm hissə olsa da, iqtisadi əməkdaşlıq, bağlantılılıq və xalqlar arasında əlaqələrin daha da gücləndirilməsi də eyni dərəcədə əhəmiyyətlidir. Bu tərəfdaşlıq üç qardaş ölkəyə regional və beynəlxalq çağırışlara birlikdə yanaşmağa, diplomatiyanı təşviq etməyə imkan verir. Buna görə də bu əməkdaşlıq təhlükəsizlik çərçivəsini aşan, konstruktiv qarşılıqlı fəaliyyəti təşviq edən platforma kimi nəzərdən keçirilməlidir. Çünki burada həm də iqtisadi əməkdaşlığın təşviqinə və regional bağlantıların gücləndirilməsinə xüsusi diqqət yetirilir.

– Nəhayət, sonuncu sualımız. Avqustun 8-də Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı liderləri Məkkədə üçtərəfli müdafiə sazişi imzaladılar. Pakistan mediası bu sənədi “Məkkə Müdafiə Sazişi” adlandırıb. Sənəd regional sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə töhfə kimi qiymətləndirilir və vurğulanır ki, bundan sonra üç ölkədən hər hansı birinə qarşı silahlı hücum imzaçı ölkələrə qarşı təcavüz aktı hesab ediləcək. Sizcə, yeni formalaşan “Üçtərəfli Alyans” Yaxın Şərqdə sülhün bərpasına hansı töhfəni verəcək?

– “Məkkə Müdafiə Sazişi” kimi təşəbbüslər regionumuzun üzləşdiyi mürəkkəb çağırışların həlli üçün kollektiv təhlükəsizliyə ehtiyac olduğunu göstərir. Bu saziş bir gecədə formalaşmayıb. Rəhbərliyim və digər şəxslər tərəfindən də vurğulandığı kimi, bu saziş hər hansı bir ölkəyə qarşı yönəlməyib. Əksinə, müdafiə xarakteri daşıyır və ölkələrimizin və regionumuzun üzləşdiyi çağırışların kollektiv müdriklik, siyasət və fəaliyyətlərin ümumi maraqlarımız naminə uyğunlaşdırılması tələbini qəbul edir. Pakistan hesab edir ki, davamlı sülh təhlükəsizlik sahəsində əməkdaşlıq və siyasi dialoq tələb edir. Bu tip sazişlər gərginliyin azaldılmasına və regiona sülh və sabitlik gətirmək üçün diplomatik səylərin dəstəklənməsinə kömək edə bilər ki, bu da bütün beynəlxalq ictimaiyyət üçün faydalı olacaq. Nəhayət, Yaxın Şərqdə davamlı sülh əsas və uzunmüddətli siyasi məsələlərin həll edilməsini, beynəlxalq hüquqa hörmət göstərilməsini, mülki əhalinin qorunmasını və danışıqlar yolu ilə həllərin axtarılmasını tələb edir. Bu gün müstəqilliyinin ildönümünü qeyd edən Pakistan regionumuzda və onun hüdudlarından kənarda sülhə, sabitliyə və təhlükəsizliyə töhfə verən dinc diplomatik səyləri bundan sonra da dəstəkləyəcək.

Söhbəti qələmə aldı:
İmran BƏDİRXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Avqust 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see588

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see426

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see421

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see391

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see374

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see370

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see332

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see267

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see256

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see248

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see234

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see232

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see218

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see216

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see215

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see212

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see211

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see209

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see181

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri