Icma.az
close
up
RU
Etibarnamə hər iki tərəfi hüquqi risklərdən qoruyan vacib sənəddir ŞƏRH EDİLDİ

Etibarnamə hər iki tərəfi hüquqi risklərdən qoruyan vacib sənəddir ŞƏRH EDİLDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Ailə avtomobili olsa belə, nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamənin tələb olunması bir neçə mühüm hüquqi və praktiki səbəblə bağlıdır. Avtomobil hüquqi baxımdan daşınmaz əmlak deyil, lakin yüksək risk və məsuliyyət yaradan əmlak növü hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, avtomobilin dövlət qeydiyyatında konkret bir şəxsin adına rəsmiləşdirilməsi onun hüquqi sahibini müəyyən edir: "Bu səbəbdən, avtomobili sahibi olmayan şəxsin idarə etməsi zamanı həmin şəxsin bu hüquqa sahib olduğunu təsdiqləyən rəsmi sənəd – yəni etibarnamə tələb olunur. Ailə üzvləri arasında avtomobildən istifadə geniş yayılmış praktikadır. Lakin hüquqi baxımdan “ailə üzvü” anlayışı avtomatik olaraq idarəetmə hüququ vermir. Məsələn, yol-nəqliyyat hadisəsi baş verdikdə, cərimələr, sığorta ödənişləri, inzibati və ya cinayət məsuliyyəti kimi məsələlərdə kimin avtomobili idarə etdiyi və bunun hüquqi əsasının olub-olmaması mühüm rol oynayır. Etibarnamə bu məsələlərdə aydınlıq yaradır və hüquqi boşluqların qarşısını alır. Etibarnamənin digər əsas məqsədi avtomobilin qanunsuz istifadəsinin və ya mənimsənilməsinin qarşısını almaqdır. Etibarnamə olmadan avtomobilin idarə edilməsi, xüsusilə yoxlama zamanı, hüquq-mühafizə orqanlarında şübhə yarada bilər və bu da əlavə problemlərə səbəb ola bilər.

Bununla yanaşı, sığorta məsələləri də xüsusi əhəmiyyət daşıyır. Bir çox hallarda sığorta şirkətləri qəza zamanı avtomobili idarə edən şəxsin etibarnaməsinin olub-olmamasını əsas götürür. Etibarnamə olmadığı halda sığorta ödənişindən imtina edilməsi halları ilə rastlaşmaq mümkündür. Ailə avtomobili anlayışı gündəlik həyat üçün məntiqli görünsə də, hüquqi sistem fərdi məsuliyyət prinsipi üzərində qurulub. Etibarnamə isə həm avtomobil sahibini, həm də avtomobili idarə edən ailə üzvünü hüquqi risklərdən qoruyan vacib sənəddir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Yanvar 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri